çərşənbə günü, 04 noyabr 2026
     

Azərbaycana Çindən sərmayənin böyük axını başlayır...

Image


Azərbaycanın xarici siyasət strategiyasının əsas komponentlərindən biri dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsidir. Bu hal ölkəmizin qlobal, eləcə də regional proseslərdə aktiv iştirakını təmin edir. Qeyd olunan kontekstdə Asiya qitəsi dövlətləri, xüsusilə də Çinlə münasibətlər də prioritet istiqamətlərdəndir.

Məsələyə bu fonda nəzər salan ekspert Reyd Stendiş "Radio Free Europe" radiosu üçün hazırladığı materialda vurğulayır ki, rəsmi Bakının Pekinlə əlaqələri cəmi iki ay içində sürətlə irəliləyib. İki ölkə arasında bağlanan bir sıra müqavilələr Azərbaycana Çin sərmayəsinin qapısını aça bilər. Qeyd edilir ki, bu son addımlar silsiləsi iyulun 3-də Azərbaycan prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində Çin lideri Si Cinpinlə görüşündən bəri başlanıb. İki lider ölkələrin iqtisadi, hərbi və siyasi istiqamətlərdə yeni ikitərəfli strateji tərəfdaşlıq dövrünə qədəm qoyduğunu açıqlayıb. Avqustun 20-də Bakı ŞƏT-dəki "dialoq tərəfdaşı" statusunun "müşahidəçi" statusuna dəyişdirilməsi üçün müraciət edib. Bu, potensial olaraq, tamhüquqlu üzvlük yolunda bir mərhələdir. Azərbaycan avqustun 20-də Çinlə Rusiyanın rəhbərlik etdiyi, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının da daxil olduğu BRICS qrupuna qoşulmaq üçün müraciət etdiyini də bəyan edib. Bu addımlar toplusu bütövlükdə Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri Çinin regionda investor və ticarət tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir: "Bu, Xəzər dənizi regionunda ticarət yollarının üzərində yerləşən Azərbaycan üçün Orta Dəhliz yolunu cəlbedici etdi. Orta Dəhliz Rusiyadan yan ötməklə Orta Asiya və Cənubi Qafqazdan keçərək Çinlə Avropa İttifaqını birləşdirən və milyardlarda dollar dəyərində sərmayə yatırılan alternativ ticarət marşrutudur. Karneqi Rusiya Avrasiya Mərkəzinin təqaüdçüsü Zaur Şiriyev deyir: "Orta Dəhliz mühüm məsələdir və Pekinin dəstəyinə Bakının ehtiyacı var. …Narahatlıq ondan ibarətdir ki, uzunmüddətli perspektivdə Çinlə Avropa arasında güclü marşrutun yaradılması baxımından Orta Dəhlizin uğuru Çindən malların davamlı axınından asılıdır". Orta Dəhlizə Çinin daha çox maraq və sərmayəsini cəlb etmək Azərbaycanın öncəliklərindəndir. Bu məsələ iyulda imzalanan strateji tərəfdaşlıq sazişinin də mərkəzində durur. Sənəddə Çin ticarət marşrutunun tikilib istifadəyə verilməsinə yardım göstərəcəyini vəd edib. Bakı, beləcə, Çinin infrastruktura daha çox sərmayə qoyacağına ümid bəsləyir. Belə olarsa, marşrut daha rəqabətədavamlı olacaq və Azərbaycanın bölgədə mərkəzi qovşaq kimi rolu güclənəcək. Ancaq Şiriyev deyir ki, "yaşıl enerji", öncül texnologiya və hərbi satınalmalarda da maraqlı olan Bakının Pekinlə "əməkdaşlıq menyusu" genişdir. Azərbaycan hökuməti Çin elektrikli avtomobil istehsalçılarının ölkədə regional istehsal qovşağı yaratmasında da maraqlı olduğunu dilə gətirib və Çin sərmayəsini aktiv şəkildə ölkəyə dəvət edib. İki ölkə arasında ikitərəfli ticarət də artmaqdadır. Ancaq bu ticarətdə balans, əsasən, Pekinin xeyrinədir. Çin Azərbaycana ən çox mal ixrac edən ölkələr arasında ikinci olan Türkiyəni üstələməkdədir. Birinci yerdə isə Rusiyadır. Ötən il Çin Azərbaycana 3.1 milyard dollar həcmində mal satıb. Bu, daha öncəki illə müqayisədə 40 faiz artım deməkdir.

Azərbaycan prezidentinin xarici işlər üzrə müşaviri Hikmət Hacıyev Pekində Çinin CGTN dövlət kanalına müsahibəsində deyib: "Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinə qatılır, ancaq biz daha çoxunu gözləyirik". Göründüyünə görə, ticarət və sərmayənin artması Bakını bu son addımları atmağa həvəsləndirib. Azərbaycan on illərlə iqtisadiyyatında dominant rol oynayan hidrokarbon gəlirlərindən uzaqlaşaraq diversifikasiya yolunu tutmaq niyyətindədir. Strateji əməkdaşlıq razılaşmasında Azərbaycanın Dünya Ticarət Təşkilatına tamhüquqlu üzvlüyünü Çinin dəstəkləməsi də nəzərdə tutulub. BRICS-ə üzvlük müraciəti isə yeni bazarlara da qapı aça bilər. BRICS-in yeni üzvlər qəbul etməsi, yaxud müraciətə baxılma müddəti ilə bağlı aydın bir prosedur olmasa da, qrup yanvar ayında İran, BƏƏ, Efiopiya və Misirin də üzvlüyünü qəbul edib. Bundan başqa, xeyli sayda ölkə quruma üzv olmaqda marağını dilə gətirib. Bu üzvlük Bakıya BRICS ölkələrinin iri və sürətlə böyüyən bazarlarına çıxışı genişləndirmək imkanı verə, ikitərəfli ticarət razılaşmaları və Azərbaycanın iqtisadiyyatına yatırımlarla bağlı yeni imkanlar yarada bilər. Rus ekspert Vadim Dubnov deyir ki, Pekinlə yaxınlaşmanı cəlbedici edən təkcə alış-veriş və yatırım məsələləri deyil. O qeyd edir ki, Çin regionun sürətlə dəyişən geosiyasi ortamında da Bakının güvənə biləcəyi önəmli tərəfdaşdır. Qərb güclərinin iştirakının azalması, Rusiyanınsa diqqətinin Ukraynada apardığı müharibəyə cəmlənməsi Azərbaycana xarici siyasət sahəsində daha çox manevr imkanı qazandırıb. Nəticədə Bakı Türkiyə və İranla münasibətlərini dərinləşdirə, Çini bölgədə daha geniş rol oynamağa dəvət edə bilib. Dubnov bildirir: "Azərbaycan Cənubi Qafqazdakı bütün əsas oyunçularla yeni balans tapmağa çalışır. Çinlə daha güclü əlaqələr Bakıya tamamilə eyni cəbhədə oturmamaq imkanı verir". Ancaq Bakı ilə Pekin arasında əlaqələrin isinməsi birtərəfli proses deyil. Azərbaycan 2020-ci ildə Ermənistanla müharibədə uğur qazanandan bəri Çinin Cənubi Qafqaza marağı artıb və Pekin ümid edir ki, Bakının regionda güclənən mövqeyi daha çox sabitliyə yol açacaq, Çinin bölgədə investisiya və nüfuzunun artmasına imkanlar yaradacaq. Ermənistandan keçərək Azərbaycanı Türkiyə ilə birləşdirən əlavə marşrutlar belə imkanlardan biri ola bilər. Azərbaycan öz geosiyasi mövqeyindən yararlanmaq üçün başqa imkanları da nəzərdən keçirir. Orta Dəhliz Rusiyadan yan keçən Şərq-Qərb marşrutu rolunu oynasa da, Ukrayna müharibəsinin dünya ticarətini silkələməsi başqa alternativlərə marağı da çoxaldıb. Orta Dəhlizin böyüməsi fonunda Moskva da Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinə sərmayəni artırmaq haqda düşünür. Bu marşrut Rusiyadan Azərbaycana, oradansa İran və Hindistanadək gedib çıxmalıdır. Orta Asiya, Aİ, Rusiya və İranla güclü ticarət bağları olan Çin istər Orta Dəhliz, istərsə də Şimal-Cənub marşrutu ilə bağlı marağını ifadə edib. Azərbaycan öz mərkəzi coğrafi mövqeyindən yararlanaraq bunların hər ikisindən mənfəət götürmək niyyətindədir. Əgər Bakı əvvəllər öz enerji resurslarından Qərblə münasibətlərində rıçaq kimi istifadə edə bilirdisə, indi artıq beynəlxalq ticarət dəhlizləri də Azərbaycanın xarici siyasətində strateji önəmli alətlərdir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ