Cümə axşamı günü, 01 oktyabr 2026
     

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı vətəndaş müqaviməti...

Image


Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətin hüquqi və siyasi mədəniyyət səviyyəsi ilə ölçülür. Hüquqi və siyasi mədəniyyət, əslində, vətəndaşların dövlət idarəçiliyində fəallığını, qanunlara münasibətini, öz hüquq və vəzifələrini dərk etməsini müəyyənləşdirən mühüm göstəricilərdir.

Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Çünki hüquqi dövlət quruculuğu və demokratik cəmiyyətin inkişafı, yalnız vətəndaşların yüksək hüquqi və siyasi mədəniyyətə malik olduqları şəraitdə mümkün ola bilər.Eyni zamanda kənar zərərli xarici müdaxilələrin önlənməsində də cəmiyyətin hüquqi və siyasi savadlılığı mühüm önəmə malikdir.

Rusiya cəmiyyəti yalan faktlarla qızışdırılaraq Azərbaycana qarşı əsassız düşmənçiliyə sürüklənir

Hazırda Azərbaycan üçün kənar zərərli xarici müdaxilələr məsələsi, bunun vaxtında önlənməsi olduqca mühümdür. Elə bu günlərdə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı yaydığı bəyanat fonunda bunun daha bir əyani nümunəsini görmək mümkündür.

Sözügedən bəyanatda qeyd edilir: “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış feysbuk, instaqram və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.

Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsilə seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.

Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir”. Eyni zamanda prosesdə vətəndaşların da iştirakı vacibdir. Bu da məhz yüksək hüquqi və siyasi mədəniyyətdən keçir. Məlumdur ki, hüquqi mədəniyyət insanların hüquqi normaları qəbul etməsi, qanunlara hörmətlə yanaşması və gündəlik həyatında onlara əməl etməsi deməkdir. Azərbaycan Konstitusiyası və digər qanunvericilik aktları vətəndaşların hüquq və azadlıqlarını təmin edir. Lakin hüquqi mexanizmlərin işləməsi üçün vətəndaşların həmin normaları bilməsi və onlardan istifadə etməsi vacibdir. Məhz bu səbəbdən hüquqi maarifləndirmə, təhsil müəssisələrində hüquq dərslərinin təşkili, vətəndaş cəmiyyəti institutlarının maarifləndirici layihələri hüquqi mədəniyyətin artırılmasında mühüm rol oynayır. Siyasi mədəniyyət cəmiyyətin dövlət idarəçiliyində iştirakı, siyasi institutlara münasibəti və siyasi proseslərdə fəallığı ilə bağlıdır. Siyasi mədəniyyətin yüksək olduğu ölkələrdə vətəndaşlar seçkilərdə fəal iştirak edir, ictimai müzakirələrdə öz mövqelərini bildirir, həmçinin siyasi qərarların qəbul edilməsində dolayı yolla iştirak edirlər. Azərbaycan cəmiyyətində siyasi mədəniyyətin inkişafı demokratik dəyərlərin möhkəmlənməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinin güclənməsi ilə birbaşa bağlıdır. Dövlətin apardığı islahatlar, seçki institutunun təkmilləşdirilməsi, siyasi partiyaların və ictimai birliklərin fəaliyyətinə yaradılan şərait vətəndaşların siyasi proseslərə marağını artırır. Eyni zamanda kənar müdaxilələrə qarşı həmrəyliyin formalaşmasında d bu faktor həlledici rol oynayır.

Azərbaycan ictimai institutları ermənipərəst ABŞ konqresmenlərinə qarşı...

Vətəndaşların hüquqi və siyasi mədəniyyətinin artırılmasının ən mühüm vasitəsi təhsildir. Məktəb illərindən başlayaraq şagirdlərə vətəndaşlıq, hüquq, demokratiya dəyərləri aşılanmalıdır. Ali məktəblərdə hüquqi savadlılıq fənlərinin tədrisi genişləndirilməli, tələbələrə dövlət və cəmiyyət münasibətlərinin əsas prinsipləri izah edilməlidir.

Bundan başqa, kütləvi informasiya vasitələri və sosial şəbəkələr də hüquqi və siyasi maarifləndirmə prosesində mühüm rol oynayır. Televiziya proqramları, ictimai müzakirələr, internet layihələri və maarifləndirici kampaniyalar vətəndaşların biliklərini artırmaqla yanaşı, onları praktik fəaliyyətə təşviq edir. Qeyri-hökumət təşkilatları, ictimai birliklər, könüllü hərəkatlar vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsində mühüm missiya daşıyır. Bu qurumlar hüquqi yardımlar göstərir, təlimlər keçirir, ictimai fəallığın artmasına şərait yaradır. Azərbaycan cəmiyyətində vətəndaş təşəbbüslərinin dəstəklənməsi dövlətin prioritetlərindən biridir və bu, vətəndaşların maariflənməsinə əhəmiyyətli təsir göstərir. Yenə bu fonda qeyri-hökumət təşkilatlarının və digər ictimai institutların ölkənin maraqlarının müdafiəsində müvafiq addımlar atmasını hüquqi və siyasi mədəniyyət savadlılığının artırılmasının nə dərəcədə böyük önəm kəsb etdiyinə əyani misal kimi göstərmək olar. Məlumdur ki, bir müddət əvvəl bir qrup ABŞ konqresmeni Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığa yol verərərk, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyət göstərinblər, müvafiq bəyana qəbul ediblər. Bundan dərhal sonra Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib. Burada qeyd edilir ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar: “Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar. Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur... Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir”. Bütün bunlar ölkənin maraqlarının müdafiəsində ictimai institutların rolunun mühüm önəm kəsb etdiyini bir daah göstərir. Azərbaycanın bu sahədə mühüm nailiyyətləri olsa da, hələ də müəyyən çağırışlar mövcuddur. Bəzi vətəndaşların hüquqi biliklərinin məhdudluğu, siyasi proseslərə marağın yetərincə olmaması, bəzən isə yanlış informasiya mühiti bu prosesləri ləngidir. Buna görə də həm dövlət, həm də vətəndaş cəmiyyəti institutları daha aktiv fəaliyyət göstərməli, maarifləndirmə işlərini genişləndirməlidirlər. Beləliklə, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi dövlətin demokratik inkişafı üçün əsas şərtlərdəndir. Yüksək hüquqi mədəniyyət qanunun aliliyini təmin edir, siyasi mədəniyyət isə vətəndaşların dövlət idarəçiliyində iştirakını gücləndirir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi Azərbaycan cəmiyyətinin daha da inkişaf etməsinə, sabitlik və rifahın möhkəmlənməsinə xidmət edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ