ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq “Fox News” telekanalında bildirib ki, Vaşinqton Ukraynanın Rusiya ərazisinin dərinliklərinə hücumlar təşkil etməsinə məhdudiyyət qoymur.
“Prezidentin mövqeyi Ukraynanın bu cür hücumlara başlaya biləcəyini ifadə edirmi?” sualına Kelloq belə cavab verib: “Tramp, vitse-prezident Vans və dövlət katibi Marko Rubionun dediklərinə baxsanız, cavab bəlidir. “Əlinizdəki imkanlardan istifadə edin, dərinliklərə qədər vurun” demək istəyirik.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bəyan edib ki, Vaşinqton NATO ölkələri vasitəsilə Ukraynaya “Tomaqavk” qanadlı raketləri vermək variantını nəzərdən keçirir. Vance, 2500 kilometrdən çox mənzilə malik bu sistemlərin yüksək dəqiqliyə malik idarəçiliyə və çoxyönlü buraxılış platforması uyğunluğuna malik olduğunu vurğulayıb. Vensin bu açqlaması Kiyevin uzunmənzilli müdafiə tələbinin müttəfiqlər arasında ciddi şəkildə nəzərdən keçirildiyini göstərir.
"Bu məsələdə son sözü prezident deyəcək. Amma mən bilirəm ki, biz bu barədə birbaşa danışıqlar aparırıq" – deyən Vensin sözlərinə görə, Tramp xarici siyasət və müdafiə ilə bağlı qərarlar qəbul edərkən həmişə ABŞ-ın maraqlarını üstün tutur.
“Tomaqavk” qanadlı raketi dəniz və sualtı platformalardan atılan, təxminən 2500 km mənzilə sahib, yüksək dəqiqliyə malik silah kimi tanınır.
Vens onu da bildirib ki, Rusiya Ukrayna ilə ikitərəfli danışıqlardan və ABŞ-ın iştirak etdiyi üçtərəfli danışıqlardan imtina edib.
TAHİR