Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir. Məlumata görə, polis ofisi nəzarətə götürüb.
Məlumatı Daxili İşlər Nazirliyindən KİV-ə təsdiqləyiblər.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
ZÜMRÜD