şənbə günü, 31 oktyabr 2026
     

Ermənistandan yeni iddia - delimitasiyada SSRİ Baş Qərargahının xəritələri yetərli deyil...

Image


Akif Nağı: "Yenə də xəritə ilə bağlı həmin oyunbazlıqları davam etdirirlər"

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan hesab edir ki, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələri Ermənistanla Azərbaycan arasında delimitasiya prosesində istifadə olunacaq yeganə xəritələr deyil.

"Armenpress" xəbər verir ki, bunu Qriqoryan Milli Assambleyada sərhədlərin delimitasiyası komissiyalarının iş qaydalarını müzakirə etdikdən sonra jurnalistlərlə söhbətində deyib.

Qriqoryan qeyd edib ki, SSRİ Baş Qərargahının xəritələri 1974-1978-ci illərdə tərtib edilib, 1979-cu ildə xidmətə başlayıb, yəni qüvvəyə minib.

"Lakin bu xəritələr, məncə, delimitasiya prosesində istifadə olunacaq yeganə xəritələr deyil, çünki bu xəritələrdə cavablandırılmayan suallar var", - Baş nazirin müavini bildirib.

Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin iclasında Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının birgə fəaliyyətinin reqlamentinin müzakirəsi zamanı deputatların suallarını cavablandıran baş nazirin müavini bildirib ki, 1976-cı ilin xəritəsi sərhədin yalnız Tavuş hissəsinə, 1978-ci il xəritəsi isə Sünik bölməsinə aiddir.

Qriqoryan   daha hansı xəritələri nəzərdə tuta bilər?

"Ola bilər ki, məsələni uzatmaq üçün yeni bir "variantları" var"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "ermənilər xəritə amilindən müəyyən manipulyasiyalar üçün istifadə edirlər. Məlum olduğu kimi, onlar uzun müddət 1974-cü, 1975-ci, 1978-ci il hərbi xəritələri üzərində təkidlə dayanırdılar ki, proses o xəritələrin əsasında həyata keçirilsin. Özlərinin də qeyd etdiyi kimi, 1974-cü ildən 1978-ci ilə qədər SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahı tərəfindən xəritələr tərtib olunub, 1979-cu ildə təsdiq olunub və onlardan istifadə olunur. Onları əsas kimi götürürlər ki, ortada o xəritələr olmalıdır. Onların orada müəyyən məqsədləri vardı. Eyni zamanda SSRİ rəhbərliyi tərəfindən o xəritələrdə qərəzli mövqe də öz əksini tapa bilərdi, ermənilər o xəritə ilə tanışdırlarsa, həmin xəritələrdə reallıq nəzərə alınmayıb. Bundan Azərbaycan tərəfinə də bir təzyiq vasitəsi kimi istifadə edirdilər.  İndi Rusiyadan bir qədər uzaqlaşmağa cəhd göstərirlər, Qərbə doğru gedirlər. Ola bilər ki, məsələni uzatmaq üçün yeni bir "variantları" var. Yəni bütövlükdə ermənilərin məsələlərə yanaşması əsl nəticəyə nail olmaq deyil, proses görüntüsü yaratmaqdır. Görüntü yaratmaq istəyirlər ki, guya proses gedir, amma nəticə yoxdur"-deyə bildirdi. 

A.Nağının sözlərinə görə, Ermənistan tərəfin əsas xətti görüntü yaratmaqdan, prosesi ləngitməkdən ibarətdir, bu səbəbdən də xəritə oyunundan tez-tez istifadə edirlər. "İndi də hansısa başqa xəritələrdən danışırlar. Ümumiyyətlə, keçmiş SSRİ-nin hərbi strukturlarının hazırladığı, qəbul etdiyi xəritələr nə dərəcədə hamı tərəfindən qəbul oluna bilər? Bu SSRİ deyilən imperiya görüntü xatirinə kağız üzərində müstəqil respublikaların birliyi idi. SSRİ-nin hərbi rəhbərliyi tərəfindən təsdiq olunan xəritələr  Azərbaycan, yaxud da başqa bir respublika üçün nə dərəcədə məcbur ola bilər? Çünki Azərbaycanın bu birliyin içərisində ən azından kağız üzərində özünün hüquqları, konstitutsiyası vardı. Moskva, onun hərbi strukturları və digər qurumları tərəfindən hər hansı bir xəritə qəbul olunurdusa, ən azından o, Azərbaycan tərəfindən təsdiq olunmalı, keçmişdə mövcud olan Ali Soveti onu radifikasiya etməli idi. Təsiq olunmayıbsa o xəritələrin  hüquqi və başqa gücü yoxdur. SSRİ-nin həmin strukturları özlərinin istifadə etməsi üçün o xəritəni hazırlaya bilərdilər. Ümumiyyətlə, hərbi xəritələrdə çox məsələlər nəzərə alınmır, onlar müəyyən hərbi hissələrin yerləşməsi, mövqe baxımından zərbələrin qarşısını almaq, gizli və açıq hərbi bazaların yerləşdirilməsi baxımından həmin xəritələr hazırlanıb. Məsələnin bu tərəfi var. Görünür, ermənilər bunu başa düşürlər və hərbi xəritələrin əsas götürülməsinin o qədər də legitim olmadığını anlayırlar, başqa "variantlar" fikirləşirlər. Bir variant bu ola bilər. İkincisi, onlar yeni xəritə məsələsini ortaya atırlarsa və açıqlamalarında da göstərirlər ki, guya Zəngəzurla bağlı bir xəritəni, Tavuş dedikləri bölgə ilə əlaqədar da başqa xəritəni əsas götürürlər. Nəticədə yenə də xəritə ilə bağlı həmin oyunbazlıqları davam etdirirlər.    

Bu məsələlərlə əlaqədar Azərbaycanın mövqeyi aydındır, bizim ölkənin də təklifləri var. Azərbaycanın verdiyi ən vacib təklif ondan ibarətdir ki, SSRİ-nin tərkib hissəsinə hər bir müttəfiq ölkə hansı xəritə, hansı ərazi ilə daxil olubsa SSRİ dağılanda da o ərazi ilə çıxmalıdır, o əraziyə qane olmalıdır. Bu bir reallıqdır. 1922-ci ildə Zaqafqaziya Federasiyası deyilən qurumun tərkibində Azərbaycan, Gürcüstan və Ermənistan SSRİ tərkibinə daxil oldular və həmin dövrdə, tam dəqiq olmasa da, müəyyən şərti sərhədlər vardı. Həmin dövrün xəritəsinə görə, Ermənistanın ərazisi 10 min kvadrat kilometrdən artıq deyildi. Yəni Ermənistan SSRİ-yə 10 min kvadrat kilometr ərazi ilə daxil olub.  Ondan sonrakı dövrlərdə Azərbaycanın əraziləri hesabına Ermənistanın ərazisi 29, 8 min kvadrat kilometrə qədər çatdırılıb. O artıq ərazilərdən Ermənistan könüllü şəkildə imtina etməlidir. O ərazilərin böyük əksəriyyəti Azərbaycan ərazisidir, kiçik bir hissəsi isə SSRİ rəhbərliyi tərəfindən Gürcüstandan qoparılıb Ermənistana verilib.

Azərbaycanın yanaşması bundan ibarətdir və obyektiv bir yanaşmadır. Ona görə də ermənilər özlərini dağa-daşa vurmasınlar, xəritə oyunlarına son qoysunlar və Azərbaycan hansı dərəcədə, hansı çərçivədə güzəştə gedirsə o güzəştlər daxilində də məsələ həllini tapmalıdır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, o vaxt ədalətsiz olaraq SSRİ rəhbərliyi tərəfindən Azərbaycanın əraziləri Ermənistana verilib. Bu ərazilər Azərbaycan əraziləridir. Hansısa formada Azərbaycanın haqqı həmin ərazilərdə tanınmalıdır. Birinci növbədə Qərbi Zəngəzurla bağlı məsələ həllini tapmalıdır. Dünya qanunlarına, konvensiyalarına zidd olaraq, haqsız şəkildə Zəngəzurun yarısı kəsilərək Ermənistana verilib. Qərbi Zəngəzurda Azərbaycanın haqqı təmin olunmalıdır. İrəvan da daxil olmaqla, bütövlükdə Ermənistan ərazisi Azərbaycan torpaqlardır. İrəvanla bağlı şəxsi mövqeyim bundan ibarətdir ki, İrəvana xüsusi status verilməlidir. Çünki dünya təcrübəsində belə bir məsələ var ki, müəyyən mübahisəli şəhərlərə belə statuslar verilir. Məsələn, Strasburq Almaniya ilə Fransa arasında həmişə mübahisəli şəhər olub. Bu şəhər xüsusi bir statusda Fransanın tərkibində qalır, amma Almaniyanın da bu şəhərə müəyyən səviyyədə, müəyyən çərçivə daxilində haqqı tanınır. İrəvanda da Azərbaycanın ən azından tarixi və hüquqi haqqı tanınmalıdır. Bunun beynəlxalq hüquq normalarına uyğun formaları var. Azərbaycan Ermənistan deyilən ölkə qarşısında bütövükdə  Azərbaycan torpaqlarının qaytarılması məsələsini qoymalıdır. Amma indi sərhədlərin dəyişdirilməsi ilə bağlı müəyyən konvensiyalar var, 1974-cü il ATƏT-in yekun sənədi mövcuddur, dünya dövlətlərinin imzaladığı bir sənəddir. Həmin sənəddə sərhədlərin toxunulmazlığı məsələsi əsk olub. Onları nəzərə alaraq, Azərbaycan müəyyən mənada güzəştə gedir. Amma ilk addım olaraq iki ərazi - Qərbi  Zəngəzur və İrəvan şəhəri ilə bağlı Azərbaycanın haqlı mövqeyi qəbul olunmalıdır, Ermənistan məsələni başa düşməlidir. Məsələ bu şəkildə həllini tapmalıdır. 

Başqa xəritələrdən danışırlar. Ermənistan tərəf ortaya qoysun görək hansı xəritələrdən danışırlar? Saxtalaşdırılmış, təhrif olunmuş xəritələrdən başqa Azərbaycan istənilən xəritə ilə məsələni müzakirə etməyə hazırdır. Xüsusilə də təsdiq olunmuş xəritə ilə. Hesab edirəm ki,  o dövrkü Azərbaycan Ali Soveti tərəfindən təsdiq olunmuş istənilən xəritə ilə, istənilən sərhədlər daxilində Azərbaycan müzakirələri apara bilər"-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ