HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı general Hüseyn Kərəminin həbsi xəbəri yayılıb.
İddialara görə, general Mossad-a casusluq etdiyi iddiası ilə Tehranda həbs edilib.
Qeyd edək ki, İran HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsinin 7 kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirildiyini açıqlayıb. Tehran bildirir ki, sui-qəsd İsrail tərəfindən həyata keçirilib və ABŞ da ona dəstək verib.
TAHİR