çərşənbə günü, 12 avqust 2026
     

Azərbaycana qarşı Zaxarovaya bu dili kim verib?

Image


Qulamhüseyn Əlibəyli: “Zaxarovanın şərt xarakterli açıqlaması Azərbaycan üçün qəbuledilməzdir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanla Moskva arasında münasibətlərin normallaşması üçün şərt irəli sürüb. O bildirib ki, Azərbaycanın həbsdə saxladığı 13 Rusiya vətəndaşının azadlığa buraxılması münasibətlərin yaxşılaşması istiqamətində mühüm addım ola bilər.

Zaxarova qeyd edib ki, bu məsələ avqustun 22-də Həştərxanda keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclasında ətraflı müzakirə olunub və Moskvanın mövqeyi Azərbaycan nümayəndə heyətinə çatdırılıb.

Sözügedən Rusiya vətəndaşları İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluqda ittiham olunaraq həbs ediliblər. Belə çıxır ki, indi onlar bu cinayət əməlinə görə cəzalandırılmasın? Yaxud da Azərbaycan həbs etdiyi Rusiya vətəndaşlarını birtərəfli buraxmalıdır?

“Rusiya hakimiyyəti daxilində müəyyən qüvvələr ölkəmizlə münasibətləri yaxşılaşdırmaq istəyir, amma...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Zaxarovanın son dövrlər verdiyi bir sıra açıqlamalar diplomatik etika qaydalarına o qədər də uyğun gəlmir: “O cümlədən, dövlətlərarası münasibətlərdə qəbul olunmuş sadə nəzakət qaydalarına da uyğun gəlmir. Konkret olaraq Azərbaycanla bağlı açıqlama da bu qəbildəndir. Yəni Azərbaycan-Rusiya münasibətlərini konkret cinayətdə ittiham edilən şəxslərin azad olunması ilə əlaqələndirməyin özü Azərbaycana bir siyasi təzyiqin, özü də kobud şəkildə olan formalardan biridir. Halbuki, Azərbaycan tərəfinin ittihamı sübut edəcək müəyyən dəlilləri var. Təbii ki, hər bir dövlət öz vətəndaşlarının hüquqlarını xaricdə də müdafiə etməlidir. Burada söhbət diplomatik vasitələrdən gedir. Ancaq bu, hər hansı bir dövlətə publik, açıq şəkildə şərt qoymaq şəklində ola bilmir. Adətən dövlətlərarası beynəlxalq səviyyəli görüşlərdə qabardılmadan müzakirə edilir. Bununla bağlı beynəlxalq təcrübə var. İctimaiyyətə bir çox hallarda bununla bağlı məlumat verilmir. Yaxud məlumat verilsə də, bu, ümumi razılaşma əsasında həyata keçirilir. Zaxarovanın danışıq tonundan belə məlum olur ki, Azərbaycan nümayəndə heyəti ilə danışıq aparılsa da razılıq əldə edilməyib. Bu səbəbdən Azərbaycana təzyiqləri gücləndirmək barədə fikirləşirlər. Başa düşmək istəmirlər ki, artıq Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. O cümlədən, Rusiyanın Azərbaycana təsir imkanları xeyli azalıb. Ona görə də Rusiya orada yaşayan soydaşlarımıza təzyiq etməklə Azərbaycana təsir etməyə çalışır. Lakin bu zaman Azərbaycanın sərt təpkiləri ilə üzləşmiş olur. Digər versiya da ola bilər. Ola bilsin, Rusiya hakimiyyəti daxilində də Azərbaycanla münasibətləri gərginləşdirmək istəyən qüvvələr çoxdur. Bu günlərdə Pekində Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə yaxınlaşıb salamlaşması adi nəzakət qaydası hesab edilsə də, amma hər halda bir jest idi. Çünki həmin jestdən sonra Putin iki ölkə münasibətlərinin nizama salınması istiqamətində müsbət fikir söylədi. Bu o deməkdir ki, salamlaşma heç də adi nəzakət jesti deyildi. Fikrimcə, Rusiya hakimiyyəti daxilində müəyyən qüvvələr Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq görünür, bu niyyət hələ tam Rusiya hakimiyyətini əhatə etməyib. Yəni hakimiyyətdə ikitirəlik mövcuddur. Prezident bir məsələni deyir, XİN başqa məsələni. Ona görə də bütün bunları artıq Rusiya öz hökuməti daxilində müəyyənləşdirməlidir. Bütün hallarda, Zaxarovanın şərt xarakterli açıqlaması Azərbaycan üçün qəbuledilməzdir. Bildiyim qədər, rəsmi Bakı bunu rədd edib. Azərbaycanın da Rusiyadan tələbləri var. Bu, daha çox ötən il vurulan mülki təyyarəmizlə bağlı tələblərdir. Azərbaycan haqlı olaraq kompensasiya ödənilməsini, təyyarəni vuranların cəzalandırılmasını tələb edir. Bu da beynəlxalq hüquq normalarına, mülki aviasiyanın təhlükəsizliyi haqqında normalara tamamilə uyğun olan bir məsələdir. Çox təəssüf ki, Rusiya bundan boyun qaçırır və Azərbaycana alternativ şərtlər irəli sürmək istəyir. Yəni konkret cinayət əməlində ittiham edilən şəxslərin azad edilməsini istəyir. Özü də kobud şəkildə. Bu isə Azərbaycan üçün qəbuledilməz şərtdir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

11.08.2026 / 20:51
ŞOK İDDİA… Kreml İrəvana bir ay vaxt verdi – ermənilər Rusiyadan qovulacaq, qaz nəqli dayandırılacaq…

11.08.2026 / 20:37
Ermənistan və Türkiyə eyni “hərbi blokda” – bu nə strategiyadır...

11.08.2026 / 20:12
Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu - FOTO

11.08.2026 / 20:10
Prezident və Birinci xanım Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar - FOTO

11.08.2026 / 20:01
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO

11.08.2026 / 19:50
Prezident və Birinci xanım Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - FOTO

11.08.2026 / 19:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər - FOTO

11.08.2026 / 19:19
Prezident İlham Əliyev Naxçıvana səfər edib - FOTO

11.08.2026 / 18:49
Məkkə sazişi “İbrahim sazişləri”nin alternativi olacaq?..

11.08.2026 / 18:33
ABŞ ordusu Oman körfəzində konteyner gəmisinə atəş açdı...

11.08.2026 / 18:19
Aİ-nin qadağasına baxmayaraq Avropa Rusiyadan qaz idxalını artır - xüsusilə də Fransa...

11.08.2026 / 18:15
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqtonda müzakirə olundu

11.08.2026 / 17:52
Gürcüstan tələyə düşdü - İranın kriptovalyutalarının tranziti üçün əsas mərkəz rolu oynayıb...

11.08.2026 / 17:37
Serbiya prezidenti Donbasın Putinə tam şəkildə verilməsinin "lobbiçiliyini edir"...

11.08.2026 / 17:22
Türkiyə Erməni Patriarxlığı Paşinyan hakimiyyətinə qarşı çıxdı...

11.08.2026 / 17:09
ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

11.08.2026 / 16:52
“Mən İranın bankiriyəm” - Tramp

11.08.2026 / 16:34
QHT Şərurda görüş keçirib

11.08.2026 / 16:17
Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

11.08.2026 / 16:02
Yasamalda soyğunçuluq edən şəxs saxlandı

11.08.2026 / 15:31
"Ermənistan Azərbaycandan qaz idxal edə bilər! - erməni deputat

11.08.2026 / 15:16
İrandan Rusiyaya “bibər” yükü aparan maşından 25 kq narkotik çıxdı...

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ