Cümə axşamı günü, 01 oktyabr 2026
     

Rusiyada müsəlman miqrantları zorla xristianlaşdırmaq istəyirlər...

Image


Rusiyada son vaxtlar miqrantlara qarşı daha sərt siyasətə start verilməsi özünü qabarıq şəkildə büruzə verir. Bunlar fonunda Kremlin əsas təbliğatçılarından biri olan filosof Aleksandr Duqin deyir ki, miqranlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edərək rus olmalıdırlar. O, müsəlman qadınlara Rusiya ilə həmrəylik işarəsi olaraq hicablarına Z simvolu taxmağı təklif edib. Z və V hərfləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin simvolları sayılır.

Kremlin əsas ideoloqlarından olan filosof deyib: “İslamı saxlamaq istəyirsiz? Yaxşı, bu da işə yarayar. Qəhrəman “Axmat”la birlikdə savaşın və rus islamı olacaqsız. Bizim ənənələrə hörmət edin, biz də sizə. İstənilən miqrant üçün, daha toksik saydığımız azərbaycanlılar, taciklər, özbəklər üçün çıxış yolu var – assimilyasiya. Rusiya uğrunda savaşan pravoslav tacik, azərbaycanlı özbək daha miqrant deyil, rusdur. Özü da xalisindən. Savaşmayan isə rədd olsun”. Duqin daha öncə yazırdı ki, miqrantlar rus xalqının demoqrafik problemini həll edə bilməzlər. Onun fikrincə, əməkçi miqrantlarla manipulyasiya, hətta ən dost sayılanlarla belə, durumu daha da gərginləşdirəcək, qeyri-sabitliyi artıracaq. O, əmək miqrasiyasını sıfıra salmağı, əmək resurslarını robototexnikanın inkişafı ilə doldurmağı təklif edib. Duqin Rusiyanı Avropa və Asiya arasında xüsusi sivilizasiya, ABŞ və NATO-nu isə bu ölkənin əsas düşmənləri sayır. Qeyd edək ki, Rusiyada ötən ilin martında “Krokus Siti” konsert məkanına silahlı hücumdan, 145 nəfərin ölümündən sonra miqrantlara qarşı qaydalar sərtləşdirilib, onların çalışdığı müxtəlif obyektlərdə reydlər aparılıb, alçaldıcı rəftara məruz qalıblar. İyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakı reyd isə iki nəfərin ölümü ilə nəticələnib. Bundan sonra Bakı ilə Moskvanın münasibətləri pisləşib. Xatırladaq ki, ötən ilin sonunda AZAL təyyarəsinin vurulması ilə bağlı Moskva üzr istəməmiş, cinayətkarları cəzalandırmamış və kompensasiya ödəməmişdi. Bakı isə buna adekvat münasibət göstərib. Bu münasibətlərin soyuması fonunda Kreml Azərbaycana qarşı həm informasiya müharibəsini gücləndirib, həm də azərbaycanlı miqrantlara təzyiqi artırıb. Bu arada isə Moskva və Moskva vilayətində “Amina” adlı mobil tətbiq istifadəyə verilib. Artıq vizasız ölkələrdən gələn bütün miqrantlar bu tətbiqi yükləməli, ünvanlarını qeyd etməli və geolokasiyanı aktivləşdirməlidirlər. Tətbiq bütün yerləşmə məlumatlarını Daxili İşlər Nazirliyinə ötürəcək. Əgər şəxs üç gün ərzində “yoxa çıxarsa”, onun bank hesabları, SIM-kartı bloklanacaq və deportasiya edilməsi mümkün olacaq. Ekspertlər bildirirlər ki, bu addım Rusiyada illərdir artan antimiqrant siyasətin yeni formasıdır. Bununla yanaşı, Rusiyanın Milli İşlər üzrə Federal Agentliyi miqrantlara qarşı öz ana dillərindən istifadəni kəskin şəkildə məhdudlaşdıran və onları ictimai yerlərdə namaz qılmaqdan və ya dini məqsədlər üçün heyvan qurban verməkdən çəkindirən yeni davranış qaydaları tətbiq edir. Ölkənin bəzi regionlarında Milli İşlər üzrə Federal Agentliyin yaratdığı 70 dəqiqəlik kurs çərçivəsində miqrantlara xüsusi seminarlarda ciddi qaydalar və davranış kodeksi öyrədilir. Mühazirədə təsvir olunan qaydalara rus dilini və ölkənin miqrasiya qanunvericiliyini mütləq bilmək, ruslar haqqında danışarkən öz ana dilindən istifadə etmək qadağası daxildir.

Moskva əməkçi miqrantları ölkədən çıxmağa vadar etməkdən ötrü onları Ukraynadakı müharibəyə göndərir. Rusiya vətəndaşları və Rusiya pasportu alan miqrantların çoxu Ukraynadakı döyüşlərə cəlb olunmaqdan yayınmaq üçün Rusiyadan qaçmağa çalışır. Bu halda Avropa İttifaqı ölkələrinə gedərək sığınacaq istəmək çox halda ən yaxşı seçim olur. Onlar sərhədi qanunsuz keçərək hökumət nümayəndələrinə təslim olur, humanitar vizaya müraciət edir və adətən gözləmə müddətində xüsusi düşərgələrə, bəzənsə hətta həbsxanalara göndərilirlər. Bütün bu müddətdə onlar müraciətlərinin qəbul olunacağına ümid bəsləyirlər. Bu günlərdə isə Rusiyada Liberal Demokrat Partiyasının sədri Leonid Slutski məktəbli miqrantların törətdiyi hüquqazidd əməllərin gizlədilməsinə qarşı çıxaraq, bu halların məktəb rəhbərləri tərəfindən açıq şəkildə ictimailəşdirilməsini təklif edib. Slutski hesab edir ki, azyaşlı miqrantların rus uşaqlarına qarşı təzyiqləri artır: “Rus uşaqlarına qarşı hüquqazidd hərəkətlərin sayı artır. Sosial şəbəkələrin monitorinqi də bunu göstərir. Təəssüf ki, bəzi məktəb rəhbərləri nüfuzlarını qorumaq üçün bu hadisələri gizlədir. Nəticədə bu uşaqlar cəzasız qalır və özlərini toxunulmaz hesab edirlər”. O, məktəb direktorları üçün belə hallarla bağlı konkret addımların qeyd olunduğu metodik göstərişlərin hazırlanmasını təklif edir. Leonid Slutski bu məsələ ilə bağlı ölkənin təhsil naziri Sergey Kravtsova rəsmi müraciət ünvanlayıb.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ