Cümə axşamı günü, 01 oktyabr 2026
     

Putin-Əliyev görüşü - Şanxay nələrə şahidlik etdi...

Image


Mehman İsmayılov: “...Görüş ehtimalı azdır, görüş olsa belə...”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tuta biləcəyini deyib.

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür. Onların bu tədbirdə görüşmək imkanı olacaq”-deyə Peskov bildirib.

Peskov belə bir görüşün baş tutmasına ümidvar olduğunu söyləyib: “Ən azı, belə bir fürsət olacaq”. Bu görüşün baş tutma ehtimalı barədə deyilsə də, axşam saatlarına (2 sentyabr) yaxınlaşmasına baxmayaraq, hələlik bu görüşün olub-olmayacağı haqda hər hansı bir məlumat yoxdur. Ümumiyyətlə, Putinlə Əliyevin indiki şəraitdə görüşmələri ölkələr arasındakı mövcud siyasi soyuqluğu həll edə bilər, bilməz? Belə bir görüşün keçirilməsi daha çox kimə lazımdır? Azərbaycan tərəfi hər halda heç vaxt belə görüşlərdən yayınmayıb, indi də yayınmır. Gözlənilən bu görüşlə bağlı Azərbaycanda ekspertlər nə düşünür? Görüş niyə baş tutmadı?

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Çində ŞƏT-in sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimr Putinin görüşəcəyinə ümid etmir. “Ona görə ki, Rusiya Azərbaycanın ünvanına o qədər daş atıb, o qədər Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib, Putin hakimiyyəti son 8-9 ay müddətində Azərbaycana qarşı o qədər cinayətlər törədib ki, indi Çinin ərazisində görüşüb çözüləcək bir məsələ qalmayıb. Üstəlik də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 26 avqustda “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə ortaya qoyduğu mövqe var ki, Azərbaycan 1920-ci ildə Rusiya tərəfindən işğal edilib. Azərbaycan Rusiyanın işğalçı olduğunu dəfələrlə qeyd edib. Amma ən yüksək səviyyədə son nöqtəni İlham Əliyev qoydu və dedi ki, Rusiya işğalçı dövlətdir, Rusiya Ukraynanın ərazisinə müdaxilə, təcavüz edib.

Bu müddət ərzində Rusiya Azərbaycana qarşı ən qatı cinayətlər törətdi, Azərbaycanın sərnişin təyyarəsini vurdu, kiberhücumlar təşkil etdi, dinc əhalini Bastrıkinin başçılığı ilə döyüb öldürdülər, sonra da meyitlərinə qarşı hörmətsizliklər etdilər. İndi də Rusiyanın ərazisində etnik azərbaycanlıların “ovu” həyata keçirilir, azərbaycanlıların biznesinə əl qoyulur, ticarət nöqtələri əllərindən alınır. Belə bir vəziyyətdə Rusiya Prezidenti işğalçı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ehtimalı azdır, görüş olsa belə bir şey dəyişməyəcək. Çünki Ukrayna ərazisində açıq-açığına Azərbaycanın enerji obyektlərinə zərbə vurmaq, Trükiyə-Ukrayna birgə dron müəssisəsinə zərbə endirmək Putinin hikkəli və cinayətlərlə dolu əməlləridir. İndi Putin görüşüb Azərbaycan Prezidentinə nə deyəcək? Sərnişin təyyarəsini vurduqlarına, 38 sərnişinimizi öldürdüklərinə görə üzr istəməyib. Təzminat ödəmək istəmir, dövlət ərkanından kənarda çox rəzil bir mövqe nümayiş etdirir. Belə bir durumda Putin cənab Əliyevlə görüşüb nə deyəcək? Nəyi həll edəcək? Nəyi dəyişəcək?Görüşsələr belə nə dəyişəcək? Azərbaycan nə qədər səmimidirsə, Rusiya bir o qədər qeyri-səmimidir. Azərbaycan nə qədər öz öhdəliyinə sadiqdirsə, Rusiya bir o qədər xaindir. Rusiya heç bir zaman öz öhdəliyinə əməl etməyib, bağladığı heç bir müqavilənin şərtlərini yerinə yetirməyib. Rusiya işğalçıdır, yırtıcı və aqressiv bir dövlətdir”.

M.İsmayılovun fikrincə, əlbəttə ki, Çin ərazisində ayaqüstü və növbəti bir görüş ola bilər, amma Azərbaycanın tutduğu ədalətli, qanuni, bütün beynəlxalq standartlara söykənən mövqe dəyişməz, Rusiyanın da yırtıcı, işğalçı və Azərbaycana köklənmiş nifrəti dəyişməz. “Rusiya Güney Qafqazda uduzub, Azərbaycana və Türkiyəyə məğlub olub. Azərbaycan Rusiyanın 200 illik işğalına son qoyub. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, erməni separatizminin kökünü kəsib, Ermənistanı Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütünlüyünü tanımağa məcbur edib, Azərbaycan Rusiyanı Güney Qafqazın ərazisində A-dan Z-yə qədər məğlub edib. Azərbaycan 80 milyon insanın yaşadığı Orta Asiya türk cumhuriyyətlərinin Avropaya qapısını açıb, Azərbaycan Pekindən Londona qədər olan Orta Dəhlizin bərqərar olmasını təşkil edib, Güney Qafqazda Rusiyanın təsirini sıfırlamaq üçün ABŞ-la işbirliyinə gedib. Azərbaycan Ermənistanla nizamlanma prosesinin Moskvada deyil, Vaşinqtonda baş tutmasına nail olub. Ona görə də Putinin göstərdiyi bütün hikkələr boşdur, Azərbaycana qarşı heç bir cəza mexanizmi yoxdur, Azərbaycan Prezidenti qalibdir, Azərbaycan xalqı qalibdir. Putinlə görüş olsa da, olmasa da, bu, Azərbaycanın indi tutduğu prinsipial mövqeyə təsir edəcək məsələ deyil, Rusiyanın da mahiyyətini dəyişdirməyəcək”-deyə M.İsmayılov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ