şənbə günü, 31 oktyabr 2026
     

Putin COP-a "gəlməmək" qərarını veribsə də belə, dəyişə bilər və dəyişməlidir… "Uşaq məntiqi" və "erməni sxemi"…

Image


COP29-un başlanmasına 20 günə yaxın vaxt qalır və tədbirə qatılacaq dünya rəsmilərinin sayının artdığı bu ərəfədə Rusiya prezidenti Putinin Bakıya gəlməyəcəyi barədə anonim xəbər gündəmin ən həssas məsələsinə çevrildi. Məlumatı BBC radiosu guya "Azərbaycan hökumətindəki mənbəyə istinadla" yayıb və maraqlıdır ki, Azərbaycana dost olmayan çevrələr bu xəbərə daha həvəslə müraciət edirlər.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Hələlik Rusiya rəsmiləri xəbərlə bağlı konkret rəy bildirməyiblər. Ehtimallara görə, Kreml hakimiyyəti son anadək bununla bağlı konkret fikir bildirməyəcək. Fikrimcə ən doğru taktika da elə məhz bu olardı...

Putinin COP-a münasibəti məsələsində diqqət çəkən daha bir mövzu bəzi dairələrin bunu Ukraynanın Qərb liderlərinə müraciəti ilə əlaqələndirməyə cəhd etməsidir. Məlumatlara görə, bu həftə Zelenski Qərb liderlərini Putinin Bakıya gələcəyi təqdirdə Bakıya getməkdən imtina etməyə çağırıb. Nə qədər doğru olub-olmadığını söyləmək çətindir. Zelenskinin Putinə şəxsi və dövlətlərarası kontekstdə münasibəti bəllidir. Qatı düşməndirlər. Qərb liderlərinin Zelenskinin müraciətinə necə reaksiya verəcəklərini bir kənara qoyaq. Ancaq necə ola bilər ki, Zelenski bu müraciətlə özünün Putinə düşmənçiliyi ilə yanaşı həm də Azərbaycana düşmənçilik etdiyini anlamasın?! Axı Azərbaycan Zelenskiyə və Ukraynaya heç bir düşmənçilik etmir?! Əksinə, hətta "ip üstündə yerimək" şəraitində Ukraynaya mümkün humanitar dəstəyini verir və onun ərazi bütövlüyünü dəstəkləyir. Belə də Zelenski Azərbaycana niyə düşmənçilik etsin ki?!...

Digər tərəfdən, həqiqətən belə müraciət edilibsə, Qərb liderlərinin qlobal əhəmiyyətli bir tədbirə Zelenskinin prizmasından baxacaqları onlar üçün çox böyük məsuliyyətsizlik olardı. Fikrimcə, Qərb liderləri COP-da iştirak məsələsində Zelenskinin şərtinə uymaq kimi aşağı səviyyəyə düşməyi özlərinə yaraşdırmazlar, yaraşdırmamalıdırlar... Hər halda onlar yaxşı anlayırlar ki, Azərbaycan tək özünə yox, bütün dünyaya lazım olan bir yükü üzərinə götürüb. Əgər Qərb liderləri qlobal məsələyə sadəcə "Zelenskiyə xoş gəlmək, Putinlə məişət səviyyəli intriqa aparmaq" prinsipindən baxsalar, tarixin ən ağır ittihamına hədəf olacaqlar və Azərbaycan da bunu onlara heç vaxt bağışlamaz.

Gələk Putinə... Onun bu gün COP-la bağlı həqiqətdə hansı düşüncədə olduğunu söyləmək olmaz. Ancaq Putin kimi "nəhəng siyasət arenasının fiquru" necə düşünə bilər ki," Mən Bakıya getsəm, Qərb liderləri Bakıya getməyəcək, mən getməyim ki, onlar da getməmək qərarından vaz keçsinlər"... Bu lap uşaq məntiqi oldu ki... Bəli, uşaq məntiqi... Ancaq nə yaxşı ki, Putin özü yox, onun Bakı ilə münasibətlərinə hər "tində bir daş atmağa" adət etmiş erməni siyasilər belə düşünür. Onların "məntiqi" sxemləri və hədəfləri bəllidir - "Putinlə İlham Əliyev dostdur. Qərb liderləri Bakıya gəlməsələr, COP-un mötəbərliyi aşağı düşəcək. Qərb liderlərinin Bakıya gəlməsi üçün Putin dostu İlham Əliyevin uğurunun xatirinə özünü "qurban verəcək" və Bakıya getməyəcək"...

Erməni sxemlərinin layihə müəllifləri Putinin Bakıdan imtinasının ardınca yeni kampaniya başladacaqlar - "Əliyevlə Putinin münasibətləri formal imiş və elə bu səbəbdən Putin dostunun ən tarixi və ən məsul anlarında onu tək buraxdı"...

Bütün bunlardan sonra Putindən və Qərb liderlərindən situativ, emosional yox, strateji müdrik yanaşma gözlənilir. Putinin də, Qərb liderlərinin də COP29-da iştirakının alternativi yoxdur. Elə həmin Qərbin özünün qlobal düşmənçiliyin ən böyük səbəbi olan Ukraynaya görə, 2-ci Dünya Sülh konfransında Putinin iştirakına nail olmaq üçün hansı çabaları göstərdiyi məgər unudulub? Elə həmin Putinin özü Ukrayna üzrə İsveçrədə 1-ci Qlobal sülh konfransına dəvət olunmaq üçün az çabalar göstərmişdi?! Necə olur ki, Putin və Qərb liderləri İsveçrədə bir müzakirə içində olmağı özlərinə rəva görür, lakin Bakıda COP29-a birgə qatılmaqdan imtina edirlər?!

Qərb liderləri COP29-da iştirak məsələsinə "Zelenski - Putin faktoru" ilə baxsalar, tarix qarşısında ən ağır məsuliyyətin subyektlərinə çevriləcəklər. Eynilə də Putin... Rusiya rəhbəri COP29-da iştirak məsələsinə "Mən getsəm, birdən Qərb liderləri gəlməz" kimi qeyri-ciddi prinsiplə baxsa, onun özü də heç də qərblilərdən az olmayan ağır tarixi məsuliyyətin altına düşmüş olacaq...

Bu ana kimi Putin Bakı ilə bağlı qərar veribsə də belə, COP-a saatlar qalmış qərarını dəyişə bilər və dəyişməlidir...

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ