çərşənbə günü, 04 noyabr 2026
     

Paşinyan konstitusiya dəyişikliyindən imtina etdi...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü münasibətilə təbrik məktubunda bildirib ki, ölkə konstitusiyasında bu bəyannaməyə istinad var, lakin bu heç də bəyannamənin konstitusiyanın tərkibində olması anlamına gəlmir. 

Paşinyan vurğulayıb ki, müstəsna əhəmiyyətə malik Müstəqillik Bəyannaməsi Ermənistanda Qarabağ hərəkatının zirvə nöqtəsinə çatdığı və SSRİ-də iqtisadi, siyasi və ideoloji böhranın baş verdiyi bir vaxtda qəbul olunub: "2020-ci il müharibəsindən əvvəl, xüsusilə də müharibədən sonra mən Bəyannamənin mətnini təkrar-təkrar oxumuşam. Etiraf etməliyəm ki, mənim bu sənəddən müharibədən sonra aldığım təəssürat müharibədən əvvəlki təəssüratdan fərqlənirdi".

Paşinyanın sözlərinə görə, bəyannamə mətninin tənqidi təhlili göstərir ki, İrəvan sonunda "bizi Sovet İttifaqının bir hissəsi edən" diskurs və məzmunu seçib. Baş nazir qeyd edir ki, söhbət Ermənistanı qonşuları ilə daimi münaqişələrdə, regional qarşıdurma mühitində tutub saxlayan diskursdan gedir: "Müstəqillik Bəyannaməsi ilə biz Sovet İttifaqından çıxış istiqamətini elan etmişik, amma eyni zamanda Sovet İttifaqından bütün çıxış yollarını bağlamışıq. Demək olar, 20-ci əsrin sonunda Müstəqillik Bəyannaməsi ilə biz elə bir formul seçmişik ki, bu formul artıq 20-ci əsrin əvvəllərində müstəqilliyimizin itirilməsi ilə nəticələnmişdi". Paşinyan deyib ki, başqa yolların Ermənistanı hara gətirib çıxaracağı məlum deyil, amma keçilmiş yolun təhlili tarixi borcdur: "2018-ci ildə Ermənistan Respublikasının baş naziri olmazdan əvvəl mən Ermənistanın Müstəqillik Bəyannaməsinə "İncil ayəsi" kimi baxmışam. Halbuki, Bəyannamənin, lap belə təməl sənəd olsa da, dərin təhlilinə ehtiyac vardı. Çünki bu, həm də nəticələri olan siyasi sənəddir". Paşinyan xatırladır ki, 1990-cı il avqustun 23-də Sovet Ermənistanının Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsinə istinad Ermənistan Respublikası Konstitusiyasının preambulasında öz yerini tapıb və bu gün də mövcuddur.  Lakin baş nazirin sözlərinə görə, müxtəlif şərhlərə baxmayaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin bütün məzmunu Ermənistan Respublikasının Konstitusiyasına daxil edilib. Beləliklə, bu açıqlamaladan bəlli olur ki, Paşinyan Müstəqillik Bəyannaməsinin konstitusiyada mövcudluğunu ciddi təhdid və Azərbaycana qarşı ərazi iddiası saymır. Halbuki, cari ilin fevralında Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində bildirdi ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: "Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq". Baş nazir vurğulayırdı ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni konstitusiya lazımdır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bir neçə dəfə deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Bakı, özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Müstəqillik Bəyannaməsində isə Ermənistan SSR-lə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var.  Keçmiş prezident Robert Köçəryanın "Hayastan" parlament fraksiyasının deputatı Artur Xaçatryan deyib ki, əslində, Paşinyanın bu istiqamətdə siyasəti dəyişməyib. Deputat vurğulayır ki, baş nazir Azərbaycanın təzyiqi altında Müstəqillik Bəyannaməsindəki prinsiplərdən də əl çəkmək istəyir. Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Hovik Ağazaryan etiraf edib ki, baş nazir Bəyannaməyə tənqidi yanaşmaqda davam edir: "Bizim baxışımız belədir ki, məncə, biz konstitusiyanın yeni mətnində bu bəyannaməyə istinad etməməliyik". Paşinyan tərəfindən ölkə konstitusiyasının yeni mətninin hazırlanması üçün yaradılmış xüsusi hökumət şurasının üzvü Edmon Marukyan da ana qanunun dəyişdirilməsinə etirazını bildirib. Ötən mart ayına qədər Ermənistanın xüsusi işlər üzrə səfiri olmuş Marukyan deyib ki, Bakının Ermənistanın indiki konstitusiyasına iradları iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması üçün bəhanədir: "Azərbaycanın irəli sürdüyü ön şərtlər sülh müqaviləsinə dair danışıqların başlanğıcında yox idi. Bunlar yeni ön şərtlərdir və icrası açıq-aşkar qeyri-mümkündür". Marukyan iddia edir ki, ermənilərin əksəriyyəti konstitusiyanın dəyişdirilməsinə dair referendumda iştirak etməyəcək. Onun sözlərinə görə, bu, Bakıya "yeni müharibə üçün bəhanə" verəcək: "Mən bu səbəbdən inanıram ki, biz konstitusiyasının preambulasına toxunmamalı və ya bu barədə heç bir diskussiya açmamalıyıq. Bu tələdir". Marukyan vaxtilə ölkənin əsas müxalifət partiyalarından biri olmuş "İşıqlı Ermənistan" partiyasının lideridir. Lakin Marukyan, partiyasının 2021-ci il seçkisində parlamentdə bircə mandat da ala bilməməsinə rəğmən, Paşinyanın onu xüsusi tapşırıqlar üzrə səfir təyin etmək təklifini qəbul etmişdi.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ