çərşənbə günü, 21 oktyabr 2026
     

Bakı-İrəvan sazişi 2026-cı ilin iyununa kimi imzalanmayacaq, çünki...

Image


Elşən Manafov: “Bu, hakimiyyətin parlament seçkilərində uğursuzluqdan sığortalanmaq istəyi ilə əlaqədardır”

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.

O, bu barədə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.

E.Əmirbəyov Ermənistanı öz Konstitusiyasını ölkələr arasında təklif olunan sülh sazişinin şərtlərinə uyğunlaşdırmağa çağırıb, onun imzalanmasına əsas maneənin məhz Konstitusiya ilə bağlı ziddiyyətlər olduğunu qeyd edib. Eyni zamanda, E.Əmirbəyov danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib: “Görülən bütün işləri dəyərləndirsək, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək”.

Ermənistanda konstitusiya islahatının vaxtı ilə bağlı E.Əmirbəyov qeyd edib: “Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni konstitusiya layihəsini gələn il, yəni 2026-cı ilin iyunundakı seçkidən sonra referenduma çıxarmağı planlaşdırırlar”.

Nəzərə almaq lazımdır ki, E. Əmirbəyov rəsmi şəxsdir. Görünür, onda məlumat var ki, Ermənistan Konstitusiyanı parlament seçkilərindən sonra dəyişəcək.

Maraqlıdır, Ermənistanın bunu bu qədər uzatmasının nə mənası var? Bəlkə Paşinyan parlament seçkilərində qalib gəlmədi və hakimiyyətdən getdi, o zaman necə olacaq? O baxımdan bu, Ermənistanın sülh sazişini ən az gələn ilin yayına qədər uzatmaq cəhdi deyilmi?

“Erməni kilsəsi tarixən Rusiya ilə ciddi iş birliyində olub və buna görə də onun təmsilçilərinin...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Hazırda Ermənistanda həyata keçirilən həbslər bu ölkədə konstitusiya islahatlarının həyata keçirilməsinə mane ola biləcək radikal müxalif qüvvələrin hadisələrə təsir imkanlarının qarşısının alınmasına yönəldilib. İlk növbədə Paşinyan hakimiyyətinin parlament seçkilərində uğursuzluqdan sığortalanmaq istəyi ilə əlaqədardır. Bu seçkilər təkcə Ermənistanda siyasi hakimiyyətin perspektivləri ilə bağlı məsələlərə aydınlıq gətirməyəcək, eyni zamanda bölgə uğrunda beynəlxalq güclər arasında gedən geosiyasi qarşıdurmanın müqəddəratına, regionun təhlükəsizlik arxitekturasının gələcəyinə ciddi təsir göstərəcək. Paşinyanın Real Ermənistan konsepsiyasına dini, habelə revanşist, millətçi müxalifətin münasibəti xeyli fərqlidir. Tərəflər bu konsepsiyanın Ermənistanın milli təhlükəsizlik maraqlarına cavab vermədiyini bəyan edir, Azərbaycan, habelə Türkiyə ilə danışıqlarda Paşinyanı təslimçı mövqe tutmaqda ittiham edirlər. Həmçinin cəmiyyəti ona qarşı mübarizəyə yönləndirməyə çalışaraq, baş nazirin istefasına nail olmaq istəyirlər. Millətçi müxalifət revanş götürmək məqsədi ilə Paşinyanı Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətinə görə qınayıb, Qarabağın itirilməsinə görə onu məsul bilirlər. Lakin müxalifətin bu kəsiminin ölkənin etiraz elektoratına təsir imkanları özü iqtidarda olduğu dönəmdə ölkəni korrupsiyaya sürüklədiyindən yetərincə zəifləyib. Ona görə də Paşinyana qarşı Erməni Apostol Kilsəsi ilə iş birliyinə ehtiyac duyub, onunla əməkdaşlığa gedib. Digər tərəfdən Paşinyana qarşı mübarizədə kilsə və müxalifətin ortaq korporativ maraqları var və əməkdaşlıq geosiyasi koloritdən də irəli gəlir. Erməni kilsəsi tarixən Rusiya ilə ciddi iş birliyində olub və buna görə də, onun təmsilçilərinin Paşinyana münasibətdə radikal mövqe tutması kilsənin korporativ maraqları ilə yanaşı, onun geosiyasi oyunlarda yer almasının da səbəbidir. Qərb, onun institutları və agentura şəbəkəsi ona etibar etmir və buna görə də, Ermənistanda keçirilən həbslərə Paşinyanın seçkilərdə qələbəsinə mane ola biləcək amillərin aradan qaldırılması konteksindən yanaşır. Kilsə, bir qayda olaraq, Ermənistanda ciddi siyasi və ideoloji nüfuza malik strukturlaşmış institutdur və onun uzun illərdən bəri təbliğ və müdafiə etdiyi “Böyük Ermənistan” layihəsi Paşinyanın Real Ermənistan konsepsiyasından fərqlidir. Paşinyan və Qərb gözəl anlayırlar ki, əsrlədən bəri “Böyuk Ermənistan” mifi ətrafında konsolidə edilmiş bir qövmü əvvəlcədən bəyan edilmiş hədəflərə yönəltmək çətin olmayacaq. Bu isə stabilliyin pozulması və cəmiyyətin qarşıdurma həddinə sürüklənməsi deməkdir. Proseslərin bu istiqamətdə getmə ehtimalları Paşinyanı qabaqlayıcı tədbirlər görmək zərurəti qarşısında qoyub”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ