Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycansız İran və Rusiya bunu heç vaxt bacarmazlar...

Image


Bakı Enerji Həftəsi çərçivəsində diqqət mərkəzində yer alan məsələlərdən biri də Rusiyanın “Qazprom” konserninin nümayəndələrinin apardıqları danışıqlar, keçirdiyi görüşlər olub. Yayılan məlumatlara əsasən, gündəliyin əsas məsələlərindən biri Azərbaycanın Rusiya təbii qazının İrana tranzitinin təşkilində iştirakı ilə bağlı olub. Xatırladaq ki, Moskva və Tehran hələ 2025-ci ilin yanvarında müvafiq təşəbbüslə çıxış ediblər.

Qeyd edək ki, İran Şimal-Cənub enerji dəhlizinin aktivləşməsinə maraq göstərir. İran Rusiya kimi ölkələrlə əməkdaşlıq etməklə çoxtərəfli qaz razılaşmalarını icra etməyə və qazı svop etməyə hazır olduğunu bildirir. Belə vəziyyətdə artıq o da sirr deyil ki, Azərbaycan Rusiya və İran arasında təbii qaz tranziti üçün də həlledici rola malikdir. Bu, Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında imzalanan sazişdə də öz əksini tapıb. Daha əvvəl Rusiyadan İrana təbii qaz daşıyacaq kəmərin Azərbaycandan keçməsi barədə razılıq əldə olunub. Rusiyanın energetika naziri Sergey Tsivilyev məsələ ilə əlaqədar bildirib: "Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır". Azərbaycan üzərindən Rusiya qazının İrana nəql həcminin kifayət qədər yüksək olacağı proqnozlaşdırılır. İranın hazırda Rusiya qazına böyük ehtiyacı var. Düzdür, ölkənin özü də qazla, neftlə olduqca zəngindir. Amma məsələ burasındadır ki, İranın qaz hasil edilən əsas yataqları ölkənin cənubunda, böyük istehlakçı kütləsi də şimalda yerləşir. Özü də İranın şimalı sərt iqlimə sahibdir və bu səbəbdən orada təbii qaza da tələbat yüksəkdir. Ölkənin cənubundan şimalına qaz nəqli yetərli həcmdə deyil və yeni infrastrukturun qurulması da çox baha başa gəlir. İllərdir çoxsaylı sanksiyalardan əziyyət çəkən İranın belə yeni infrastruktur yaratması da indiki halda az qala mümkünsüz görünür. Elə bu səbəbdən İran şimal regionlarına digər mənbələrdən, o cümlədən Rusiyadan birbaşa qaz təchizatı və ya svop müqavilələr vasitəsilə “mavi yanacaq” idxalında maraqlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan vasitəsilə Rusiya qazını İrana daşıyacaq layihə genişmiqyaslı və strateji xarakterli olacaq. Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, ilkin mərhələdə ölkəsindən İrana ildə 2 milyard kubmetr təbii qaz nəqlindən başlamaq məqsədəuyğun hesab olunur. Daha sonra bu həcmin ildə 55 milyard kubmetrə kimi artırılması nəzərdə tutulur. Bütün bunlar tranzit ölkə kimi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır.

Hazırda Azərbaycan üzərindən İran və Rusiyanın qaz nəqli sisteminin gücü ildə təxminən 4 milyard kubmetr qaz təşkil edir. İstismar marşrutlarından biri Hacıqabul-Astara magistral qaz kəməridir ki, o, 1970-ci ildən rus qazını İranın Abadan şəhərinə nəql edir. İndi tərəflər yeni infrastruktur yaradaraq həcmi artırmağa çalışırlar. Bununla belə, əsas məhdudiyyətlər siyasi şəraitlə bağlı olaraq qalır. Məlum olduğu kimi, Rusiya və İran beynəlxalq sanksiyalar altında qalmaqdadır və bu, rəsmi Bakını Moskva və Tehranın iştirak etdiyi enerji təşəbbüslərinə yaxınlaşarkən ehtiyatlı davranmağa vadar edir. Rusiya və İran qlobal qaz bazarında strateji oyunçular olaraq qalsalar da, xarici siyasət məhdudiyyətləri onların iştirakı ilə irimiqyaslı layihələrin inkişafına maneçilik törətməkdə davam edir. İndi bu iki ölkə öz aralarında qaz mübadiləsini reallaşdırmaq üçün Azərbaycana ehtiyac duyurlar. İranlı analitik Əli Purmand bildirir ki, İran, Azərbaycan və Rusiya arasında xüsusilə təbii qaz sahəsində regional enerji bazarının yaradılması perspektivləri strateji baxımdan maraq doğurur və artıq müəyyən addımlar da atılıb: “Rusiya qazının Azərbaycan ərazisi vasitəsilə İrana tranziti də daxil olmaqla bir sıra danışıqlar və layihələr həyata keçirilir. Belə əməkdaşlıq geosiyasi vəziyyətin dəyişməsi və iqtisadi məqsədəuyğunluq fonunda hər üç tərəf üçün faydalı ola bilər. Bununla belə, tam funksional, davamlı və inteqrasiya olunmuş regional enerji bazarının yaradılması olduqca mürəkkəb prosesdir. Əsas çətinliklərə beynəlxalq sanksiyaların təsiri, hələ də açıq qalan kommersiya məsələləri və genişmiqyaslı infrastruktur yatırımlarına ehtiyac daxildir. Bu amilləri nəzərə alaraq, uzunmüddətli məqsədlərə – məsələn, illik 55 milyard kubmetr qazın tranziti kimi iddialı planlara – nail olunması riskli görünür. Lakin ayrı-ayrı layihələrin həyata keçirilməsi və hətta genişləndirilməsi ehtimalı yüksəkdir. Bununla belə, daha sabit və sanksiyalara məruz qalmayan bölgələrdə mövcud olan enerji bazarlarına bənzər ortaq bazarın yaradılması hələlik ciddi bir çağırış olaraq qalır”. O xatırladır ki, bu gün İran və Azərbaycan arasında bir neçə əsas energetika istiqaməti üzrə fəal əməkdaşlıq mövcuddur: elektrik enerjisinin mübadiləsi, Xəzər dənizində yataqların birgə kəşfiyyatı və hidroelektrik stansiyalar, bəndlər kimi su infrastruktur obyektlərinin birgə istismarı: “Bundan əlavə, İran və Azərbaycan su, hidroenergetika infrastrukturlarının birgə istifadəsi sahəsində də əməkdaşlıq edir. Bu sahədə ən bariz nümunələr Araz çayı üzərində yerləşən Xudafərin və Qız Qalası bəndləridir. Bu obyektlər, eyni zamanda elektrik enerjisi istehsalı, suvarma və daşqınların qarşısının alınması funksiyalarını yerinə yetirir, iki ölkə arasında praktiki əməkdaşlığın və qarşılıqlı asılılığın simvoluna çevrilib. Ümumilikdə bu təşəbbüslər İran və Azərbaycan arasında energetika və infrastruktur əməkdaşlığının strateji dərinliyini nümayiş etdirir. Qaz svopu razılaşmasının dayandırılmasına baxmayaraq, hər iki ölkə enerji sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olaraq, diqqəti elektrik enerjisinə, su infrastrukturuna və Xəzər resurslarının işlənməsinə yönəldir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ