Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Yekaterinburqda azərbaycanlılara qarşı zorakı rəftardan narahatlığını bildirib. O, bu barədə özünün "X" hesabında paylaşım edib.
"Rusiya təhlükəsizlik qüvvələrinin ucbatından Rusiyada etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnmə barədə xəbərlər məni dərindən narahat edir. Fikirlərim qurbanlar və onların ailələri ilədir", - deyə P.Mixalko paylaşımında bildirib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzilə basqın edib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri saxlanılıb. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov adlı iki qardaş öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
ZÜMRÜD