çərşənbə günü, 26 avqust 2026
     

Zəngəzur dəhlizi məsələsi Ermənistanda zəlzələ effekti yaratdı...

Image


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Senatda "Avropanın Gələcəyi" mövzusunda keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirlər Ermənistanda böyük rezonansa səbəb olub. Xatırladaq ki, O'Brayn çıxışı zamanı zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub: "Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar".

Amerikalı diplomat Vaşinqtonun Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaratdığını söyləyib. Bu açıqlamaları şərh edən Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov qeyd edir ki, Qərb, faktiki olaraq, İrəvandan Zəngəzur dəhlizini tələb edir: "Paşinyanın partiyasının üzvləri, nikolçular və müxtəlif qərbçilər, sizin suverenliyiniz haradadır?". Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Senatın Xarici Əlaqələr Komitəsində bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülhün bərqərar olmasına fəal kömək etməkdə davam edir: "ABŞ-nin faktiki nümayəndəsi bəyan edir ki, Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmalıdır və Zəngəzur vasitəsilə Azərbaycanla Ermənistanı birləşdirən yol bunun aləti olacaq. İran və ya Rusiya Qərbin regiondakı fəallığından narahatlıqla bağlı bəyanatlar verəndə, nikolçular və qərbçilər Ermənistanın suveren olduğunu xatırlayırlar. İndi Qərb faktiki olaraq açıq mətnli dəhliz tələb edir, niyə səs çıxarmırsınız?". Ermənistanın "Hayatsk" analitik mərkəzinin eksperti Anna Karapetyan da məsələyə eyni prizmadan yanaşır: "Ermənistan və Azərbaycan ərazisindən keçən marşrutun məntiqinin necə olacağı ABŞ üçün prinsipial məsələ deyil, önəmli olan 10 noyabr 2020-ci il tarixli sənədin məntiqindən yayınmaqdır". Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli sənəddə deyilirdi ki, Rusiya o yola müəyyən qədər nəzarət etməlidir. Karapetyan qeyd edib ki, kommunikasiyaların açıq qalması və Rusiyanın bu kommunikasiyalara heç bir təsirinin olmaması kollektiv Qərbin marağındadır: "Bunun dəhliz olub-olmaması Qərbə maraqlı deyil. İrana gəlincə, Tehran Ermənistan-İran sərhədində təhlükənin yaranmasını istəmir. Türkiyə və Azərbaycanın mövqeyi mütləq aydındır, çünki məşhur Şuşa Bəyannaməsini hamımız yaxşı xatırlayırıq. Tərəflər nəinki Şuşa Bəyannaməsini imzaladılar, həm də onu ratifikasiya etdilər, əslində bu, onların qanunvericiliyinin tərkib hissəsi oldu və Zəngəzur dəhlizinin mətni orada açıq şəkildə təsbit olunub. Azərbaycan və Türkiyə o yola nəzarət etmək istəyirlər ki, Ermənistanın ona nəzarət etmək imkanı olmasın".

Baş verənlər fonunda Ermənistanda etiraflar edilir ki, bu gedişlə Zəngəzur dəhlzinin açılmasını ləngitmək mümkün olamayacaq. Ermənistanın "zham.am" nəşri bununla bağlı yazır: "ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Senatın Xarici Əlaqələr Komitəsində bəyan edib ki, ABŞ-nin əsas məqsədi Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yollarının yaradılmasıdır. Yəni ABŞ-nin yüksək rütbəli rəsmisi açıq şəkildə bəyan edir ki, Şimal-Cənub marşrutunun işləməməsi üçün ölkəsi Cənubi Qafqaz regionunda hər şeyi etməlidir. O'Braynın bəyanatı göstərir ki, ABŞ Ermənistan və Gürcüstandan keçən Şimal-Cənub marşrutunun işləməsində açıq şəkildə maraqlı deyil. Üstəlik, amerikalı rəsmi ölkəsinin sırf Ermənistan üzərindən fəaliyyət göstərəcək Zəngəzur dəhlizində maraqlı olduğunu gizlətmir. Nikol Paşinyanın Rusiyanın Ermənistanla Azərbaycan arasında regional kommunikasiya əlaqələrini açmaq səylərini niyə dayandırdığı artıq açıq şəkildə deyilir. Paşinyanın Zəngəzur dəhlizinə qarşı "qəhrəmancasına mübarizəsi"nin əslində bir məqsədi var idi: o dəhlizə Rusiya deyil, Türkiyə nəzarət etsin. Paşinyan bunu açıq elan edə bilməz. Əvəzində O'Brayn bunu ortaya qoyur. Bundan sonra Paşinyanın "sülh kəsişməsi"nin bütün aldadıcılığı bəlli olur. Əslində, Paşinyan Ermənistanı Türkiyə ilə Azərbaycan arasında "tranzit blok"a çevirmək niyyətindədir, amma bunu ictimaiyyət qarşısında etiraf etməyə qorxur. Aydın məsələdir ki, bundan sonra Ermənistanın dövlət kimi mövcudluğunun mənası da aradan qalxacaq". Bütün bunları şərh eən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "teleqraf"a açıqlamasında qeyd edir ki, Zəngəzur dəhlizi ilə bölgədən uzaqda olan ölkələrin və qüvvələrin maraqları müxtəlifdir: "Çin Orta Dəhliz layihəsinin icrasında maraqlı olduğunu bəyan edib. Bakı ilə Pekin arasında aparılan danışıqlarda yol infrastrukturuna külli miqdarda investisiya yatırılmasına hazır olduğu qeyd edilir. Artıq bu məsələyə görə Çin tərəfindən Gürcüstanda bir limanda investisiya planı əsasında işlər görülür. ABŞ də bu məsələdə nə dərəcədə maraqlı olduğunu bəyan edib. Rusiya da Zəngəzur dəhlizinə aid müxtəlif fikirlər səsləndirib. Azərbaycanın isə Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Burada əsas amil Azərbaycanın özünün əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya yaratmağa nail olmaq niyyətidir. Vaxtilə bolşeviklərin qərəzli qərarları nəticəsində Azərbaycan iki hissəyə bölünüb. Nəticədə tarixi Azərbaycan torpaqları olan Zəngəzur Ermənistana verilib. Təbii ki, bu vəziyyət Azərbaycanın dövlətçiliyinə çox böyük ziyan gətirən bir haldır. Azərbaycanın da indiki halda istəyi odur ki, bu məsələ həllini tapsın. Tarixi ədalət bərpa edilməlidir. Vaxtilə Azərbaycan xalqının icazəsi və rəyi olmadan ermənilərə verilən torpaqlar geri qaytarılmalıdır. Eyni zamanda, bunun əksinə olaraq eksterritorial şəkildə dəhliz yaranmalıdır. Bununla da Azərbaycan dövlətinin iki hissəsi arasında təhlükəsiz, sərbəst gediş-gəliş yaranmış olacaq. Azərbaycan bu məsələdə digər ölkələrin öz maraqlarını irəli sürməsi fonunda özünün fundamental maraqlarından geri çəkilməyəcək".

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ