çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Zəngəzur dəhlizində qarşıdurma - İranla Ermənistan üz-üzə gələ bilər... ABŞ ssenarisi...

Image


Ermənistan regional nəqliyyat xətlərinin açılması müddəasının Azərbaycanla sülh sazişi layihəsindən qarşılıqlı razılıq əsasında çıxarıldığını təsdiqləyib. Məsələ ilə bağlı açıqlama verən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bidirib: 

"Qeyd etməliyik ki, nəqliyyat xətlərinin effektiv açılması regionda sülh və iqtisadi inkişafdan ötrü vacib elementdir, bu, Ermənistan Respublikasının irəli sürdüyü gündəlikdə əks olunub. Bu məqam Ermənistan hökumətinin Sülh Qovşağı proqramında çox yaxşı əksini tapıb. Proqram suverenlik və yurisdiksiya, eləcə də qarşılıqlılıq və bərabərliyə sayqı prinsiplərinə əsaslanır".

Bu açıqlamadan öncə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyov bildirmişdi ki, Bakı və İrəvan Azərbaycanı eksklavı Naxçıvanla birləşdirən marşrut üzrə qarşılıqlı məqbul variant tapıblar. Bakı Ermənistanın cənubundakı Zəngəzur vilayətindən keçməsi nəzərdə tutulan bu marşrutun açılması məsələsini sülh müqaviləsinin mətnindən çıxarmağa razılaşıb: "Qarşılıqlı razılaşma ilə biz sülh sazişindən bir abzası çıxarmaq və ona daha sonrakı mərhələlərdə qayıtmaq qərarına gəldik. Mən sülh sazişinin yekunlaşdırılması işini daha da çətinləşdirmək istəmirəm. Ona görə də biz onu mətndən çıxarmağa qərar verdik".  E.Əmirbəyov onu da deyib ki, sülh sazişi imzalanandan sonra hər iki ölkənin nümayəndə heyətləri Azərbaycanın böyük hissəsi ilə Naxçıvan arasında kommunikasiya xətlərinin yenidən açılması üçün qarşılıqlı məqbul formulun tapılmasından ötrü müzakirələri bərpa edə bilərlər. Bu isə o deməkdir ki, Zəngəzur dəhlzinin açılması məsələsi gündəmdə qalır. Lakin bu mövzuya sülh müqaviləsi imzalanandan sonra qayıdılacaq.  Burada onu da xatırladaq ki, rəsmi İrəvan uzun müddət dəhliz termininə qarşı çıxıb, təkidlə bildirib ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır. Ermənistan onu da bildirib ki, nəqliyyat xətlərinin yenidən açılması daha geniş regional kontekstdə baş verməli, Ermənistanın Naxçıvan ərazisindən İrana dəmiryolu əlaqəsi, Türkiyə ilə sərhədi açılmalıdır. Azərbaycan buna qarşı deyil. Amma o şərtlə ki, ölkənin əsas hissəsindən Naxçıvana və əksinə hərəkət edən Azərbaycan sakinləri, daşınan yüklər heç bir halda Zəngəzur dəhlizində yoxlmaya məruz qala bilməzlər. Hələlik isə Zəngəzur dəhlizi məsələsində itirən Ermənistan oldu. Ermənilər bu dəhliz vasitəsilə regional layihələrə qoşula bilərdi. Amma hələlik özlərini bundan məhrum edirlər. Ekspertlər bildirir ki, Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu xüsusda bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsindən qarşılıqlı razılaşma əsasında regional kommunikasiyalara dair maddənin çıxarılması digər amillərlə bağlıdır. Çünki sülh müqaviləsi dedikdə ilkin sənəd nəzərdə tutulur. Burada prinsiplər öz əskini tapacaq. O,  açıqlamasında qeyd edib ki, sülh müqaviləsindən kommunikasiya xəttlərinin çıxarılması sonrakı mərhələdə aparılacaq danışıqlar formatında həllini tapacaq: "Bu məsələyə aid Azərbaycan və Ermənistan tərəfindən xüsusi bir komissiya formalaşıb. Hər iki tərəfdən baş nazirlərin müavinləri bu istiqamətdə danışıqları bir neçə raundda aparıb. Bu danışıqlarda Rusiyanın baş nazirinin müavini də iştirak edir". Sabiq nazir hesab edir ki, bu məsələdə hər hansı bir problem yoxdur: "Sadəcə olaraq tərəflər hansısa mövzulara dair razılıq etmək mümkün olmadığı halda onu ilkin sənəddən çıxarıblar. Kommunikasiyaların bərpa edilməsi məsələsi isə daxildədir. Bu, həmçinin Zəngəzur dəhlizi ilə bağlı olan məsələyə aiddir". Tofiq Zülfüqarova görə, kommunikasiya ilə bağlı məsələlər hələlik hazırlıq məhələsinə çatmayıb: "Praktiki baxımdan bəzi mövzular ilkin razılaşmadan kənarlaşdırılır. Bu o demək deyil ki, həmin məsələlər həll olunmayacaq. Həmin mövzulara aid danışıqlar digər formatlarda davam etdiriləcək".

Qeyd edək ki, dəhlzin açılması tələbini ABŞ və Avropa da Ermənistandan tələb edir. Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Senatda "Avropanın Gələcəyi" mövzusunda keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirlər Ermənistanda şok effekti yaradıb. Xatırladaq ki, O'Brayn çıxışı zamanı zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub: "Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar". məsələnin bu tərəfini şərh edən erməni politoloq Arman Abovyan qeyd edir ki, ABŞ Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edəcək. Onun sözlərinə görə, bu,  İran tərəfindən düşmənçilik kimi qəbul ediləcək: "İrandan gələcək mümkün təhlükələrə baxmayaraq, İrəvan Tehrana əks tərəfdə dayanmaqda davam edir. İran ətrafında vəziyyət getdikcə pisləşir. Fransa müharibə ehtimalını nəzərə alaraq öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Amerikalılar əlavə qüvvələri İranla sərhədə yaxınlaşdırır. İsrail İranla hərbi eskalasiya üçün kütləvi hazırlığa başlayıb. Bölgə qaynayır, prinsipcə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda İsrail raketi ilə öldürülməsindən sonra bu, gözlənilməli idi. İranlılar üçün vəziyyət dalana dirənib, çünki onlara İsrailə cavab verməkdən başqa seçim buraxmadılar. Vəziyyət regional müharibə həddinə çatsa, o zaman Paşinyan hakimiyyətinin bütün addımları iranlılar tərəfindən məhz müharibə məntiqində qəbul olunacaq. Yəni Zəngəzur dəhlizinin Qərbin təkidi ilə açılması, Ermənistanın cənubunun amerikalılar, ingilislər və ya avropalılara verilməsinə dair razılaşma Ermənistanı İran sərhədi üzərindəki suverenliyindən məhrum etməklə yanaşı, iranlılar tərəfindən hərbi məntiqə uyğun olaraq düşmənçilik aktı kimi qiymətləndiriləcək. Bəs Paşinyan bunun mümkün nəticələrini hesablayıb? Əminəm ki, belə deyil. Çünki uzun müddətdir sırf İranın rəqiblərinin maraqlarına uyğun oynayırlar. Bunun nəticəsini təsəvvür etmək belə qorxuludur". Bunlar fonunda Azərbaycan üçün hazırda ən önəmli məsələ qonşu ölkənin konstitusiyasının dəyişdirilməsidir. Azərbaycan Ermənistandan tələb edir ki, sülh sazişinin imzalanmasından ötrü öz konstitusiyasındakı Qarabağla "təkrar birləşmə" çağırışını ləğv etsin. Həmçinin tərəflər Minsk qrupundan da imtina etməlidir.  

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ