ABŞ prezidenti Donald Tramp son həftələrdə Rusiya döyüş təyyarələri və pilotsuz təyyarələrinin bir neçə NATO ölkəsinin hava məkanına daxil olması ilə bağlı tarixi açıqlamalar verib.
Tramp deyib ki, NATO ölkələri hava məkanına müdaxilə edən Rusiya təyyarələrini vurmalıdır. ABŞ prezidenti bu bəyanatı Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci iclası çərçivəsində Ukrayna prezidenti Zelenski ilə görüşü zamanı zamanı səsləndirib.
Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə diqqət çəkən Tramp, Ukraynanın mübarizəsinə böyük hörmətlə yanaşdıqlarını deyib.
Rusiya təyyarələrinin NATO ölkələrinin hava məkanını pozduğunu vurğulayan Tramp bildirib ki, NATO ölkələri hava məkanına soxulan Rusiya təyyarələrini vurmalıdır. Tramp mətbuat konfransında “NATO müttəfiqləri Rusiya təyyarəsini vursalar, onlara dəstək verərdinizmi?” sualına isə bunun şəraitdən asılı olacağını deyib.
Tramp Rusiya iqtisadiyyatının hazırda çox pis vəziyyətdə olduğunu deyib: “Düzünü desəm, Ukrayna bu böyük ordunu dayandırmaq üçün çox yaxşı bir iş görür. Üç il yarım keçdi və Rusiya o qədər də parlaq görünmür".
Müharibənin hazırkı vəziyyətini dəyərləndirmək üçün Rusiya prezidenti Putinlə nə vaxt görüşəcəyi sualına isə Tramp “bir ay ərzində bu barədə sizə xəbər verəcəyəm” deyib.
Tramp Rusiya iqtisadiyyatının və prezident Putinin çox çətin vəziyyətdə olduğunu ifadə edib və bildirib ki, Ukrayna ilə bağlı hərəkətə keçməyin vaxtıdır.
TAHİR