Putin Kiyevlə yüksək səviyyəli danışıqları rədd etdi: - "Nədən danışaq?"

Rusiya prezidenti Vladimir Putin Ukraynanın hücumları qarşısında Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin mümkünlüyünə şübhə etdiyini bildirib. Hökumətlə görüşdə Putin Ukrayna ilə həmsərhəd Bryansk və Kursk vilayətlərində körpülərin partladılmasından danışarkən qeyd edib ki,Rusiya hakimiyyəti bunları terror aktları adlandırır və Kiyevi onları təşkil etməkdə ittiham edir. Ukrayna hakimiyyəti isə zərbələrin yalnız Rusiya ərazisindəki hərbi obyektlərə edildiyini bəyan edib.Öz növbəsindəə Rusiya lideri bildirib ki, onlar hərbi əməliyyatların 30, hətta 60 gün müddətinə dayandırılmasını istəyirlər, zirvə görüşünün keçirilməsini istəyirlər.
Bəs bu şərtlər daxilində belə görüşlər necə keçirilə bilər? Biz nədən danışırıq? Terrora arxalananlarla kim danışıqlar aparır? Onun sözlərinə görə, hərbi əməliyyatlardakı fasilə Kiyevi Qərb silahları ilə doldurmaq, məcburi səfərbərliyi davam etdirmək və digər terror hücumlarını hazırlamaq üçün” istifadə olunacaq. Putin həmçinin onu da deyib ki, İstanbulda danışıqlar ərəfəsində Rusiyada mülki hədəflərə edilən hücumlar “danışıqlar prosesini pozmağa yönəlib”. “Zərbə qəsdən mülki əhaliyə qarşı həyata keçirilib”,deyə Putin əlavə edib.
Surxay Əliyev