Cümə axşamı günü, 22 oktyabr 2026
     

Mirzəyev Azərbaycanın çox sayda QHT-sini BMT miqyasında tanıdacaq - iş başladı...

Image


“Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda, xüsusilə BMT sistemində təmsilçiliyinin gücləndirilməsi olduqca vacib və strateji məsələdir”

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” adlı yeni layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Layihənin ilkin mərhələsində iştirakçı QHT-lərin müəyyən edilməsi məqsədilə onlayn anket forması hazırlanıb və BAMF sorğuların iştirakçılıq səviyyəsini artırmaq üçün Milli QHT Forumu ilə əməkdaşlıq edir.

Sorğunu tamamlayaraq müraciət edən təşkilatların toplanmış məlumatları əsasında onların beynəlxalq platformalarda iştirak imkanları, layihənin məqsədlərinə uyğunluğu və ECOSOC-da məşvərətçi statusu əldə etmək potensialı qiymətləndiriləcək. Sorğunun yekununda seçilmiş 20 QHT nümayəndəsi layihə çərçivəsində təlimlərdə iştirak etmək hüququ qazanacaq. Təlimlərlə yanaşı ECOSOC-da statusa sahib olan yerli QHT-lərin rəhbərləri də layihə iştirakçıları ilə öz təcrübələrini bölüşəcəklər.

Bu layihə çox yaxşı və gərəkli bir layihədir. Azərbaycan QHT-lərinin BMT də təmsilçiliyinin artırılması, BMT-nin Sosial İqtisadi Şurasında qeydiyyata alınması müsbət haldır.

Azərbaycanda bu sahə indiyə qədər niyə axsayıb? Bugünə kimi neçə QHT BMT-in Sosial İqtisadi Şurasının üzvüdür? Niyə indiyə qədər o məsələlərə diqqət yetirilməyib? Niyə bu cəhətdən bizi gerilədiblər?

“Təəssüf ki, əvvəllər bu istiqamətə kifayət qədər diqqət ayrılmayıb və QHT-lər daha çox yerli problemlərin həllinə yönəlik layihələrin icrasında maraqlı olublar”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev (Rəhimoğlu) “Bakı-Xəbər”ə “ Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda, xüsusilə BMT sistemində təmsilçiliyinin gücləndirilməsi olduqca vacib və strateji məsələdir. Biz “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinə məhz bu ehtiyacdan irəli gələrək başlamışıq. Bu, sadəcə BMT orqanlarında texniki qeydiyyat prosesi deyil, bu, Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq platformalarda öz səsini duyurması üçün mühüm addımdır.

Təəssüf ki, indiyə qədər bu sahədə ciddi boşluqlar olub. Səbəblər isə kompleksdir”-deyə bildirdi.

U.Mirzəyevin qeyd etdiyinə görə, ilk növbədə, beynəlxalq platformalarda uğurlu təmsilçilik üçün yalnız ideya və təşəbbüs yetərli deyil - institusional güc, peşəkar komanda, güclü xarici dil bilikləri və davamlı şəbəkələşmə tələb olunur: “Təəssüf ki, əvvəllər bu istiqamətə kifayət qədər diqqət ayrılmayıb və QHT-lər daha çox yerli problemlərin həllinə yönəlik layihələrin icrasında maraqlı olublar. Bu da onların beynəlxalq arenaya çıxış imkanlarını müəyyən qədər məhdudlaşdırıb və ləngidib. Hazırda ECOSOC-da Məşvərətçi statusa sahib 11 Azərbaycan QHT-si təmsil olunur. Bu rəqəm isə olduqca azdır və ölkəmizdəki yüzlərlə fəal QHT fonunda çox ciddi çatışmazlıqdır. Əsas səbəblər təşkilatların resurs, kadr və əlaqə imkanlarının məhdud olması və o cümlədən yetəri qədər məlumatlı olmamaları ilə bağlıdır.

BAMF olaraq hesab edirik ki, bu vəziyyəti dəyişmək üçün zaman yetişib. Müasir dünyada QHT-lər artıq sadəcə monitorinq aparan və hesabat yazan qurumlar deyil. Onlar qlobal proseslərə təsir edən, insan hüquqlarından tutmuş, ətraf mühitə, dayanıqlı inkişafa qədər bir çox sahədə söz sahibi olan strukturlardır. Xüsusilə İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarından sonra yaranmış yeni regional konfiqurasiya fonunda Azərbaycan QHT-lərinin beynəlxalq tribunalar qarşısında öz mövqelərini ifadə etməsi daha zəruridir. Bu reallığın dünyaya düzgün çatdırılması yalnız dövlətin və medianın işi deyil, vətəndaş cəmiyyətinin də əsas vəzifələrindən biridir.

Sevindirici haldır ki, son dövrlərdə bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən əhəmiyyətli addımlar atılır. Azərbaycan QHT-ləri Agentliyin və Milli QHT Forumunun birgə əməkdaşlığı fonunda COP29-da həm beynəlxalq QHT koalisiyasında, həm də yan tədbirlərin təşkilində uğurla iştirak etdilər. Eyni zamanda, bu ilin aprel ayında Qlobal Cənub Platformasının yaradılması və bu platforma daxilində yerli QHT-lərin beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları ilə yeni tərəfdaşlıqlar qurması və bu şəbəkələşmənin beynəlxalq səviyyədə maraqla qarşılanması olduqca müsbət haldır.

Bugünkü layihə də məhz bu məqsədə xidmət edir: Azərbaycan QHT-lərinin BMT sistemində təmsil olunmaq imkanlarını artırmaq, onları BMT-nin İqtisadi və Sosial Şurasında ECOSOC kimi platformalarda qeydiyyatdan keçmək üçün maarifləndirmək, dəstək vermək və beynəlxalq əlaqələr qurmaqda müşayiət etmək. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu istiqamətdə verdiyi dəstək olduqca vacibdir. İnanırıq ki, bu təşəbbüs gələcəkdə daha geniş miqyasda davam etdiriləcək və Azərbaycanın beynəlxalq vətəndaş cəmiyyəti ailəsində daha fəal iştirakı təmin olunacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ