çərşənbə günü, 30 sentyabr 2026
     

Diaspor Azərbaycan-Rusiya münasibətlərində mühüm vasitədir...

Image


Azərbaycan diasporu dünyanın bir çox ölkələrində milli kimliyimizi, mədəniyyətimizi və dövlət maraqlarımızı təbliğ edən mühüm ictimai qüvvə kimi formalaşıb. Bu baxımdan Rusiya Federasiyasındakı Azərbaycan diasporu xüsusi yer tutur.

Rusiyada yaşayan milyonlarla soydaşımız təkcə orada yaşayan milli azlıq deyil, həm də Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və mədəni körpü rolunu oynayır. Onların fəaliyyəti həm sosial-mədəni, həm də siyasi və iqtisadi sahələrdə iki dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.

Azərbaycan diasporu üçün Rusiyada “qara günlər” bitdi

Düzdür, son dövrlərdə şimal qonşumuzun ərazisində bu diasporun fəaliyyətinə müəyyən problemlər yaradılmışdı. Amma Azərbaycan dövlətinin atdığı addımlar, həyata keçirdiyi siyasət bu durumun tamamilə dəyişməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya liderlərinin Düşənbə görüşündə nümayiş etdirilən qarşılıqlı hörmət, Vladimi Putinin üzrxahlıq jesti və konstruktiv dialoq iki ölkə arasında qarşılıqlı etimad mühitinin bərpa olunduğunu göstərir. Rusiyalı politoloq, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova bunun diaspor faktoruna da müsbət təsir göstərdiyini bəyan edir: “Mən heç vaxt şübhə etməmişəm ki, Azərbaycan və Rusiya prezidentləri ortaq dil tapacaqlar. Siyasi və iqtisadi əməkdaşlıq son aylarda da dayanmayıb. Təəssüf ki, bəzi səriştəsiz şəxslər məsuliyyətsiz bəyanatlarla bu münasibətlərə zərbə vurmağa çalışdılar. Onlar guya dövlət strukturlarından Azərbaycana və azərbaycanlılara qarşı hörmətsiz mövqe sərgiləmək üçün “icazə” aldıqlarını düşünüblər. Əslində isə bu, həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Rusiyada Azərbaycan diaporuna qarşı hücumda erməni lobbisinin də rolu az olamayıb. Amma Tatyana Poloskova vurğulayır ki, erməni lobbisinin nümayəndələrinin Rusiya informasiya məkanında uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, bu gün onların təsir imkanları əhəmiyyətli dərəcədə azalıb: “Mən “Krokus”da törədilmiş terror aktı ilə bağlı ASALA izinə dair versiyanı səsləndirəndə bəzi radikal erməni fəallar tərəfindən təhdidlər alsam da, erməni icmasının məsul nümayəndələri özləri mənə yazaraq bu təhdidlərə əhəmiyyət verməməyimi istədilər. Bu terror aktında erməni izi ehtimalını səsləndirməyimin səbəbi də hadisənin üslubu və eyni anda orada Azərbaycan diasporunun tədbirinin keçirilməsi idi”. Tatyana Poloskova vurğulayıb ki, Rusiya informasiya məkanında bəzi “ekspertlər” real vəziyyəti təhlil etmək əvəzinə, şəxsi reytinqlərini artırmaq məqsədilə qalmaqallı açıqlamalara üstünlük verirlər. Belə yanaşma isə nə dövlət maraqlarına, nə də peşəkar etika prinsiplərinə uyğun gəlir: “Azərbaycan–Rusiya münasibətlərinin sabitləşməsi hər iki dövlət, xüsusilə də Rusiya üçün həm siyasi, həm də iqtisadi baxımdan faydalıdır. Zəngəzur dəhlizi kimi yeni logistik imkanlar Rusiyanın regional iqtisadi maraqlarına əlavə üstünlüklər qazandıracaq. Mən bu ilin sonunadək azərbaycanlı tərəfdaşlarla birlikdə Bakıda kommersiya müəssisəsi açmağı planlaşdırıram və bunun doğru qərar olduğuna inanıram”. Politoloq əlavə edib ki, Moskvada azərbaycanlıların öldürülməsi ilə bağlı hadisə iki ölkənin müvafiq qurumları tərəfindən birgə araşdırılır: “Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsində diaspor təşkilatları daha fəal olmalıdır. Onlar yalnız mədəni və idman tədbirləri ilə məhdudlaşmamalı, real hüquqi və ictimai fəaliyyət də göstərməlidirlər. Mən yaxşı bilirəm ki, Azərbaycanda ruslara qarşı heç vaxt ayrı-seçkilik olmayıb. Onlar Azərbaycanı sevir, bu ölkəni öz vətənləri hesab edirlər. Eyni zamanda, Rusiyada Azərbaycana, onun inkişafına hörmətlə yanaşan çoxsaylı insanlar var”. Hazırda da Rusiya ictimai-siyasi dairələrində Azərbaycan haqqında obyektiv informasiya mühitinin formalaşmasında diaspor mühüm rol oynayır. Onlar həmçinin Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, adaptasiyası və sosial inteqrasiyası ilə bağlı dövlət orqanları ilə əməkdaşlıq edirlər.

İqtisadi əlaqələrin belə dərinləşməsi diaspor faktoruna da təsir edir

Rusiyada yaşayan azərbaycanlı sahibkarlar iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında da fəal iştirak edirlər. Onların bir çoxu ticarət, logistika, xidmət və kənd təsərrüfatı sahələrində uğurlu biznes layihələri həyata keçirir.

Qeyd edək ki, hazırda Azərbaycanla logistika əlaqələrinin inkişaf etdirilməsi Rusiya üçün də olduqca mühümdür. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətli ölkəsidir: “Azərbaycan öz ərazisində beynəlxalq səviyyədə mühüm xarakter daşıyan infrastruktur layihələr həyata keçirib. Müasir yol şəbəkəsinin, nəqliyyat qovşaqlarının qurulmasına və dəmir yollarının çəkilməsinə böyük sərmayələr yatırıb. Rusiya ilə Azərbaycan sərhədində nəzarət-keçid işləri effektiv həyata keçirilib, müasir avadanlıqlar alınıb, elektron sənəd dövriyyəsi yaradılıb. İran tərəfində də buna nail olmaq vacibdir. İxrac və idxal yüklərinin, malların daşınması ilə məşğul olan avtomobil daşıyıcılarının işinin effektivliyi İran tərəfdəki nəzarət-keçid məntəqələrinin işinin effektivliyindən asılıdır. Bu günlərdə İranda olarkən gördük ki, Azərbaycan tərəfinə İrandan daxil olmaq üçün növbədə dayanan yük maşınlarının əksəriyyəti Rusiya avtomobilləridir. Bu, ölkələrimiz arasında sıx iqtisadi-ticarət əlaqələrin mövcud olması baxımından çox yaxşıdır”. Təbii ki, iqtisadi əlaqələrin belə dərinləşməsi diaspor faktoruna da təsir edir. Diasporun iqtisadi fəallığı Azərbaycan-Rusiya münasibətlərinə real töhfə verir. Məsələn, Rusiyada yaradılan Azərbaycan Biznes Forumu və Ticarət Evləri yerli iş adamları ilə əlaqələri gücləndirir, Azərbaycanın ixrac potensialını tanıdır və iqtisadi diplomatiyanı dəstəkləyir. Humanitar sahədə də diasporun rolu böyükdür. Rusiyada fəaliyyət göstərən azərbaycanlı xeyriyyəçilər uşaq evlərinə, məktəblərə və xəstəxanalara dəstək göstərir, sosial layihələrdə iştirak edirlər. Bu, həm cəmiyyətin rifahına xidmət edir, həm də Azərbaycan icmasının nüfuzunu artırır. Rusiyada Azərbaycan gənclərinin təşkilatlanması diasporun davamlılığı üçün əsas amillərdəndir. “Rusiya Azərbaycanlı Gənclər Təşkilatı” (AMOR) bu istiqamətdə mühüm işlər görür. Layihə Rusiya-Azərbaycan dostluğunu möhkəmləndirir, gəncləri mədəniyyət, təhsil və sosial fəaliyyətlərə cəlb edir. AMOR-un rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri sayəsində gənclər arasında milli özünüdərk, humanizm və təbiətə qayğı kimi dəyərlər təbliğ olunur. “Təmiz Şəhər”, “Yaşıl Dünya” və “Dostluq körpüsü” kimi layihələr həm ekoloji, həm də mədəni baxımdan diaspor fəaliyyətinin miqyasını genişləndirib. Azərbaycan dövləti diasporun inkişafını strateji prioritetlərdən biri kimi qəbul edir. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlıq edir, onların birləşməsi və əlaqələndirilmiş şəkildə çıxış etməsini təmin edir. Ümumiyyətlə, Rusiyada Azərbaycan diasporu həm milli kimliyimizin qorunmasında, həm də iki dövlət arasında münasibətlərin inkişafında mühüm vasitədir. Onların fəaliyyəti Azərbaycanla Rusiya arasında dostluğun, qarşılıqlı hörmətin və strateji əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ