Bazar günü günü, 18 oktyabr 2026
     

BMT Baş kürsüsündə Azərbaycana qarşı 907-nin ləğvinə çağırış edildi...

Image


Abutalıb Səmədov: “Düzəliş Konqresdə ləğv olunmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib ki, prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.

Prezident Əliyev vurğulayıb ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

907-ci düzəliş niyə birdəfəlik ləğv edilmir? Amerikaya mane olan nədir ki, bu düzəlişi birdəfəlik ləğv edə bilmir?

“Bir neçə Respublikaçının erməni lobbisinin təsiri altına düşməsi...”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul olunub. A.Səmədov qeyd etdi ki, bu düzəlişin qəbul olunmasının bəhanəsi kimi Azərbaycanın Ermənistanı guya blokadaya alması göstərlib. “O dövrdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi bu düzəlişin qəbulundan yalnız son anda xəbər tutdu və onun qarşısını almaq üçün heç bir addım ata bilmədi. Sonrakı illərdə Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə bu düzəlişinin ləğv olunması məsələsini Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti qarşısında qaldırdı. Hətta 1996-cı ilin dekabrında Lissabonda keçirilən sammit zamanı Heydər Əliyev vitse-prezident Albert Qora kəskin şəkildə etiraz etdi ki, biz ABŞ üçün bütün zəruri addımları atmışıq, onun bölgədəki nüfuzunun artması üçün əlimizdən gələni etmişik, ancaq siz 907-ci düzəlişi hələ də ləğv edə bilməmisiniz. 1997-ci ildə Heydər Əliyevin ABŞ-a səfəri oldu və orda da bu məsələni qaldırdı. Sonrakı illərdə də bu məsələlər qaldırılıb, administrasiya dəfələrlə söz verib ki, 907-ci düzəliş ləğv olunacaq, ancaq bu addım atılmayıb. 2001-ci ildən başlayaraq hər il 907-ci düzəlişin fəaliyyəti dayandırılıb. Bu da ABŞ-ın Əfqanıstanda apardığı əməliyyatlarla bağlı idi, bu əməliyyatlar Azərbaycan üzərindən aparılırdı, ABŞ təyyarələrinə Azərbaycan ərazisindən keçib getmək üçün şərait yaradılmışdı. Nə qədər ki, ABŞ-ın Əfqanıstanda bu əməliyyatları davam etdi, 907-ci düzəlişin qüvvəsi də hər il dayandırıldı. ABŞ Əfqanıstanı tərk etdikdən sonra Bayden administrasiyası yenə də 907-ci düzəlişi qüvvədə saxladı. Məlumdur ki, bu il prezident Tramp 907-ci düzəlişin fəaliyyətini dayandırmaq haqqında qərar verdi. Ancaq bu müvəqqəti dayandırmalar, təbiidir ki, problemi həll etmir”.

A.Səmədov bir məsələni də qeyd etdi ki, bu 907-ci düzəlişin qəbul edilməsi nəticəsində ABŞ-ın Ermənistana etdiyi yardım Azərbaycanla müqayisədə 3 dəfədən artıqdır, yəni Azərbaycan 907-ci düzəlişdən bu qədər ziyan çəkir. “Azərbaycan Prezidenti bir daha bu məsələni BMT Baş Məclisinin iclasında qaldırdı. Əsas problem nədədir? Düzəliş Konqresdə ləğv olunmalıdır. Burada da qüvvələr nisbəti təqribən bir-birinə yaxındır. Bir neçə Respublikaçının erməni lobbisinin təsiri altına düşməsi həmin düzəlişin ləğv olunmasının qarşısını ala bilər. Erməni lobbisinin də ABŞ-da çox güclü olduğu heç kimə sirr deyil. Ancaq Tramp administrasiyası kifayət qədər güclü administrasiyadır, Prezident Trampın qətiyyətli addımlar atmaq bacarığı hamıya məlumdur. O, verdiyi sözün üstündə duran prezidentlərdən sayılır. Baxmayaraq ki, bəzən ziddiyyətli bəyanatlar da verir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi barədə prezident Trampın mövqeyinin kəskin şəkildə tez-tez dəyişməsi göz qabağındadır. Ancaq ümid edək ki, 907-ci düzəlişlə bağlı Tramp birmənalı mövqe tutacaq, qəti şəkildə bu düzəlişin aradan qalıdırılmasına cəhd göstərəcək və son nəticədə 907-ci düzəlişin ləğv olunmasına nail olacaq. Bu, eyni zamanda ABŞ-ın da maraqlarına cavab verir. Cənubi Qafqazda möhkəmlənmək istəyən ABŞ ilk növbədə Azərbaycanla münasibətlərini qaydaya salmalıdır. Məlumdur ki, Strateji Tərəfdaşlıq memorandumu hazırlamaq üçün İşçi Qrupları fəaliyyət göstərir. Yəqin ki, qısa müddətdə bu sənəd hazırlanacaq və Azərbaycan ABŞ-ın strateji tərəfdaşına çevriləcək. Strateji tərəfdaşa qarşı bu cür ədalətsiz düzəlişin qüvvədə qalması münasibətlərimizə çox ciddi zərbə vura bilər. Üstəlik, Tramp marşurutunun işə düşməsində də Azərbaycanın rolu çox böyükdür. Azərbaycan hakimiyyəti bu marşurutun qısa müddətdə açılmasını istəyir. Bu işin səmərəli olması üçün də 907-ci düzəliş dərhal ləğv olunmalıdır. Hələ ki, Konqresin hər iki palatasında çoxluq Respublikaçılara məxsusdur. Onlar Trampın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər, onun Konqresdə nüfuzu hələ ki, yüksəkdir. Bu addım mütləq atılmalıdır və ümid edək ki, yaxın zamanlarda Tramp administrasiyası fəal şəkildə 907-ci düzəlişin ləğv olunmasına başlayacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ