Rumıniya prokurorluğu "LUKoyl”un törəmə şirkətini dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib. APA-nın "Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Rumıniya maliyyə nazirliyinin açıqlamasında bildirilir.
Bloomberg agentliyinin məlumatına görə, prokurorluq "LUKoyl”a qarşı 1,77 milyard dollar məbləğində dələduzluq ittihamı irəli sürüb.