çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qarabağ Zəfəri siyasi fəallığı artıran faktora çevrildi...

Image


Azərbaycan cəmiyyəti insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların hüquqi və siyasi biliklərinin artırılmasına xüsusi diqqət yetirir. Ölkəmizdə bu sahədə mühüm addımlar qədim tarixdən başlayaraq müasir dövrə qədər davam edib.

Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verilməsi regionda ilk nümunələrdən biri olub. Bu, ölkəmizin demokratik dəyərlərə olan sədaqətini və vətəndaşların hüquqlarına hörmətini göstərir. Müstəqillik dövründə isə Azərbaycanın Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarının qorunmasını təmin edən əsas sənədlər kimi qəbul edilib. Ümumilikdə, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarını təmin edir və onların müdafiəsini dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edir.

Qalib dövlət, xalq statusunun məziyyətləri, yaratdığı reallıqlar

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı, gənclərin hüquqi maarifləndirilməsi və sosial fəallığının artırılması istiqamətində müxtəlif proqramlar və layihələr həyata keçirilir. Düz beş ildir ki, şanlı Zəfərin Azərbaycan cəmiyyətində yaratdığı qalib dövlət, xalq statusunun məziyyətlərini, qürurunu, yaratdığı reallıqları yaşayırıq. Ötən beş ildə müsbətə doğru çox şeylər dəyişib. Bütün bunlar cəmiyyətdə siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasına necə təsir göstərib? Bütün bunlar özünü cəmiyyətdə necə göstərir?

Zəfərimiz siyasi mədəniyyət, ictimai fəallıq, milli özünüdərk sahələrində köklü dəyişikliklər yaratdı

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, 44 günlük müharibənin Azərbaycan tarixində hərbi-siyasi dönüş nöqtəsi olduğu bizə gün kimi aydındır: “Bununla belə Zəfər dövlətin xarici siyasətində geosiyasi mövqeni möhkəmləndirdiyi kimi, ölkə içində də bir çox sahələrdə – öncə siyasi mədəniyyət, ictimai fəallıq və milli özünüdərk sahələrində dərin, köklü dəyişikliklər yaratdı. Beş illik zaman kəsiyi artıq yetərincə geniş perspektiv verir: bu, Zəfərin cəmiyyətdə yaratdığı psixoloji, sosial və siyasi nəticələrin konturlarını daha aydın görünməsinə imkan yaradı. Bəli, Qalib dövlət statusu – cəmiyyətin özünəinamında sıçrayış yaratdı. Zəfərdən sonra ölkəmizdə ən fundamental dəyişiklik özünəinamın institusional səviyyəyə qalxmasıdır. Əvvəllər emosional səviyyədə olan “biz bacararıq” düşüncəsi bu gün gerçək dövlət siyasətinin və gündəlik sosial davranışların əsas xəttinə çevrilib”.

Ə.Qoşalı hesab edir ki, özünəinam ötən 5 ildə bir neçə yöndə özünü göstərib: “Birincisi, dövlətə inamın yüksəlməsini deməliyik: Cəmiyyət öz dövlətinin ilk dəfə olaraq həm müharibədə, həm diplomatiyada, həm də bərpa prosesində sözün əsl anlamında “yol göstərən”, “münbit ortam yaradan” və “zamanın nəbzini tutan” güc olduğunu gördü. Bu güvən siyasi davranışlarda daha çox təmkin, daha az destruktiv populizm, daha çox məsuliyyət yaratdı. İkincisi, milli birlik hissinin institusional xarakter almasına vurğulamaq lazımdır. Əvvəllər ancaq bayramlarda və müəyyən tarixi günlərdə görünən milli həmrəylik bu beş ildə artıq ölkənin daimi siyasi davranış modelinə çevrilib. Üçüncüsü, qələbə psixologiyasını – uduzma sindromunun aşılması faktorunu fərqləndirməliyik: 30 illik işğal dönəmi ölkəmizdə istər-istəməz bir pessimist alt-kultura formalaşdırmışdı. Zəfər bu psixoloji baryeri tamamilə aradan qaldırdı. Bu gün ölkəmiz qürur üzərində qurulan yeni mental güc zolağında güvənlə irəliləyir. İndi isə siyasi mədəniyyəti – populizmdən məsuliyyətə keçidi vurğulayaq:

Zəfərdən sonrakı dönəmi səciyyələndirən əsas göstəricilərdən biri siyasi mədəniyyətin keyfiyyətcə yüksəlməsidir. Bu yüksəliş bir neçə aspektdə özünü büruzə verir:

Ölkəmizdə siyasi davranışın yüksək səviyyədə yetişməsi müşahidə edilir. İnsanlar daha soyuqqanlı, daha təmkinli, daha analitik mövqelər sərgiləməyə başlayıb. Sosial şəbəkələrdə belə, məsələlərin müzakirəsində daha çox fakta söykənən, emosional çağırışlardan uzaq duran mövqelər müşahidə olunur.

-Siyasi iştirak mühitinin genişlənməsi amili:

Zəfər, topluma “vətəndaş sözünün dəyəri”nə dair yeni anlayış qazandırdı.

– QHT-lərin fəallaşması,

– gənclərin siyasi və ictimai proseslərə qoşulması,

– media davranışının siyasi məsuliyyət baxımından yetişməsi – bax, bunlar son beş ilin bariz göstəriciləridir.

Ən nəhayət, hakimiyyəti tənqid – məsuliyyət çərçivəsinə salındı. Tənqid əvvəlki kimi emosional boşalmaya deyil, fakt və arqument üzərində qurulan konstruktiv mövqeyə çevrilməyə başlayıb. Bax, bu, siyasi mədəniyyətin normal inkişaf yoludur. Bəli, Zəfərdən sonra toplumun ən çox dəyişən kəsimi gənclərdir. Müharibəni yaşayan, Zəfərin nəfəsini duyan, Şuşa, Xankəndi, Xocalı yollarının açılmasını görən bu nəsil özündə tamamilə yeni dünyagörüş formalaşdırıb. Gənclər yüksək dövlətçilik şüuru nümayiş etdirir. Könüllülük hərəkatı, sosial layihələr, regional inkişaf təşəbbüsləri artıq təkcə şüar deyil – gerçək çalışma bölməsidir. Qarabağa, ümumən işğaldan qurtulmuş torpaqlarımıza dönüş layihələrində geniş iştirak gənclərin bir başqa şansıdır. Kəlbəcərdən Şuşaya, Laçından Zəngilana qədər aparılan bərpa, quruculuq işlərinə gənclərin könüllü qoşulması ölkəmizin çalışqanlıq səviyyəsini yüksəldən ciddi faktordur. Belə faktorlardan biri də mədəni və intellektual çalışqanlıqdır. Zəfər, gənclərin identiklik təməllərini gücləndirdi. Musiqidə, ədəbiyyatda, rəqəmsal platformlarda Qarabağ, Zəngəzur mövzusu dayaq koduna çevrilib. Bir sözlə, toplumun düşüncə xəritəsi dəyişib: Qələbədən sonra yeni gerçəklik formalaşıb, yeni mühit yaranıb. Beş ildə yaranan ən dərin dəyişiklik ölkənin ümumi təfəkkür modelindəki dəyişiklikdir. Biz artıq öz təhlükəsizliyini təmin edən ölkəyik, müdafiə olunmaqla uğraşmırıq. Bu, siyasi davranışa, dövlətə münasibətə, gələcək planlamaya da təsir edir. Budur, bölgənin diktə edilən deyil, diktə edən aktoruyuq. Bax, bu gerçəklik toplumda strategiya mədəniyyətini formalaşdırmış olur. Tarixi ədaləti bərpa etmiş ulus olaraq daha məsuliyyətliyik. Zəfər, ölkədə həm də etik məsuliyyət yaratdı – bu fikrə ortağam – “qalib olmaq” həm də mənəvi kodeks tələb edir.

Uzun sözün yığnağı yox, yığcamı olsun: beş ilin nəticəsi bizə daha yetkin, daha çalışqan, daha özünəinamlı ölkədan danışa bilmə fürsəti tanıyır. Zəfər Azərbaycanı yalnız qürurlandırmadı, həm də yenidən öyrətdi. Siyasi düşüncə daha da yetkinləşdi, ictimai iştirak genişləndi, milli identiklik gücləndi, dövlət–toplum münasibəti yeni mərhələyə yüksəldi, informasiya savaşı və diplomatiyaya toplumun marağı artdı, siyasi məsuliyyət davranış norması kimi formalaşdı.

Beləliklə, cəmiyyətin öz içində qalib psixologiyasının möhkəmlənməsi, siyasi mədəniyyətin formalaşması, fəallığın yüksəlişi də Zəfərə daxildir. Bugünkü Azərbaycan öncəkindən daha ayıqdır, daha məsuliyyətlidir, daha millidir, daha strategiya yönümlüdür, daha qalib ruhi gücə sahibdir. Zəfər – 44 günün sonunda qazanılsa da, o, illərlə davam edən milli yüksəliş prosesinin möhkəm başlanğıcıdır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ