Rusiya prezidenti Putin Çinə dörd günlük səfərindən sonra verdiyi açıqlamada Ukrayna prezidenti Zelenskinin danışıqlar üçün Moskvaya səfər edə biləcəyini açıqlayıb.
"Donald (Tramp) mümkünsə belə bir görüş keçirməyimi xahiş etdi. Zelenski Moskvaya gəlməyə hazır olsa, bu görüş baş tutacaq" deyə Putin bildirib.
Xatırladaq ki, Zelenski daha əvvəl Putinlə Moskvada görüş təklifini rədd edərək, danışıqların İsveçrə, Avstriya və ya Türkiyə kimi neytral Avropa ölkəsində keçirilməli olduğunu bildirmişdi.
TAHİR