çərşənbə günü, 26 avqust 2026
     

Radikal inkarçıların 1 sentyabr seçkisinə qarşı yeni qaralayıcı arqumentləri...

Image


Abutalıb Səmədov: "Əsas xaricdən aldıqları pullar və sifarişlərdir"

Məlumdur ki, xarici qüvvələr növbədənkənar parlament seçkilərindən sonrakı və COP29 ərəfəsindəki dövrdə Azərbaycanda qarşıdurma yaratmaqda çox maraqlıdırlar. Nəyin bahasına olursa olsun, bu mühüm beynəlxalq tədbiri pozmağa, yaxud dəyərini azaltmağa çalışırlar. 

Adəti üzrə onlar yenə də seçkiləri boykot taktikasını tutublar. Ssenari bəllidir, seçkilərdən dərhal sonra parlament seçkilərinin demokratik keçirilmədiyini, hüquqlarının pozulduğunu, kütləvi tədbirlərə icazə verilmədiyini, siyasi məhbusların olduğunu və s. kimi buna bənzər "arqumentlər" gətirərək Azərbaycana qarşı kampaniyaya başlayacaqlar. 

Onların parlament seçkiləri ilə bağlı seçdikləri taktika nə dərəcədə  effekt verə bilər? 

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, müstəqil Azərbaycanın tarixində ərazilərimizin hamısını əhatə edən ilk parlament seçkilərində siyasi partiyaların mütləq əksəriyyəti iştirak etmək qərarını verib: "Çünki bilirlər ki, bu, mühüm bir tarixi hadisədir və yüz illərlə bu hadisə tarixçilərimiz tərəfindən öyrəniləcək, araşdırılacaq, bu hadisə barədə çoxsaylı kitablar yazılacaq. Eyni zamanda seçkilərdə iştirak siyasi partiyaların əsas vəzifəsidir. Çünki seçkilər siyasi partiyalara geniş imkanlar verən hadisədir. Ağıllı siyasətçilər bütün hallarda bu imkanlardan istifadə etməyə çalışır. Evləri bir-bir gəzmək, insanlarla görüşmək, imza yığmaq, sonradan da təşviqat prosesində daha çox insanı əhatə etmək siyasi partiyalar üçün unikal imkanlar yaradır. Çox təəssüf ki, AXCP bu mühüm tarixi hadisəyə kölgə salmaq üçün əvvəlcə seçkilərdən imtina etmək, seçkiləri boykot etmək qərarını verdi. Sonra da həmin mühüm kampaniyanı qaralamaq üçün əlindən gələni etdi. Bəyan edirlər ki, AXCP dövlət maliyyələşməsini əldə edə bilərdi, ancaq onlar dırnaqarası prinsipiallıq göstərib, bundan da imtina ediblər. Nəticədə, guya bir qrup lider dırnaqarası məhrumiyyətlər içərisində yaşamağı seçib. Halbuki, mərhumiyyətləri sıravi cəbhəçilər çəkir. Dövlətin ayıracağı 300-400 min manat vəsait onların bir çox problemlərinin həllinə kömək edə bilərdi. Ancaq bundan radikallar imtina etdi. Çünki dövlət büdcəsinə ayrılan vəsait nəzarət altındadır, onu istədiyin kimi xərcləyə bilməzsən. Üstəlik, ondan da artıq vəsait xarici dostları bu müxalifətçilərə səxavətlə təqdim edirlər. Onları istədikləri kimi xərcləyə bilirlər. Əli Kərimlinin ətrafındakı bir qrup yararlanır bu vəsaitdən. Xarici qüvvələr yaxşı bilirlər ki, səxavətlə pul verdikləri dırnaqarası liderlər həmin pula kifayət qədər haram qatırlar və buna göz yumurlar. Çünki nə qədər çox haram işlər görülsə, siyasətçilər bir o qədər gözükölgəli olarlar. Bu cür də idarə edirlər. Görünür, seçkilərdə iştirak etməmək barədə komanda da xaricdən verilib. Azərbaycan hakimiyyətini təzyiq altında saxlamaq, gələcəkdə maraqlarını reallaşdırmaq üçün müəyyən işlək rıçaqları əldən vermək istəmirlər. Çox təəssüf ki, böyük tarixi nəaliyyətlər qazandığımız bir dövrdə özünü müxalifət adlandıran bir qrup xəyanət yolunu tutub və Azərbaycan dövlətinə problem yaratmaq üçün əlindən gələni edir. Baxmayaraq ki, siyasi partiyaların, liderlərin seçkilərdə iştirakı onlara çox mühüm imkanlar verir, bu adamlar xaricdən aldıqları komanda əsasında bu imkanlardan da imtina etmək barədə qərar verirlər. Başa düşürlər ki, belə qərarlar, Azərbaycan dövlətçiliyi əleyhinə göstərilən bu fəaliyyət onlara əlavə gəlirlər gətirəcək, sıravi cəbhəçilərə əlavə sıxıntılar yaradacaq. Ancaq biz son illər buna adət etmişik. Bir qrup radikal siyasətçinin öz dövləti və xalqı əleyhinə apardığı işləri, göstərdikləri fəaliyyəti seyr etmək məcburiyyətində qalmışıq. Günümüzün reallığı budur. Bizim üçün bir məsələ son dərəcə ümidvericidir ki, o cür radikallara inananların sayı böyük sürətlə azalır və onlar durmadan öz dəstəkçilərini, sosial bazalarını itirməkdə davam edirlər. Ancaq bu onları o qədər də narahat etmir. Əsas xaricdən aldıqları pullar və sifarişlərdir. Onlar da can-başla bu sifarişlərə əməl edirlər və anlaşılmaz bəyanatlar verirlər".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ