Cümə günü, 27 noyabr 2026
     

Sabiq "FBR" agentinin PKK-ya qarşı üç pilləli əməliyyat təklifi...

Image


Kürdlər özləri də PKK-nın əleyhinə getməyə başladı

PKK-nın Türkiyəyə terrorçu hücumlarının sayını artırması Ankaranı bu qruplaşmaya qarşı daha sərt tədbirlərə əl atmağa vadar etməkdədir. Proseslərin təhlili göstərir ki, Türkiyə PKK-nı güc yolu ilə sıradan çıxarmaqda israrlıdır. Bu isə digər kürdlərin böyük narahatlığına yol açdığından, onlar da PKK-ya qarşı mövqelərini sərtləşdirir.
Bu arada xatırladaq ki, Türkiyədə PKK tərəfindən törədilən terror aksiyaları və keçirilən hərbi əməliyyatlarla bağlı bir sıra ərazilər müvəqqəti olaraq "hərbi təhlükəsizlik bölgəsi" elan olunub.
Bununla bağlı bu gün Ağrı, Şırnak, Tunceli valilikləri xüsusi açıqlama yayıb. Ağrı Valiliyinin açıqlamasında qeyd olunub ki, bölgədə terror olaylarının artması ilə bağlı Ağrı və Tendürek dağlarında hərbi əməliyyatların keçirilməsi planlaşdırılıb. Valilik bu əməliyyatlarda mülki şəxslərin zərər görməməsi üçün həmin ərazinin 15 günlük hərbi təhlükəsizlik bölgəsi elan edildiyini açıqlayıb. Şırnakda 9, Tuncelidə isə 14 bölgə ilə bağlı eyni məzmunlu açıqlama yayılıb. Bu da PKK-ya qarşı əməliyyatların genişlənəcəyindən xəbər verir.
Məhz belə bir vaxtda Suriyanın Afrin şəhərində 5 təşkilat PKK-nın Suriya qolu PYD-nin silahlı qanadına qarşı müharibə elan edib. "Əl-Nüsra" Cəbhəsi, "Ahrar’uş Şam", "Feylak Eş Şam", "Fecr Er Şam" və "Suvar Eş Şam" bununla bağlı birgə yazılı açıqlama yayıb. Açıqlamada qərara səbəbin Afrinin cənubunda bəzi strateji təpələrə PYD-nin hakim olması göstərilib. Digər bir məlumata görə, Afrində, o cümlədən şəhərin cənubu və cənub-şərqində, Azez və Afrin şəhərləri arasında PYD ilə "Əl-Nüsra" Cəbhəsi arasında döyüşlər davam edir. Buna paralel olaraq İraq kürdlərinin lideri Məsud Bərzani PKK təşkilatını Türkiyənin hava hücumları zamanı mülki əhali arasında tələfata yol verməmək üçün İraqda kürdlərin ərazilərindən döyüşçülərini çıxarmağa çağırıb: "PKK Kürdüstanda mülki əhalinin döyüş və münaqişə qurbanına çevrilməməsi üçün regiondan öz döyüşçülərini çıxarmalıdır". Kürdüstan bölgəsi liderinin bəyanatında, həmçinin, PKK və Türkiyə hökuməti sülh prosesini bərpa etməyə çağırılır. İraq Kürd Regional Rəhbərliyinin yaydığı bəyanatda isə Kərkük-Yumurtalıq neft boru kəmərinə hücum edən PKK şiddətlə qınanır. Bəyanatda bildirilir ki, PKK bu hərəkəti ilə yerli camaatın əsas gəlir mənbəyinə hücum etmiş olub. Qeyd edək ki, PKK iyulun 29-da Türkiyənin Şırnak vilayətinin Silopi rayonundan keçən Kərkük-Yumurtalıq neft boru kəmərinə hücum edib. Partlayış nəticəsində neft 10 hektar əraziyə yayılıb.
Xaricdən də PKK-ya təzyiqlər artır. ABŞ Dövlət Departamenti sözçüsünün köməkçisi Mark Toner Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu xüsusda maraqlı açıqlamalar verib. Toner PKK terror təşkilatına qarşı İraqın şimalında aparılan əməliyyatlara münasibət bildirərkən Türkiyənin PKK-nın hücumlarına qarşı özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb: "PKK-nın dərhal şiddəti dayandırması və sülh yolu ilə çözüm prosesinə qayıtması lazımdır. Bildirilməlidir ki, PKK Türkiyədə polis və hərbçilərə silahlı hücum edir. Türkiyə özünü müdafiə etmək hüququna malikdir. PKK hücumları dayandırmalıdır. Türkiyə isə hücumlara daha adekvat cavab verə bilər".
Bu arada Türkiyə ordusunun PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlarının başlayacağı tarix açıqlanıb. "Radikal" qəzeti Türkiyə Silahlı Qüvvələrində olan yüksək rütbəli mənbəsinə istinadən xəbər verir ki, PKK düşərgələri bombardman edilsə də, bu, Türkiyə ordusunun əsas hədəfi deyil: "PKK son hərbi əməliyyatlarla hədələnir, əsl hədəf həm də İŞİD-dir. Terrorçulara qarşı böyük hərbi əməliyyatların başlanması üçün ABŞ döyüş təyyarələrinin Türkiyədə yerləşən "İncirlik" hərbi bazasına gəlməsi gözlənir. 30 ədəd F-15, F-16 qırıcısı Böyük Britaniyadan və Almaniyadakı hərbi bazalardan Türkiyəyə gələcək. Qırıcılar gələn kimi hərbi əməliyyatlara start veriləcək". Türkiyə Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, ordu terrorçulara qarşı böyük əməliyyatların başlanmasına tam hazırdır.
Beləliklə, PKK ciddi şəkildə sıxışdırılır və görünür, bu səbəbdəndir ki, terror təşkilatının liderlərindən olan Murad Karayılan İrana qaçıb. Bundan əvvəl isə təşkilatın qurucularından olan Cəmil Bayak da İrana pənah aparıb. Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrini bombalamasından sonra qurum daxilində parçalanma baş verib. Nəticədə PKK terrorçularının yarısı Qəndil dağlarını tərk edib. Belə ki, terrorçuların bir hissəsi Qəndildə qalsa da, aralarında Murad Karayılanın olduğu digər hissə İran torpaqlarına, qalanları isə İŞİD-ə qarşı zəifliyindən dolayı Kobaniyə deyil, etibarlı saydıqları Suriyanın Cizrə bölgəsinə keçib.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti, terror mütəxəssisi Corc Hayden PKK terrorunu və Türkiyənin cavab addımlarını "Akşam" qəzetinə şərh edib. Amerikalı mütəxəssis PKK terrorunu bitirmək üçün 3 mərhələli planının həyata keçirilməsinin vacib olduğunu deyib. O hesab edir ki, təşkilata qarşı ölkə daxilində və xaricində eyni vaxtda və genişmiqyaslı əməliyyat keçirilməli, təşkilatın ən güclü şəxsi ilə görüşərək qalan silahlı və siyasi ünsürlər prosesə daxil edilməməli, nəhayət əldə edilən uğurlar böyük kampaniya şəklində xalqa təqdim edilməlidir. Hayden hesab edir ki, sözügedən 3 mərhələli plan PKK-nı məhv edər. Amma belə görünür ki, Türkiyə daha çox güc faktorundan istifadəyə üstünlük verir.
Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ