çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Gürcüstanın xarici siyasətinə yön verə bilmədilər - aləm qarışdı...

Image


Gürcüstanda minlərlə media qurumuna və vətəndaş cəmiyyətinə təhlükə yaradacağı iddia olunan, ölkənin özündə müxalifət, xaricdə isə ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən tənqid olunan ziddiyyətli "xarici təsirin şəffaflığı" qanunu avqustun 1-dən qüvvəyə minib. Buna baxmayaraq, prezident Salome Zurabışvili də daxil, çoxsaylı deputat və ictimai xadim qanundan Konstitusiya Məhkəməsinə şikayət edib.

Ədliyyə naziri Rati Breqadze deyib ki, nazirlik maliyyəsinin 20 faizi xaricdən gələn təşkilatların qeydiyyatına hazırdır. Onun sözlərinə görə, bu qanunu pozanlar cərimə olunacaqlar. Gürcüstanda 10 mindən artıq QHT-nin əksəriyyəti xaricdən maliyyələşir. Onlardan bəziləri artıq indidən qeydiyyatdan keçməyəcəklərini bəyan edib. Hazırda Konstitusiya Məhkəməsinə üç rəsmi şikayət daxil olub. Şikayətlərdə məhkəmənin qanunvericilik aktını nəzərdən keçirdiyi müddətdə onun qüvvəsinin dayandırılması rica edilir. Birinci şikayəti ölkə prezidenti Salome Zurabişvili təqdim edib. Onun bu qanuna qoyduğu veto 150 yerlik parlamentdə 84-4 çoxluğu ilə ləğv edilib. İkinci şikayəti onlarca deputat verib. Hər iki şikayətdə Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin pozulduğu göstərilir. Bu maddədə Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası üçün bütün mümkün addımların atılması tələb olunur. Üçüncü şikayət 122 media və vətəndaş cəmiyyəti qurumu tərəfindən verilib. Qanun Ədliyyə Nazirliyinə hədəflənən təşkilatlarla bağlı şəxslərdən siyasi baxışları, etnik mənsubiyyətləri, dinləri və cinsi həyatları ilə bağlı informasiyaları tələb etmək hüququ verir. Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib ki, üç şikayət bir vəsatətdə birləşdiriləcək. 9 hakimlik Konstitusiya Məhkəməsinin şikayətə baxması üçün ən azı bir ay vaxt lazım gələcək. Bundan əvvəl ABŞ hökuməti Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollarlıq yardımın çatdırılmasına fasilə verdiyini bəyan edib. Dövlət katibi Entoni Blinken demişdi ki, bu, Gürcüstanda hakim partiyanın təşəbbüsü ilə "xarici təsirin şəffaflığı" adlı qanunun qəbul edilməsi ilə bağlıdır. ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinin hərəkətini "antidemokratik" adlandırıb. Blinken bəyan edib ki, Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO üzvlüyü ilə bir araya sığmır. Sözügedən qanunun imzalanmasından bir neçə gün sonra ABŞ bildirmişdi ki, Gürcüstanın onlarca vətəndaşına qarşı viza qadağaları tətbiq ediləcək. Bunların əksəriyyəti hakim partiyadan olan deputatlar və hökumət nümayəndələridir. Bundan əvvəl Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib ki, Aİ Gürcüstanın bloka inteqrasiyası prosesini dayandırıb və Gürcüstana ayrılmış 30 milyon avroluq yardımı dondurub. Bütün bu qalmaqallar fonunda daha bir məsələ meydana çıxıb. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə getməsi də qalmaqala çevrilib. Müxalifət onun Tehranda görünməsini ABŞ və Avropa İttifaqına qarşı növbəti düşmən jesti kimi qiymətləndirib. Gürcüstan lideri cavabında bildirib ki, Tiflis Vaşinqtonun şantaj siyasətindən əl çəkməsini gözləyir. Gürcüstanın baş nazirinin HƏMAS liderlərindən biri İsmayıl Haniyənin yanında çəkildiyi mərasimdən video internetdə yerləşdirilib. Eyni zamanda izdiham "İsrailə ölüm" və "Amerikaya ölüm" şüarları səsləndirib. Jurnalistlər baş nazirin niyə belə bir olaydan xəcalət çəkmədiyini soruşduqda, o cavab verib ki, İran mühüm dövlətdir, ona görə də Ermənistan və Azərbaycanın baş nazirləri, Avropa İttifaqı və BMT nümayəndələri onun yanında olublar. 

Kobaxidze əmindir ki, müxalifət öz ağalarının tələbi ilə qalmaqal yaradır. Eyni zamanda o, Gürcüstanın ABŞ-la münasibətləri bərpa etməyə tam hazır olduğunu vurğulayıb: "Qarşılıqlı addımlar atılan kimi Gürcüstan-Amerika münasibətlərinə yenidən baxılacaq... Biz ədalətli, praqmatik və dostcasına addımlar gözləyirik. Sanksiyalara gəlincə, bu, əks-məhsuldar olan tondur və heç bir halda qarşılıqlı addım sayıla bilməz. Şantaj əvəzinə, münasibətləri yaxşılaşdırmaq, yenidən qurmaq üçün sağlam söhbət etməliyik". Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski də eyni mövqe sərgiləyib. Düzdür, o bu barədə ölkəsinin Çinlə münasibətləri kontekstində danışıb: "Biz Amerikadakı dostlarımızı inandırmalıyıq ki, Çinlə əməkdaşlığımız Qərblə əməkdaşlığımıza alternativ demək deyil". Eyni zamanda o, bu yaxınlarda Çinə Kanada, İsveçrə, Finlandiya, Ukrayna və digər ölkələrin nümayəndələrinin səfər etdiyini xatırladıb. Onun sözlərinə görə, Tiflis Qərbdən Şərqə dönməmək, Asiya və Avropa bazarlarını birləşdirmək istəyir. Bu arada ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə müavini Ceyms O'Brayn bildirib ki, Vaşinqton artıq Tiflislə münasibətlərini pis tərəfdən nəzərdən keçirir, çünki hakim "Gürcü arzusu"nun NATO-dan, Avropa İttifaqından əks istiqamətdə hərəkət etdiyinə inanır: "Gürcüstanın hakim partiyasına aydın olmalıdır ki, geriyə yol var - vətəndaş cəmiyyətinə qarşı zorakılıq olmadan azad və ədalətli seçkilər keçirmək. İstədikləri şəffaflığı yaratmaq, hətta bu xarici agentlər haqqında qanunu Rusiya qanunlarından çox Aİ qanunlarına uyğunlaşdırmaq. Çinin Qara dənizdəki Anaklia dərin dəniz limanının sahibi olmasına imkan verməyin. Bunlar Gürcüstan üçün çox vacib addımlardır". "Xalq Gücü" partiyasının lideri Quram Maçaraşvili bildirib ki, Qərbin gürcü seçiciləri ələ almaq cəhdi uğurlu olmayacaq: "Üç aydan sonra xalq yenidən sülh və suverenliyi seçəcək, bundan sonra ABŞ və Avropa İttifaqı iki-üç il əvvəl istifadə olunan dost dilinə qayıtmağa məcbur olacaq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ