Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan Qızıl Aypara Cəmiyyəti BQXK-nın çox sirlərini bilir - Niyə açmır?

Image


Akif Nağı: “Bu təşkilatın Azərbaycan nümayəndəliyi şübhəsiz, bir casus yuvası idi”

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Hökumətinin qərarı ilə 3 sentyabr 2025-ci il tarixində ölkədəki nümayəndəliyini bağlayıb.

BQXK-dan bildirilib ki, fəaliyyət müddətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə də əməkdaşlıq ediblər: “Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini dayandıran Azərbaycan nümayəndəliyi “biz Azərbaycanda olduğumuz müddətdə Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmişik” deyib.

Məlumdur ki, BQXK burda həmişə ermənilərin, Azərbaycana düşmən olan ölkələrin əlaltısı kimi rəftar edib, heç vaxt obyektivliyə xidmət etməyib, azərbaycanlıların hüquqlarını qorumayıb, gözdən pərdə asmaq məqsədilə göstərdikləri fəaliyyətləri göz qabağında olub.

Bu təşkilatın humanitar mandatından sui-istifadə etməsi faktdır və torpaqlarımız işğalda olduğu müddətdə belə Azərbaycanın haqlı mövqeyinə dəstək verməyiblər. Vaxtilə Ermənistanın hərbi təcavüzünə məruz qalan və bunun nəticəsində ərazilərinin 20 faizi işğal olunan, 1 milyona yaxın vətəndaşı öz yurdlarından didərgin salınan Azərbaycana daxil olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, öz missiyasını tam yerinə yetirməyib, Birinci Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK-nın onların tapılaraq geri qaytarılması, onlar barədə hər hansı bir məlumatın əldə edilməsi istiqamətində bu taşkilatın nəzərəçarpacaq fəaliyyəti olmadı.

Mətbuatda yazılanlara görə, BQXK bir çox azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığına dair dəqiq məlumata malik olsa da, üzərinə düşən vəzifələrin icrasından yayınmaq yolunu seçdi və müxtəlif bəhanələrlə özünü bu prosesdən kənarda saxlamağa çalışıb. Mətbuata görə, Birinci Qarabağ müharibəsinin gedişində əsir və itkin düşmüş çox sayda azərbaycanlı haqqında indiyə qədər heç bir məlumat əldə edilməməsində BQXK-nın fəaliyyətsizliyinin böyük rolu var.

Bununla belə, İkinci Qarabağ müharibəsi davam edən müddətdə və ondan sonra BQXK ermənilərin problemlərinin həllinə yönəlik proseslərə çox fəal şəkildə qoşuldu. Komitənin erməni təəssübkeşliyindən qaynaqlanan “fədakar fəaliyyəti” sayəsində 1700-dən artıq erməni hərbçisinin cəsədi aşkarlanaraq Ermənistana təhvil verildi.

İkinci Qarabağ müharibəsindən sonra Xankəndidə avtonom qaydada fəaliyyət göstərməyə başlayan BQXK öz davranışlarında beynəlxalq hüquqa, Azərbaycan qanunlarına açıq hörmətsizlik nümayiş etdirməkdən çəkinmədi. Digər tərəfdən, komitənin Xankəndidə yenidən strukturlaşması BQXK-nın Azərbaycanda faktiki olaraq, iki mərkəzinin fəaliyyət göstərməsi anlamına gəlirdi. Burada diqqət yetirilməli əsas və qəbuledilməz məqam isə komitənin Xankəndi ofisinin “öz” büdcəsinə malik olması, müstəqil kadr seçimi həyata keçirməsi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərməsi idi.

Qeyd olunan nüansları nəzərə alan Azərbaycan BQXK-ya dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, qurumun rəhbərliyi bütün bu müraciətlərə məhəl qoymayaraq özünü “suveren subyekt” kimi aparmaqda davam edirdi.

Xatırlatmaq yerinə düşər ki, bütün bunlarla yanaşı, ekoloji məsələlərlə bağlı azərbaycanlı ekofəalların 2021-ci ilin dekabrında Laçın yolunda etiraz aksiyaları təşkil edərkən, BQXK-nin Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirərək, əslində, bununla faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərirdi. Bu səbəbdən, komitənin iki əməkdaşı o zaman “persona non qrata” elan edilərək Azərbaycandan çıxarılması təsadüfi olmamaqla bərabər, yerində atılmış zəruri addım kimi qiymətləndirildi.

BQXK-nin öz fəaliyyətində müxtəlif ölkələrə münasibətdə ikili standartlara əsaslanmasını birbaşa təsdiqləyən daha bir məqam Rusiya-Ukrayna müharibəsinin gedişində qabarıq üzə çıxdı. Nə qədər təəccüblü olsa da, Ukraynanın Donetsk vilayətinin yaşayış məntəqələri üçün nəzərdə tutulan humanitar yardımların Moskvadan deyil, Kiyevdən aparılması tələbi ilə çıxış edən BQXK 44 günlük müharibədən sonra Azərbaycanın Ağdam yolunu açmasına və Komitənin yardımlarının bu yolla çatdırılmasına şərait yaratmasına baxmayaraq, yardımların ciddi-cəhdlə məhz Laçın yolu ilə daşınmasında israr edirdi. Bu yanaşma komitənin humanitar məsələləri də öz maraqlarına uyğun siyasiləşdirməsinin birmənalı göstəricisidir.

Mövzuya aid mühüm detallardan biri də vaxtilə BQXK-nin Bakı ofisinə rəhbərlik edən, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauerin İkinci Qarabağ müharibəsindən sonra yeni savaşın alovlanacağı və onların Xankəndidə fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac duyulacağına dair “peyğəmbərliyi”dir. Qərb dövlətlərinin hazırda Cənubi Qafqazda sülhün bərqərar edilməsinə istiqamətlənmiş təşəbbüsləri bloklamağa, regionda gərginliyi artırmağa çalışdıqlarını gördükdə, Bauerin vurğulanan “peyğəmbərliyi”nin haradan qaynaqlandığını görmək çətin deyil.

Bütün bu nüanslar ümumiləşdirildikdə, BQXK-nın Xankəndidə “müstəqil” ofisinin fəaliyyət göstərməsinin məqsədəuyğun olmaması qətiyyən şübhə doğurmur. Ona görə də Xankəndi ofisinin fəaliyyətinin dayandırılması haqqında doğruluğu şübhə doğurmayan qərar qəbul edildi. Ancaq komitə burada da ənənəvi yanaşmasından kənarlaşa bilmədi və nəticədə Xankəndi ofisinin bağlanmasına dair məlumat da BQXK-nin Bakı deyil, İrəvan ofisi tərəfindən ictimailəşdirildi. Bunlar mətbuatda gedən faktlardır.

İndi də deyirlər ki Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmişik. Maraqlıdır, indiyə qədər Qırmızı Aypara Cəmiyyəti BQXK-nın Azərbaycanda qeyri-şəffaf, səmərəsiz, aldadıcı, yola verici fəaliyyəti ilə bağlı bir dənə də olsun açıqlama, bəyanat verməyib. Qırmızı Aypara Cəmiyyəti niyə susur? BQXK-nın Azərbaycandakı ziyanlı fəaliyyəti ilə bağlı məgər onlarda informasiya yoxdur?

“BQXK-nın Qızıl Aypara ilə əməkdaşlığı olsaydı biz bunu görərdik...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, BQXK ilə bağlı bizim mövqeyimiz birmənalıdır, bu qurum heç vaxt Azərbaycanın maraqlarna xidmət etməyiblər, öz mandatlarından sui-istifadə edərək ermənilərə xidmət ediblər. “Keçən 30 il ərzində biz Qarabağ Azadlıq Təşkilatı olaraq Qarabağda gedən proseslərlə, ermənilərin vəhşilikləri, Ramil Səfərovla, Dilqəm Əsgəriv və Şahbaz Quliyevlə, Mübariz İbrahimovla bağlı dəfələrlə BQXK-yə müraciət etmişik, dəfələrlə onun ofisi qarşısında aksiya keçirmişik, nümayənləri ilə görüşüb mövqeyimizi bildirmişik. Hər dəfə bütün məsuliyyətdən yaxalarını kənara çəkiblər. Özlərini belə qələmə veriblər ki, guya onların heç nədə iştirakları yoxdur, işləri məktub aparıb məktub gətirmişik. Biz o vaxt da BQXK-nın Azərbaycan nümayəndəliyini ermənilərin casus şəbəkəsi adlandırırdıq. Bir dəfə Mübariz İbrahimovla bağlı aksiya keçirirdik, nümayəndələri qarşımıza çıxsılar, sözümüzü dedik. Özümüzlə simvolik zəncir götürmüşdük, o zənciri onların darvazasına açarla bağladıq və açarı da uzaqlara atdıq ki, biz sizin qapınızı bağlayırıq çıxın gedin. Bizim həmişə onlardan tələb etmişik ki, çıxın gedin, siz burda casus yuvasısınız, humanizmlə əlaqəniz yoxdur, obyektiv deyilsiniz. Bu təşkilatın Azərbaycan nümayəndəliyi şübhəsiz, bir casus yuvası idi. Şərait yetişdi, Azərbaycan öz ərazilərini işğaldan azad etdi, münaqişəyə son qoyulsa da Ermənistan hələ də təxribatlarından əl çəkmir. Azərbaycan rəhbərliyi çox düzgün qərar qəbul edib BQXK-nı Azərbaycandan çıxarır. Onlar bizim ərazilərdən getsinlər. Ümumiyyətlə, onların fəaliyyətinə bir qiymət də verilsin. Mən onların fəaliyyətini Bakıdakı “Rus Evi” ilə müqayisə edərdim. Yəni “Rus Evi” də uzun müddət burda fəaliyyət göstərdi, onlara istənilən şərait yaradıldı, sonra onların casusluqla məşğul olduğu üzə çıxdı. Belə bir tədiqiqat BQXK ilə bağlı da aparılmalıdır, onların işinə dövlət səviyyəsində bir qiymət də verilməlidir ki, onlar bu illər ərzində hansı işləri görüblər, doğrudanmı bunlar müsbət bir iş görüblər? Əslində müsbət iş görməyiblər. Onların işi ancaq o olurdu ki, Azərbaycan tərəfə keçən, yaxud döyüş prosesində əsir düşən ermənilərlə görüşsünlər, onları ürəkləndirsinlər, şikayətlərini dinləsinlər və onu beynəlxalq aləmə və Ermənistan hakimiyyətinə çatdırsınlar. Əsas işləri bundan ibarət idi. Ermənistanın bir nümayəndəliyi kimi fəaliyyət göstərirdilər. Ona görə də onların getməsi çox vacibdir. Bütün hallarda BQXK ortaya bir hesabat qoymalıdır. Deyirlər ki, Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq ediblər. Mən onlar arasında belə bir əməkdaşlıq haqda məlumatsızam. Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbərliyindən də soruşmaq lazımdır ki, bunların BQXK ilə hər hansı bir əməkdaşlığı olub, yoxsa yox. Ola bilsin “hə, olubdur” desinlər. Çünki hər ikisi eyni tipli təşkilatdır, beynəlxalq formlarda görüşürlər, əlaqələri var. BQXK-nın Qızıl Aypara ilə əməkdaşlığı olsaydı biz bunu görərdik ki, doğrudan da bunların hansısa bir əməkdaşlığı var. Amma belə bir məlumat yoxdur. Bu illər ərzində görülən işlərlə bağlı rəsmi hesabatı Azərbaycan dövlətinə və cəmiyyətinə təqdim etməlidirlər. Ola bilsin, o hesabatlar fərqli olsun, yəni dövlətə verilən rəsmi hesabatdan fərqlənsin. Amma cəmiyyət onlar hesabat verib getməlidirlər. Bu dünyada qəbul edilmiş normalardır. Hesabtlarını yaymalıdırlar, çıxıb gördükləri işlə bağlı mətbuat konfransı keçirməlidirlər. Amma düşünürəm ki, deməyə sözləri yoxdur. BQXK Azərbaycanın əleyhinə, Ermənistanın xeyrinə çalışıblar”-deyə A.Nağı vurğuladı.

BQXK-nın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etməsi iddiası və digər məsələlərlə bağl bu təşkilatın rəhbərliyi ilə əlaqə cəhdimiz alınmadı. Mövqeləri olarsa işıqlandırarıq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ