Cümə axşamı günü, 01 oktyabr 2026
     

Çindən Rusiyaya gözlənilməz jest - illərlə dözdü, nəhayət bu addımı atdı...

Image


Çin indi layihəyə razılaşmaqla, həm enerji təminatını ucuz və uzunmüddətli edir, həm də Rusiyanı strateji asılı vəziyyətdə saxlayır

Rusiyadan Çinə çəkilməsi 2014-cü ildə razılaşdırılan "Sibirin gücü - 1" qaz kəməri 2019-cu ildə işə düşüb. Həmin kəmərlə Moskva Pekinə ildə 38 milyard kubmetr qaz satır. 2022-ci ildə, Rusiya Ukraynaya hücum edəndən sonra Qərb rus qazından imtina etməyə başladı.

Həmin vaxt Putin Çinə əlində qalan izafi qazı ixrac etmək üçün "Sibirin gücü - 2" qaz kəmərinin çəkilməsini təklif etdi. O zaman Moskva kəmərin çəkilməsinə investisiya qoymağa hazır olduğunu bildirirdi. İndi isə Rusiyanın belə bilr imkanı yoxdur. Amma Çin, nədənsə, o vaxt bu kəmərin çəklişinə razı olmadı. İndi isə, hələ bu kəmərin maliyyəsi hardan gələcək, neçə ilə tamamlanacaq bilinmir, amma Çin "Sibirin gücü - 2" qaz xəttinin çəkilişi barədə saziş inzalayıb. Çini fikrindən daşındıran nə ola bilər?

Baki-xeber.com nəşrinə görə, “Sibirin gücü-2” layihəsi Rusiya qazını Altay istiqamətindən keçməklə Çinə çatdırmağı nəzərdə tutur. Layihə reallaşarsa, ildə təxminən 56 milyard kubmetr qazın Çinə ixracı mümkün olacaq.

Bu, artıq işləyən “Sibirin gücü-1” kəmərinə əlavədir (o, 2019-dan fəaliyyət göstərir və ildə 38 milyard kubmetr gücə malikdir).

Yeni saziş Moskva üçün olduqca əhəmiyyətlidir. Çünki Avropa bazarı Qərb sanksiyaları səbəbindən daralıb. Avropa İttifaqı, hətta Rusiyadan LNG (sıxlaşdırılmış qaz) almaqdan imtina etməyə hazırlaşır. Belə bir şəraitdə Rusiya qazı üçün əsas alıcı kimi Çin daha ön plana çıxır.

Bu Çin üçün də əhəmiyyətlidir. Pekin özünü toxdaq müştəri kimi aparır, çünki ona rus qazı əlimyandıda gərək deyil. Çin ABŞ-dan və digər tərəfdaşlarından ehtiyaci qədər qaz ala bilir. Lakin Rusiyadan kəmərlə əlavə qaz almaqla, həm enerji təminatını diversifikasiya edir, həm də daha aşağı qiymətlə qaz alır. İndi Çin bu kəmərlə qazı Rusiyadan 2022-ci ilə nisbətən azı 20-30% ucuz alacaq. Çünki Rusiya çarəsiz durumdadır. Ya hasil edilən qazı kiməsə satmalıdır, ya da hasilatı dayandırmalıdır.

Bu müqavilə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük rezonans doğuracaq. Çünki layihə Qərbin və ABŞ-ın sanksiyalarla küncə sıxışdırmaq istədiyi Rusiyaya yeni nəfəs verəcək. Ukrayna müharibəsindən əvvəl Rusiya Avropaya ildə təxminən 200 milyard kubmetr civarında qaz satırdı. 2025-ci ilin sonuna bu həcmin 30 milyard kubmetrə qədər azalması gözlənilir. "Sibirin gücü - 2" layihəsi isə əlavə olaraq 56 milyard kubmetr qaz ixracı deməkdir. Çunki layihə çərçivəsində "Sibirin gücü - 1" kəməri üzrə qaz ötürülmə həcminin 38 mlrd kubmetr/il səviyyəsindən 44 mlrd kubmetr/il-ə artırılmasına qərar verilib. Yəni bu saziş Rusiyaya Avropadakı itirilmiş bazarı qismən əvəz etmək üçün strateji addım sayılır.

Sənəd imzalanıb, lakin qiymət, maliyyələşdirmə və tikinti cədvəli üzrə əsas əməkdaşlıq detalları hələ razılaşdırılmayıb. Bununla yanaşı, Çin üçün qazın Avropaya nisbətən daha aşağı qiymətlə təklif ediləcəyi gözlənilir.

Yuxarıda qeyd etdiyumiz kimi, Çin üçün də bu, enerji təchizatının diversifikasiyası və ABŞ-ın LNG bazarındakı gücünə qarşı dayanıqlılığı təmin etmək məqsədi daşıyır.

Analitiklər bildirir ki, Çin bu saziş zamanı daha çox üstünlük əldə edir. Rusiya Avropadan olan asılılığı azaldır, ancaq Çin çoxsaylı enerji tədarükçüləri sayəsində bazar mövqeyində daha da güclənir.

Bu layihəni 3 il gecikdirməsinin səbəbinə gəldikdə, Pekinin “Sibirin gücü-2” layihəsinə 2022-ci ildə yox, indi (2025-ci ildə) razılıq verməsinin bir neçə əsas səbəbi var.

2022-ci ildə Çin artıq Rusiya ilə “Sibirin gücü-1” kəmərini işlədirdi və Türkmənistan, Qazaxıstan, Myanma, eləcə də LNG idxalı (Qətər, Avstraliya, ABŞ) vasitəsilə enerji təchizatını çoxşaxəli etmişdi. Ona görə də Pekin dərhal yeni kəmərə ehtiyac duymurdu və qiymət danışıqlarında üstün mövqeyini qorumaq üçün gözlədi.

İkincisi, Ukrayna müharibəsindən sonra Avropa qaz bazarı Rusiyadan, demək olar ki, imtina etdi. Rusiya üçün yeni əsas alıcı Çin oldu. Bu səbəbdən Moskva çox güzəştə getməyə məcbur qaldı. Pekin bunu bilirdi və gözləyirdi ki, Moskvanın təklifi daha sərfəli şərtlərlə masaya gəlsin.

Eyni zamanda, bu dövr ərzində Çinin daxili qaz istehlakı artdı, amma LNG qiymətləri (xüsusilə Asiya bazarında) bahalaşdı. 2023–2024-cü illərdə Çinin LNG idxalı rekord səviyyəyə çatdı, ancaq qiymət dalğalanmaları Pekinin daha stabil boru kəməri qazına marağını artırdı. “Sibirin gücü-2” ilə Rusiya Çinə illik 56 mlrd kubmetr əlavə təminat verəcək ki, bu da Çinin artan tələbatına cavab verir.

Çin 2022-ci ildə danışıqları ləngitməklə Rusiyaya açıq mesaj verdi: “Siz bizdən asılısınız, bizdən xahiş etməlisiniz”. 2025-ci ilə gəldikdə isə, Pekin artıq ABŞ ilə Asiya-Sakit okean regionundakı gərginlik fonunda qlobal enerji bazarında üstün mövqe axtararkən

Moskvanı yanına daha sıx bağlamaq üçün bu razılaşmanı imzaladı.

Eyni zamanda, “Sibirin gücü - 2” marşrutu Monqolustandan keçməlidir. 2022-ci ildə Monqolistan hökumətində texniki, ekoloji və siyasi narahatlıqlar var idı. Son illərdə bu maneələr aradan qaldırıldı və Pekin üçün layihə praktiki olaraq real vəziyyətə gəldi.

Nəticə olaraq qeyd edək ki, Çin 2022-ci ildə razılaşmadı, çünki tələbatı hələ təcili deyildi və Rusiya zəiflədikcə şərtləri yaxşılaşdırmaq üçün gözləyirdi. 2025-ci ildə isə daxili enerji tələbatı artıb, LNG qiymətləri qeyri-sabit oldu, Monqolustan marşrutu razılaşdırıldı, Rusiya isə bazarsız qalıb və qazı istənilən şərtlə satmağa hazırdır.

Beləliklə, Çin indi layihəyə razılaşmaqla, həm enerji təminatını ucuz və uzunmüddətli edir, həm də Rusiyanı strateji asılı vəziyyətdə saxlayır.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ