çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycanın əsas tranzit ölkə olacağı təsdiqləndi...

Image


"Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" "yaşıl enerji" sahəsində əməkdaşlığımızda ilk addımdır". Bu fikirlər prezident İlham Əliyev tərəfindən Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə səsləndirilib.

Ekspertlər hesab edir ki, Azərbaycan bərpaolunan enerjinin Mərkəzi Asiyadan ixracında əsas tranzit ölkə ola bilər. Məsələnin bu tərəfinə nəzər salan qazaxıstanlı iqtisadi ekspert, Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Çin və Asiya Araşdırmaları proqramının rəhbəri Janseitov Ersultan qeyd edir: "İstər Mərkəzi Asiya ölkələri, istərsə də Azərbaycan bu məsələyə böyük önəm verir. Çünki biz bilirik ki, karbohidrogenlər dövrü, neft əsri get-gedə ötüb gedir. Hər halda, bu gün baş verməsə belə, gələcəkdə bu, qaçılmaz tendensiya olacaq. Ona görə də biz zamanla ayaqlaşmalı və vaxtında yeni alternativ mənbələrə keçməliyik. Mərkəzi Asiya ölkələrilə əməkdaşlıq kontekstində Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq. Elektrik enerjisinin regionumuzdan Avropa ölkələrinə ixracı üçün Xəzər dənizinin dibi ilə və daha sonra Qara dənizin dibi ilə kabellərin çəkilməsi nəzərdə tutulur. Bundan əlavə, Almaniya tərəfi ilə əməkdaşlıqda Qazaxıstan yaşıl hidrogen istehsalı üzrə böyük layihə hazırlayır. Bu kontekstdə Transxəzər marşrutu Avropa ölkələrinə, ilk növbədə Almaniyaya ixracına görə prioritetdir. Ona görə də Azərbaycan bu məsələdə bizim əvəzsiz tərəfdaşımızdır və "yaşıl enerji" ilə əməkdaşlıq məsələsi gələcəkdə ən aktual məsələlərdən biri olacaq". Hazırda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir. Xatırladaq ki, 2023-cü ilin avqustunda Özbəkistan prezidentinin Azərbaycana səfəri çərçivəsində enerji sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsinə dair Hökumətlərarası Saziş və iki ölkənin energetika nazirlikləri arasında "2023-2025-ci illər üçün enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi" imzalanıb. İmzalanmış sənədlər çərçivəsində həm neft-qaz sahəsində, həm də bərpaolunan enerji mənbələri üzrə uğurlu əməkdaşlıq davam edir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib. Bu fonda "yaşıl enerji"nin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var. Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə Texniki Tapşırığı təsdiq ediblər. Birgə işçi qrup Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın CESI konsaltinq şirkəti seçilib.     

Proseslər göstərir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq "yaşıl enerji" sahəsində yeni imkanlar yaradır. "Yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək. Hər üç ölkənin bu sahədə əməkdaşlığı genişləndirməsi üçün imkanları yetərincədir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 qiqavat həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 qiqavat həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Qazaxıstan Günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək "yaşıl enerji" mərkəzinə çevrilməyi hədəfləyir. Mərkəzi Asiyanın güclü iqtisadiyyata malik ölkəsi olan Özbəkistanda isə külək enerjisinin potensialı 520 qiqavat həcmindədir. Tacikistanın energetika və su ehtiyatları naziri Cuma Dalera Şofakir qeyd edib ki, regionun enerji sisteminin etibarlılığını gücləndirmək məqsədilə indiki mərhələdə Tacikistanın enerji sisteminin Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə yenidən qoşulması layihəsi həyata keçirilir. Azərbaycanın Avropa və Asiya arasında olan coğrafi mövqeyi imkan verir ki, bir çox istiqamətlərdə tranzit ölkə olsun. Hazırda alternativ enerji strategiyasında isə ölkə tranzit olaraq deyil, eyni zamanda öz alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisini Avropaya nəql etmək imkanı verir. Bu proses iqtisadiyyatın digər sahələrinə də dolayı olaraq müsbət təsir göstərəcək. Bütün hallarda bu sahə istər enerji istiqamətində, istərsə də iqtisadiyyatın digər istiqamətlərində ölkələr arasında olan əməkdaşlıq potensiallarını üzə çıxarır. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ