Tramp administrasiyası Avropa ölkələrindən Rusiyadan neft alışını dayandırmasını və Moskvanın ticarət tərəfdaşlarına qarşı sanksiyalara qoşulmasını tələb edir. Bu barədə “New York Post” Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Qəzet Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) fevral hesabatına istinad edərək, Avropanın 2024-cü ildə Rusiya neftinin idxalına Ukraynaya hərbi dəstəkdən daha çox xərclədiyini qeyd edib.
Nəşrin yazdığına görə, Vaşinqton Avropadan təkcə Rusiya neftindən imtina deyil, həm də Rusiyanın enerji resurslarının əsas idxalçıları olan Çin, Hindistan və Türkiyəyə qarşı sanksiyalarda dəstək gözləyir.
Qəzet qeyd edib ki, bu ideya yeni deyil, Rusiya və Ukraynanı danışıqlar yolu ilə sülhə gətirmək səyləri dalana dirəndikdən sonra Ağ Evdə məsələyə yenidən masaya yatırılıb.
TAHİR