Ukrayna prezidenti Vladimir Zelenski Suriyanın keçmiş prezidenti Bəşər Əsəd haqqında sərt açıqlamalar verib. Suriya ədliyyəsinin Əsəd barədə qiyabi həbs qərarı çıxarmasını alqışlayan Zelenski, Əsəd kimi “zibillərin viran qoyduğu ölkələrin“ yenidən qurulmasına kömək edən hər kəsə minnətdarlığını bildirib.
"Biz Suriyanın keçmiş prezident Bəşər Əsədə qarşı çıxardığı həbs qərarını alqışlayırıq və onun məhkəmə qarşısına çıxarılması üçün bütün səyləri dəstəkləyirik. O, ötən ilin dekabr ayından yüksək səviyyəli ukraynalı cinayətkarlarla birlikdə Moskvada gizlənib. Dünyanın ən məşhur qatillərinin və cinayətkarlarının ədalətdən qaçırması çox şeyi göstərir" –deyə Ukrayna lideri açıqlamasında bildirib.
Zelenski Rusiyanı həm özünün, həm də başqalarının cinayətlərini ört-basdır etməkdə günahlandırıb: "Cəzasızlığa son qoymağın yeganə yolu təzyiq, kollektiv fəaliyyət və bütün cinayətlərə görə cavabdehlikdən keçir. Beynəlxalq hüququn möhkəmləndirilməsinə və Bəşər Əsəd kimi iyrənclərin viran qoyduğu ölkələrin yenidən qurulmasına kömək edən hər kəsə minnətdarıq".
Xatırladaq ki, Suriyanın devrilmiş lideri Əsəd Ukraynanın Luqansk və Donetsk vilayətlərinin müstəqilliyini tanıyıb və bu, 2022-ci ildə Suriya ilə Ukrayna arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olub. Ukrayna 2023-cü ildə Əsədə qarşı sanksiyalar tətbiq edib.
TAHİR