PKK terror təşkilatının rəhbərlərindən biri Murat Karayılan İrana qaçıb. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər veriri ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) terrorçuların İraqın şimalındakı düşərgələrini bombalaması təşkilat rəhbərliyinin üçə bölünməsinə və Kandili tərk etməsinə səbəb olub.
Əməliyyatların ardından Kandildə olan terror təşkilatı mənsublarının üçdə biri düşərgəni tərk edib. Rəhbərlik isə üç hissəyə bölünüb və bir qrupu Kandili tərk edib. Aralarında Murat Karayılanın da olduğu bir qrup İran ərazisinə keçib, digərləri isə Suriyanın Cizirə bölgəsinə gedib.