şənbə günü, 11 iyul 2026
     

Parisdəki “Olimpiya Kəndi” sağ qalmaq uğrunda mücadilə meydanına döndü...

Image


Mübariz Göyüşlü: "Bu, bütövlükdə Makronun daxili və xarici siyasəti yartımaz olduğu kimi, idman, olimpiya siyasətinin də biabırçı, yarıtmaz olduğunun göstəricidir"

Rəsmi Parisin ev sahibliyi ilə keçirilən Yay Olimpiya Oyunlarının təşkilati məsələləri ilə əlaqədar kifayət qədər tənqidi mövqelər var. Olimpiya Oyunlarının açılış mərasimində Makron hökumətinin sərgilədiyi biabırçılıqların müzakirəsinin səngimədiyi bir vaxtda Parisdəki Olimpiya kəndində dözülməz vəziyyət mətbuatın gündəminə çıxıb. Bu barədə elə Fransa mətbautının özü tənqidi məqalə ilə çıxış edib.

Fransanın mostraak.com saytında təqdim edilən "Parisdəki Olimpiya Kəndi İdmançılar Üçün Bir Sağ Qalma Düşərgəsinə Çevrildi" başlıqlı məqalədə beynəlxalq yarışların iştirakçılarının Olimpiya həyatının "gözəllikləri" haqqında danışılır. Məqalənin dilimizə tərcüməsini trend.az təqdim edib. Özümüz də mostraak.com-a daxil olub mətnin rusca tərcüməsi ilə tanış olmuşuq.

Məqalədə qeyd olunur ki, idmançılar kondisonersiz qalıb. "Təxminən 40°C temperaturda idmançıların heç bir seçimi qalmır, birbaşa və məcazi mənada əriməkdən başqa. Və kondisionerin onları xilas edəcəyini gözləməyin! Təşkilat Komitəsi böyük ekologiya hikməti nümayiş etdirərək, bu vacib "aksessuara" əhəmiyyət verməməyi qərara alıb. Nəticədə, idmançılarının rifahını düşünən xarici nümayəndəliklər dərhal yüzlərlə portativ kondisioner gətirməyə qərar verdilər. Tamamilə əsl loqistika baleti yaranıb, ən böyük opera buffalarının belə imrənəcəyi".

Burada kartondan istifadə edilən çarpayıların olduğu da diqqəti çəkir. Bildirilir ki, oyunlardan sonra geri dönüştürüləcək məşhur karton yataklar Olimpiya kəndində müzakirə mövzusudur. "Bəzi idmançılar narahatlıqdan şikayətlənir, məsələn, İspaniyanın handbolçusu Liza Chapchet yatağını "çox sərt" hesab edir, ya da Polşanın qılıncoynadanı Martyna Swatowska-Wenglarczyk. Hindistanın masa tennisçisi isə bu "karton" yataklardan dolayı ilk gecələrində "sakit yatmaqda çətinlik çəkdiyini" bildirir.

Lakin Danimarkanın üzgüçüsü Signe Bro kimi digərləri bu yataqların balıq torları kimi təkrar xammaldan hazırlandığını deyir və bunu ekoloji cəhətdən yüksək qiymətləndirir. O, zarafatla qeyd edir ki, "Oyunlardan sonra əlimizdə ‘10 min çarpayı’ olmayacaq." Qısacası, bu məşhur yataqlar bölünür, amma bir şey dəqiqdir: heç kimi laqeyd qoymur..."

Məqalədə yeməkxana haqda da danışılıb: "Gündəlik 40,000 nəfərə yemək verən, "dünyanın ən böyük restoranı" kimi reklam edilən nəhəng kənd yeməkxanası 15,000 aclıq çəkən idmançının dad zövqünü təmin etməkdə çətinlik çəkir. Ulduz aşpazların olması ilə belə, çoxları yeməklərdə dad və ədviyyatın olmamasından şikayətlənir. "Bu, tam olaraq fransız mətbəxi deyil," - gimnastika ulduzu Simone Biles şikayət edir.

Daha da pisi, çatışmazlıq çox populyar məhsulları, məsələn, yumurta, qızardılmış ət və nişasta tərkibli məhsulları əhatə edir ki, bu da aşpazları onları normaya salmağa məcbur edir. Böyük Britaniya kimi komandalar hətta dərhal öz aşpazlarını gətirməyə məcbur oldular! Nəticədə, Almaniyanın üzgüçüsü Lukas Matzerat kimi idmançılar ilk bir neçə gün aclıq çəkdiklərini bildirirlər, çünki porsiyalar çox kiçik idi.

Təşkilat Komitəsi və xidmət təminatçısı Sodexo isə miqdarı artıraraq tələbi qarşılamaqla reaksiya verdiklərini iddia edir. Lakin zərər artıq vurulub. Çatışmazlıqlar, dad məyusluqları və sonsuz növbələr səbəbindən bir çox idmançı indi yeməkxanalardan qaçır, yemək çatdırılması və ya yerində yemək hazırlamağı üstün tuturlar. Bu, fransız qastronomiyasının nüfuzuna ağır zərbədir, hansı ki, bu Oyunların qürur mənbələrindən biri olmalıydı..."

Qeyd olunur ki, kondisionersiz otaqlardakı boğucu istilik, bir-birindən ayrılmayan karton yataqlar və məyusedici qida səbəbindən Paris Olimpiya kəndi idmançılar tərəfindən yekdil qiymətləndirilməyib. Bu "davamlı inkişaf" Olimpiya Oyunlarının qeyri-müəyyən başlanğıcıdır, burada yaxşı ekologiya niyyətləri bəzən yerindəki reallıqla ziddiyyət təşkil edir.

Göründüyü kimi, Parisin olimpiya kəndi barədə belə narazılıq doğuran fikirlər var. Fransa özgəsi vaxt özünü mədəniyyət beşiyi sayır, budur onların sərgilədiyi mədəniyyət? İdmançılar həm istidən, həm aclıqdan, həm də narahat çarpayılardan narazılıq edir, Fransa hökuməti isə özünü heç nə olmamış kimi aparır. 

"Görün vəziyyət hansı həddədir ki, idmançılar yaşamaq uğrunda mübarizə aparırlar"

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə açılamasında bildirdi ki, Paris Yay Olimpiyadası bütövlükdə fiaskodur.  M.Göyüşlü qeyd etdi ki, oyunların açılışında təqdim edilən biabırçı performans idman, dostluq, qarşılıqlı anlayış, hörmət məsələsinə zidd idi. Dünyada da bir sıra nüfuzlu ictimai-siyasi, dini liderlərin bu məsələ ilə bağlı narazılıqlarını bildirdiklərini deyən M.Göyüşlü vurğuladı ki, bütün bunlar Fransanın Olimpiya Oyunlarını çox aşağı səviyyədə təşkil etməsinin nəticəsdir: "İndi də Parisdəki Olimpiya Kəndində idmançıların şəraitsizlikdən əziyyət çəkdiyi barədə Fransa mətbuatı və başqa ölkələrin mediası məlumat yayıb. Olimpiya Kəndində baş verənlər, buradakı acınacaqlı mənzərə doğurdan da biabırçılıqdır. Burada idmançılar üçün heç bir normal şəraitin yaradılmadığı ifşa olunur. Bu, bütövlükdə Makronun daxili və xarici siyasəti yartımaz olduğu kimi, idman, olimpiya siyasətinin də biabırçı, yarıtmaz olduğunun göstəricidir.   Bu təkcə Makronun yox, həm də Fransanın əsl simasını ortaya qoyur. Fransa böyük ölkə, böyük mədəniyyət adına iddia edir, amma olimpiya oyunları kimi mühüm bir tədbiri layiqincə təşkil edə bilmirlər. Bu biabırçılıqdır. Görün vəziyyət hansı həddədir ki, idmançılar yaşamaq uğrunda mübarizə aparırlar". 

M.Göyüşlü vurğuladı ki, gələcəkdə aidiyyəti təşkilatlar, Beynəlxalq Olimpiya Komitəsi və başqa qurumlar bu məsələləri nəzərə alıb Fransaya, rəsmi Parisə bir daha belə şans verməməlidirlər. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ