Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclasında iştirak ediblər. Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Numan Qurtulmuş “Üç dövlət, bir millət” ikinci toplantı iştirakçılarını qəbul edib.
Milli Məclisin deputatları Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarsı əlaqələr və əməkdaşlıqdan danışıblar. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Numan Qurtulmuşa toplantı iştirakçılarını qəbul etdiyinə və “Üç dövlət, bir millət” adlı ikinci iclasın yüksək səviyyədə təşkil olunduğu görə minnətdarlığını bildirib. O, bu toplantının Türk Dövlətlərinin birliyinin daha da inkişafına səbəb olacağını bildirib.
ZÜMRÜD