ABŞ Latviyaya ağır silahlar göndərəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Latviya Silahlı Qüvvələrinin komandiri Raimonds Graube açıqlama verib.
ABŞ səfərindən sonra açıqlama verən Graube Amerika silahlarının 2015-ci ilin payızından ölkədə yerləşdirilməsinə başlanacağını bildirib.
Bundan əvvəl Latviya Müdafiə Nazirliyinin rəsmisi Janis Sarts ilin sonuna qədər ABŞ hərbi avadanlıqlarının Latviyanın Adajadaki hərbi bazasına gətiriləcəyini açıqlamışdı.