Putin Trampı xəbərdar etdi - Ukraynanın son hücumlarına cavab veriləcək...

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Truth Social" sosial şəbəkəsindəki paylaşımında Tramp Putinlə telefon danışığında Ukraynanın Rusiya hərbi hava bazalarına son hücumunu müzakirə etdiklərini bildirib.
Görüşün 1 saat 15 dəqiqə davam etdiyini bildirən Tramp, iki liderin hücumlar və qarşılıqlı cavab tədbirləri kimi bir sıra mövzuları müzakirə etdiklərini bildirib.
“Biz Ukraynanın Rusiya təyyarələrinə hücumunu və hər iki tərəfin müxtəlif hücumlarını müzakirə etdik. Bu, yaxşı söhbət idi, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin hava limanlarına edilən son hücuma çox güclü şəkildə cavab verəcəklərini ifadə etdi.
Biz həmçinin İranı və İranın nüvə silahına dair qərarla bağlı vaxtın daraldığını müzakirə etdik; bu qərar dərhal verilməlidir! Putinə İranın nüvə silahına sahib olmayacağını bildirdim və bu məsələdə həmfikir olduğumuza inanıram. Putin, İranla danışıqlarda iştirak etməyə və ola bilsin ki, bu prosesin tez bir zamanda yekunlaşmasına kömək edə biləcəyini bildirdi. İnanıram ki, İran bu son dərəcə vacib məsələ ilə bağlı qərarını bilərəkdən gecikdirir” – deyə Tramp bildirib.
TAHİR