şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycana düşmən kəsilən Hindistanın baş naziri Trampa da xəyanət etdi...

Image


Məlumdir ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan da Ermənistanı dəstəkləməkdə davam edir. Düşmən ölkəni silahlandıran Hindistan Ermənistanla birlikdə digər addımlar da atır. Bu günlərdə isə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Azərbaycanın üzvlüyü Hindistan tərəfindən bloklandı.

O da maraqlıdır ki, Hindistan Çinlə böyük problemlərinin olmasına baxmayaraq, nümayişkaranə şəkildə bəzi hərəkətlər edir. Çin, Rusiya və Hindistan üçlüyünün birlikdə olmasını protokollarda, yəni rəsmi tədbirlərdə görmək olur. ŞƏT-in zirvə toplantısında Hindistanın baş naziri Narendra Modi bunu nümayiş etdirirdi. Modinin Rusiya prezidenti Vladimir Putinin əlindən tutub Çin rəhbəri Si Cinpinin yanına getməsi diqqətdən yayınmadı. Bütün bunlar ABŞ-da da diqqətlə izlənilir.

Maraqlıdır ki, indi ABŞ siyasətçiləri və prezident Donald Trampa yaxın rəsmilər Hindistanı və bu ölkənin baş naziri Narendra Modini Rusiyadan neft aldıqlarına görə tənqid edərkən getdikcə daha sərt ifadələrdən istifadə edirlər. Trampın ən yaxın məsləhətçilərindən biri olan Peter Navarro Rusiya-Ukrayna münaqişəsinin “Modi müharibəsi”nə çevrildiyini, Dehlinin isə “Kreml üçün start meydançasına” çevrildiyini bildirib. ABŞ dövlət katibi Marko Rubio və ticarət nümayəndəsi Ceymson Qrer Hindistanın güzəştə getməyə və Amerika mallarına rüsumları azaltmağa hazır olduğunu qeyd edərək Trampın mövqeyini yumşaltmağa çalışsalar da əks mənzərə ilə üzləşiblər. Tramp Hindistanın ilk növbədə Rusiyadan neft idxalını azaltmalı olduğunu vurğulayaraq bu ölkə ilə yeni ticarət sazişini təsdiqləməkdən imtina edib. Onun sözlərinə görə, Hindistan Rusiyadan çoxlu neft və silah alır, ABŞ-dan alış isə çox azdır. Vaşinqtonda Hindistanın tənqidçiləri hətta hindular üçün kasta kimi həssas bir məsələyə də müdaxilə etməkdən çəkinməyiblər. “The Washington Post”un yazdığına görə, , Peter Navarro bildirib ki, hind brahmanları Rusiya ilə ticarətdən qazanc əldə edirlər: “Hindistan, deyirlər, tariflərin maharacasıdır”. Amma Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib ki, Tramp və Modi arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır: “ABŞ və Hindistan komandaları strateji tərəfdaşlıq spektrində bir-biri ilə müntəzəm əlaqə saxlayırlar”. Lakin Dövlət Departamentinin mətbuat xidməti ABŞ-la münasibətlərin normallaşdırılması yükünü Hindistanın üzərinə atıb: “Hindistan ABŞ-ın narahatlığını aradan qaldırmaq üçün daha çox şey etməlidir”. Bunlar boş sözlər deyil. Tramp avqust ayında Hindistandan idxal olunan mallara rüsumları 50%-ə qaldırıb. Nəticədə Hindistan firmaları itkilərə məruz qalır. Bu hal və Navarronun dedikləri hindliləri qəzəbləndirib. Hindistan rəsmiləri bunun anti-Amerika əhval-ruhiyyəsinin artmasına səbəb olacağı barədə xəbərdarlıq edirlər. Hindistanın milli təhlükəsizlik üzrə keçmiş baş nazirinin müavini Pankaj Sarang deyir: “Qərar verənlərimiz ABŞ-ın bu cür davranışına öyrəşməyib. Bunun üçün yüksək qiymət ödənəcək”. Bunlar fonunda illərdir Trampla yaxın münasibətlər quran Modi indi ABŞ-ın geosiyasi rəqibləri - Çin və Rusiya ilə əlaqələri gücləndirməyə başlayıb. O, ŞƏT sammitində Çin sədri Si Cinpinlə səmimi ünsiyyətdə olub, Rusiya prezidenti Vladimir Putinlə qucaqlaşıb.Hindistan Xarici İşlər Nazirliyi Modinin Çində Si Cinpin ilə söhbətinə istinad edərək, Dehli və Pekinin rəqib deyil, iqtisadi inkişafda tərəfdaş olduğunu vurğulayıb. Bu, Hindistanın ilk növbədə ABŞ-a mesajı hesab edilir. Ölkə daxilində isə Modi özünü xarici təzyiqlərə boyun əyməyən lider kimi göstərməyə çalışır. Trump tarifləri qaldırdıqdan sonra Modi fermerlərin, südçülərin və balıqçıların maraqlarını ABŞ üçün qurban verməyəcəyini söyləyib. Indi Hindistanda belə iddialar da səslənir ki, Vaşinqton və Dehli arasında münasibətlərin kəskinləşməsinə Trampın Nobel mükafatı laureatı almaq ambisiyaları üzərində məharətlə oynayan Pakistan “kömək edib”. May ayında Hindistan və Pakistan dörd gün ərzində raket zərbələri, pilotsuz uçuş aparatları və bombardmançı reydlər mübadiləsi aparıb. Ağ Ev atəşkəs üçün dövriyyəyə girib. İslamabad bunu təsdiqləyib. Amma Dehli Trampın vasitəçilik versiyasını inkar edib. Dehli qeyd edib ki, heç bir vasitəçilik olmayıb, hərbi əməliyyatların dayandırılması iki ölkənin ordu komandirləri arasında birbaşa razılaşmanın nəticəsi olub. Hindistan rəhbərliyi Ağ Evin bu münaqişədə sülhməramlı roluna dair iddialarını Hindistana qarşı daha bir hörmətsizlik əlaməti kimi qəbul edib. Hindistan Xarici İşlər Nazirliyi Vaşinqtonun addımları ilə bağlı şərhlərində balansı gözləməyə çalışır. Amma hökumətin nəzarətində olan bloqqerlər və televiziya ulduzları öz emosiyalarına sərbəstlik verirlər. Modinin tərəfdarı olan yoqa ustası Svami Ramdev qeyd edir: “Hindlilərdən heç kim “Coca-Cola” və ya “Pepsi-Cola” mağazasına baş çəkməsin, KFC və ya “McDonald's”a getməsin”. Hindistan hökumətinə yaxın olan “Hindustan Times” qəzeti Hindistan-Amerika münasibətlərindəki çatların Dehlinin Moskva ilə əməkdaşlığının möhkəmlənməsinə kömək edəcəyini proqnozlaşdırır. Modi və Putin ŞƏT-in Tencin şəhərinə keçirilən sammiti zamanı Rusiya prezidentinin limuzinində danışıqlar aparıblar, çünki burada danışıqlar dinlənilməkdən qorunur. Modi danışıqların nəticəsini belə təsvir edib: “Hindistan və Rusiya ən çətin anlarda çiyin-çiyinə dayanıblar. Onların sıx əlaqələri dünyada sülh və sabitliyin açarıdır”. Dehli həmçinin istehsalçılarını ABŞ tariflərinin təsirindən qorumağa çalışır. Daxili tələbi artırmaq üçün bir çox istehlak malları və xidmətlər üzrə vergilər azaldılıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ