Cümə axşamı günü, 01 oktyabr 2026
     

Əliyevin hər çıxışından sonra Rusiya antitəbliğata başlayır - böyük sirr...

Image


Ceyhun Məmmədov: “Burda günah Azərbaycanda deyil, onların özündədir, Rusiya tərəf həqiqətləri görmək istəmir...”

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası yenidən gücləndirilib.

Bildimiz kimi, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb.

Hər dəfə Azərbaycan Prezidentinin müəyyən çıxışlarından sonra Rusiya Azərbaycana qarşı belə qaralayıcı təbliğat kampaniyasını genişləndirir, aktivləşdirir. Artıq bu neçənci dəfədir ki, təkrar olunur. Azərbaycan Prezidentinin hansısa bir ifadəsini götürüb ya onu təhrif edirlər, ya kontekstindən çıxarırlar, ya öz bildikləri kimi təfsir edirlər və Azərbaycan əleyhinə qarayaxmalara başlayırlar.

Bunun bir neçə dəfə təkrar olunması artıq ekspertləri belə qənaətə gətirir ki, Rusiya hər dəfə Azərbaycan Prezidentinin çıxışından müəyyən nüansları qərəzlə, təhrif yolu ilə dəyişdirərək, təftiş edərək, Azərbaycana qarşı kampaniyaya başlamaqla əslində qabaqlayıcı bir gediş edir və belə bir rəy yaratmağa çalışırlar ki ,guya ilk olaraq Azərbaycan hansısa bir addımı atıb. Rusiya - Azərbaycan münasibətlərininin soyuqlaşması üçün guya Azərbaycan Prezidenti nəsə deyib, Azərbaycan nəsə bir addım atıb, Rusiya da buna cavab verməyə məcburdur. Əslində isə məsələnin mahiyyəti ondan ibarətdir ki, Prezidentin hansısa bir sözü deməsindən çox - çox əvvəl Rusiya -Azərbaycan münasibətləri gərgindir. Məsələnin kökündə Rusiyanın Azərbaycanla münasibətləri gərginləşdirmək niyyəti dayanır. O münasibətlər gərgin olduğuna görə Azərbaycan Prezidenti də tarixdən obyektiv faktları gətirib, fikir bildirib. Rusiyada isə deyirlər ki, Azərbaycan Prezidenti Rusiya ilə münasibətləri pozmaq, korlamaq üçün belə bəyanat verib. Onlar hər dəfə Azərbaycan Prezidentinin fikirlərini təhrif etməklə belə bir taktika işlədirlər və belə rəy yaradırlar ki, guya həmişə Azərbaycan deyir, Azərbaycan addım atır və bunlar da Azərbaycana cavab verir. Halbuki bu məsələnin kökündə ilk zərbəni Rusiyanın vurması dayanır. Münasibətləri ilk Rusiya korlayır. Təyyarəmizi vurub münasibətlərimizi ilk korlayan Rusiya olduğu üçün Azərbaycanın atdığı bütün addımlar səbəb deyil, nəticədir.

Azərbaycan Prezidentinin müsahibəsindən bir şey tutub onu təhrif edib rəy yaradırlar ki ,guya Azərbaycan dedi ,biz də cavab verdik. Guya Azərbaycan günahkardır, guya ilk addımı Azərbaycan atıb. Amma ilk adımı təyyarə qəzası ilə Rusiya atıb və münasibətləri gərginləşdirib, indiyə qədər yumşaldıcı bir addım belə atmır, əksinə Azərbaycanı qaralayır.

“Rusiya tarixçiləri, blogerləri, hakimiyyətin ruporları bu kimi təxribatlara son qoymalıdırlar”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, biz ilk dəfə deyil Rusiya tərəfin, Rusiya rəsmilərinin bu cür açıqlamalarının şahidi oluruq. “Yəni bu ilk dəfə baş vermir. Təəssüf ki, hələ də Rusiya mediası eyni təxribatlarını davam etdirir, yanlış məlumatlar yayır, tirajlayır. Təəssüflə qeyd edək ki, bu məsələdə Rusiyanın media quruluşları, media blogerləri bir-biri ilə ciddi-cəhdlə yarışaraq Azərbaycana hücum edirlər”.

C.Məmmədov qeyd etdi ki. Rusiya mediasında Azərbaycana qarşı təxribatlar davam etdirilir. Azərbaycan Prezidentinin söylədiyi fikirlərin tam reallığı əks etdirdiyini deyən C.Məmmədov bildirdi ki, ölkə başçısı müsahibəsində tarix boyu Rusiyanın Azərbaycan xalqının başına gətirdiyi müsibətlərin bir qisminə toxundu, hələ hamısına toxunmadı. “Cənab Prezident Rusiyanın tarix boyu xalqımızın başına gətirdiyi faciələrin hamısına toxunmadı və bir qismini bölüşdü. Xalqımızın başına gətirilən bir çox müsibətlərin əsas səbəbkarı Rusiyadır. Yəni Rusiya bu addımları tarix boyu atıb, bu gün də bunu davam etdirir. Rusiya tarixçiləri, blogerləri, hakimiyyətin ruporları bu kimi təxribatlara son qoymalıdırlar. Əgər düşünürlərsə ki, onlar bununla nəyəsə, öz hədəf və məqsədlərinə nail olacaqlar, Azərbaycandakı ictimai rəyə mənfi təsir göstərə biləcəklər, yanılırlar. Yaxşı olar ki, onlar bu cür təxribatlara, yanaşmalara son qoysunlar, münasibətlərin korlanmasına yox, münasibətlərin inkişafına, əlaqələrin möhkəmlənməsinə yönəlmiş addımlar atsınlar. Yəni bu metod, bu təbliğat əks-effekt verir, insanlarda daha çox narazılıq və Rusiyaya qarşı olan münasibətə ciddi təsir göstərir, fikri ciddi bir formada yanlış yerə istiqamətləndirir. Yəni normal münasibətlər qurulması üçün bu məsələlərə, bu təxribatlara, bu yanaşmalara son qoyulmalıdır. Burda günah Azərbaycanda deyil, onların özündədir, Rusiya tərəf həqiqətləri görmək istəmir, onlar eşitmək istədiklərini Azərbaycanın deməsini istəyirlər. Bu mümkün deyil. Ona görə də bunu nəzərə almalıdırlar”-deyə C.Məmmədov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ