çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənilərin alban xristian irsini mənimsəməsi dünya mediasında hədəfə gəldi...

Image


Qasım Hacıyev: "Vatikanın gerçəyi etiraf etməsi və Qarabağın alban irsinin əsl sahibinin kim olduğunu bəyan etməsi ermənilərə vurulan sərt bir şillədir" 

Dünyanın gözü deyəsən yavaş-yavaş açılmaqdadır, erməni yalanlarını azadan-çoxdan ifşa edən mətbuat orqanları tapılır. Bu günlərdə Vatikandan verilən mesaj erməniləri yaman narahat edib. Xüsusən də erməni diasporu özünə yer tapa bilmir. Bir sözlə, erməni diasporunun uzun illərdir Azərbaycan aid olan alban irsini erməniləşdirməklə bağlı apardıqları kampaniya iflasa uğrayıb.

Belə ki, Fransanın "La Gazette du Caucase" internet nəşri Vatikandan gələn həqiqətin, verilən mesajın erməni diasporunu necə sarsıtmasından bəhs edən məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, bir neçə gün əvvəl Müqəddəs Taxt-tacın yeganə rəsmi mətbu orqanı olan "L'Osservatore Romano" qəzetində "Azərbaycanda Alban Apostol Kilsəsinin izi ilə. Qədim Qafqaz Albaniyasına səyahət" adlı məqalə dərc olunub.

Məqalədə olduqca maraqlı məlumatlar, faktlar öz əksini tapıb. Burada açıq şəkildə Azərbaycan ərazisində - Qafqaz Albaniyası ərazisində yerləşən, qədim kilsələrin, monastırların, məbədlərin miras qaldığı qədim xristian dövlətindən bəhs edilir. Qeyd olunur ki, bu mədəbədlər albanlara aiddir, ermənilərə aid deyil. Açıq qeyd olunur ki, bunlar  Qarabağdakı qədim məbədlər və monastırlardır ki, onların da ermənilərlə heç bir əlaqəsi yoxdur. 

Məqalədə aydın göstərilir ki, Çar Rusiyası etnik erməniləri Osmanlı İmperiyasından və İrandan kütləvi şəkildə Qarabağa, eləcə də İrəvan xanlığının ərazisinə köçürdükdən sonra onlar burada yerləşdiriliblər. Aydın vurğulanır ki, XIX əsrin ikinci yarısında burada tikilmiş məbədlər istisna olmaqla qalanları alban məbədləridir.

"Elmi ictimaiyyət bu məqaləni başadüşülən diqqətlə qarşıladı. Mətbuatda Qafqaz Albaniyasının tarixinə dair materiallara istədiyimiz qədər rast gəlmirik. Üstəlik, heç kəs unutnasın, "L'Osservatore Romano" Vatikanın əsas nəşridir. Vatikan isə bizim eramızın əvvəllərində müasir Azərbaycan ərazisində hansı xristian dövlətinin yerləşdiyini çox gözəl bilir. Üstəlik, Vatikanın ən zəngin arxivlərində bu mövzuda çoxlu tarixi sənədlər var" - deyə müəllif yazır.

Məqalədə vurğulanır ki, bir çoxları bu barədə ucadan danışmağı sevmir, lakin Rusiya imperiyası Cənubi Qafqazı ilhaq edərək Alban kilsəsinin əmlakını erməni ruhanilərinə verib.

"Alban kilsəsinin qədim arxivləri sadəcə yandırılıb. Ancaq tarixçilərin yaxşı bildiyi kimi, hər şeyi məhv etmək mümkün deyil. Öz arxivinizi öyrənə bilərsiniz, lakin əlverişsiz sübutlar başqalarında qalacaq. Bu gün "L'Osservatore Romano" girişi bərpa edir. Öz izləyiciləri üçün tarixi həqiqətləri təqdim edir".

"Ermənilər arasında isə reaksiya olduqca gözlənilməz oldu. Məsələn, "Ermənistanın Avropa Partiyası"nın rəhbəri Tiqran Xzmalyan "L'Osservatore Romano"nun Qarabağ ermənilərinin xristian irsi haqqında ciddi araşdırma yazmasını arzulamaqla yanaşı, həm də Qafqaz xalqları haqqında məqalə dərc etdiyini açıqlayıb". Xzmalyan "Ermənistanın iki səfirliyinin - İtaliyada və Vatikanda fəaliyyətsizliyi nəticəsində" adlı məqalədə qəzəbini gizlətməyib. 

Müəllif qeyd edir ki, erməni icması Qafqaz Albaniyası ilə bağlı istənilən məlumata çox əsəbi reaksiya verir. Müəllif yazır ki, "qədim erməni kilsələri və monastırlarının" bəlkə də, Ermənistanın Azərbaycanın Qarabağ ərazisinə dair ərazi iddialarına haqq qazandırmaq üçün əsas arqument olduğunu başa düşmək olar. "İllər əvvəl bu bizə məxsus idi!" tərifi ilə işləyə bilməz. Belə bir likvid əsasda Almaniya Böyük Britaniyanın Elzas və Lotaringiyasına iddia edə bilər, İspaniyanın cənubundakı Britaniya keçmiş Kordova xilafətinə köçürülməlidir. Deyək ki, İtaliya keçmiş Roma İmperiyasının bütün ərazisinə iddia edə bilər...

Amma gəlin realist olaq ki, Azərbaycanın Qarabağ ərazisi ilə bağlı dünya ictimaiyyəti çox uzun müddətdir ki, tanınmış sərhədləri və hətta BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən 4 qətnaməsini nəzərə almamağa üstünlük verib. 

Əgər indi Qarabağın qədim xristian kilsələri və monastırlarının heç də ermənilərə aid olmadığı üzə çıxarsa, o zaman İrəvan "danışan təbəqəsi"nin əsəbiləşməsinə əsas var. Xüsusən də "L'Osservatore Romano" Qafqaz Albaniyasından yazırsa. Üstəlik, Ermənistanın Qarabağa iddiaları heç də gündəmdən düşməyib. Məsələn, Aram Qabrelyanovun sosial şəbəkələrdə yazdıqları ilə tanış olmaq kifayətdir:

"Mən həmişə deyirəm ki, Ermənistan və Artsaxın öz torpaqlarını geri almaq şansı hələ də olacaq. Paşinyan və onun kamarillasının başçılıq etdiyi vətənin heç bir şansı yoxdur, əvvəlcə Paşinyanı qovmaq, sonra Artsaxı qaytarmaq lazımdır!!!" Və bu personajın "qovmağa" çağırdığı Paşinyan hər cür konstitusiya islahatlarına mane olur və Azərbaycanın Qarabağı ilə bağlı iddiaları Ermənistan konstitusiyasından çıxarmır", - materialda deyilir.

Müəllifin fikrincə, bütün bu təcavüzkar siyasətdə "Böyük Ermənistan" haqqında nəzəriyyələrlə alt-üst edilən tarixşünaslıq, qonşu dövlətlərin ərazilərini "doğma erməni" ərazisi elan edən və s. məsələlər var. 

"Təbii ki, revanşistlər Ermənistanın özünün informasiya və elmi məkanını heç bir çətinlik çəkmədən idarə edə bilirlər, lakin Vatikan mətbuatı ilə eyni şeyi etmək daha çətin işdir və nəticədə cənab Xzmalyan qəzəblənir: "Necə icazə verilirdi? Niyə bunun qarşısını almadılar?! Hara baxırdılar?!!". Maraqlıdır, amma əslində xzmalyanlılar əmindirlər ki, bütün dünya mətbuatında öz senzuralarını qura,  tarixi faktları diz üstə çökdürə bilərlər. Bağışlayın, Yer kürəsinə bir bayquş çək və sübut et ki, guya möhkəm torpaq parçaları Azərbaycan, Gürcüstan, Türkiyə, İran Ermənistana məxsus olmalıdır!

Yaxşı ki, bu cənabların qəzəbinə baxmayaraq, biz Fransa və digər ölkələrin ictimaiyyətinə arxiv sənədləri və elm tərəfindən tanınmış tarixi faktlar əsasında məlumat verməyə davam edəcəyik. Və hər kəs bununla barışmalı olacaq" deyə məqalədə deyilir.

"Ermənilərin alban irsinə haqsız iddiası tamamilə ifşa olundu"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, belə bir məqalənin Vatikanın rəsmi orqanında çap olunması, Fransa mediası tərəfindən də şərhlər əlavə edilməsi ilə yayılması xeyli maraqlıdır. "Biz uzun illər idi ki, Vatikanın erməni saxtakarlığına cavab verəcəyi günü gözləyirdik, artıq bu cavab gəldi və Vatikan ermənilərə yerini göstərdi, alban kilsəsinin onlara aid olmadığını bəyan etdi. Hesab edirəm ki, Vatikanın gerçəyi etiraf etməsi və Qarabağın alban irsinin əsl sahibinin kim olduğunu bəyan etməsi ermənilərə vurulan sərt bir şillədir. 

Biz uzun illər gösləyirdik ki, erməni saxtakarlığına qarşı heç olmasa bir neçə Avropa dövlətinin ədalət səsi çıxsın. Son dövrlərdə Fransanın, ABŞ-ın və digər ölkələrin laqeydliyindən, ermənipərəstliyindən istifadə edən ermənilər bizə qarşı əməlli-başlı informasiya hücumuna keçiblər. Həmin ölkələrin mətbuatı da, rəsmiləri də erməni yalanlarına, saxtakarlıqlarına dəstək verirlər. Təbii, heç biri haqq, ədalət, gerçəklik haqda düşünmədən bu addımı atıb. Ermənilərin Qarabağda törətdikləri vəhşiliklər bir yana qalsın, heç onu dilə gətirmirlər. Digər tərəfdən Qarabağdakı xristian abidələrinin müdafiəsindən danışırlar. Öz ərazilərində isə nə bir müsəlman abidəsi qoyublar, nə də düz-əməlli bir xrisitan abidəsi saxlayıblar. Bu qədər cinayətlər törətdiklərinə baxmayaraq, Cənubi Qafqazda ilk dəfə xristianlığı qəbul edən azərbaycanlıları ittiham etməyə çalışırlar, böhtanlar atırlar, gəlib abidələri ziyarət etmək adı ilə Avropa ölkələrində Azərbayana qarşı kampaniya təşkil edirlər. Bu xeyli müddətdir davam edir. Hətta UNESCO-nun özü onların bu mənfur hərəkətinə bir reaksiya vermədi. Amma indi Vatikanın rəsmi orqanının belə bir mövqedən çıxış etməsi çox təqdirəlayiq haldır. Bu əsl ədalət prinsipinə uyğun məsələdir. Fikir verin, bu abidələrin azərbaycanlılara, azərbaycanlıların babaları olan Qafqaz albanlarına məxsus olduğunu Vatikan qeyd edirsə, bununla da ermənipərəstlərin iddiaları suya düşdü, ifşa oldu. Ermənilərin alban irsinə haqsız iddiası tamamilə ifşa olundu. Düzdür, tarixi baxımdan ermənilər çoxdan ifşa olunublar, amma onların dini baxımdan da ifşa olunması yerinə düşdü. Bir çox dövlətlərin uzun müddətdir ki, xristian həmrəyliyi adı altında ermənilərə "ilham" verməsi, onların iddialarına tərəfdar çıxmaları erməniləri hədlərini aşmağa gətirib çıxardı"-deyə bildirən Q.Hacıyev qeyd etdi ki, bundan sonra ermənilər Azərbaycandan "xristian abidələri qorumağı tələb etməyə" başladılar. Q.Hacıyev bildirdi ki, hətta keçən dövrlərdə guya abidələri ziyarət etmək adı ilə Qarabağ gedib siyasi oyunlar oynadılar. "Amma Vatikanın, xristian dininin rəhbərliyinin bu mövqeyi, deyərdim ki, çox dəyərli və çox ədalətlidir. Bu da təsadüfi deyil. Həm ədalət naminə bu addımı atıblar, eyni zamanda dövlətlərarası münasibətlər də var. Dövlətlərarası münasibətlərdə belə məsələlər də böyük rol oynayır. Yaxşı xatırlayıram, bir neçə il əvvəl Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda xristian dini məbədlərinin, abidələrinin bərpası, təmiri istiqamətində işlər görülüdü. Bizim dövlət bu məsələyə çox böyük rəğbət göstərdi, bu abidələrin bərpasında ölkəmiz yaxından iştirak etdi. Beləliklə də, Azərbaycan tərəfindən dövlətlər, dinlərarası münasibətlər düzgün qurulduğuna görə onlar da məqam düşəndə düzgün və ədalətli mövqedən çıxış edib Azərbaycanın haqq işini işıqlandırıblar, ermənilərin fırıldaqçı olduğunu qeyd ediblər. Bu da çox vacibdir. Ermənilərin boş, mənasız iddialar qaldırmasına son qoymaq üçün mühüm addımlardan biridir.

Erməni diasporuna gəlincə, bundən sonra nə edirlər-etsinlər, faydası olmayacaq, çünki Vatikan bu məsələdə artıq mövqeyini açıqlayıb" - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ