çərşənbə axşamı günü, 03 noyabr 2026
     

İranın dövlət idarəçiliyində Azərbaycan faktoru önə çıxır...

Image


Cənub qonşumuzda baş verən hadisələr, xüsusən də islahatçı qanadın təmsilçisi olan etnik azərbaycanlının prezident postuna seçilməsi ilə bağlı müzakirələr davam edir. Məhz belə bir vaxtda Şərqi Azərbaycan vilayətindən olan millət vəkilləri prezident Məsud Pezeşkianın kabinetində 5 əsas nazirlik üçün türk siyasətçilər arasından adlar təklif ediblər.

Məsələ ilə bağlı Təbriz millət vəkili Əlirza Novin qeyd edib ki, Şərqi Azərbaycan vilayətindən olan deputatlar birliyi Azərbaycanın elitası və bacarıqlı idarəçilərindən olan türk ziyalılardan 5 əsas nazirliyə təyin edilmək üçün adlar təklif edib: "Təklif edilən şəxslərin idarəçilik keçmişi və bacarıqları birlik tərəfindən qiymətləndirib. Adlar prezidentin özünə təqdim edilib və ümid edirik ki, diqqətə alınacaq". Şərqi Azərbaycan deputatlar birliyi "Sənaye, Mədən və Ticarət", "Yol və Şəhərsalma", "Neft", "Mədəni İrs və Turizm" və "Əmək və Sosial Rifah" nazirlikləri üçün adlar təklif edib. Əlirza Novin adların yalnız təklif kimi və məşvərətçi mövqedən təqdim olunduğunu vurğulayıb: "Bu təklif pay istəmək və ya prezidentə hər hansı bir təzyiq anlamına gəlməməlidir". Təbriz millət vəkili əlavə edib ki, Azərbaycanın ziyalıları və idarəçiləri sadəcə Nazirlər Kabinetində deyil, olduqları hər yerdə yaradıcılıq və inkişaf qaynağı olublar: "Biz ümid edirik ki, onları hökümətin digər bölmələri, o cümlədən, dövlət şirkətləri, baş idarələrdə, nazir müavinliyi kimi vəzifələrdə də görək". Qərbi Azərbaycan vilayətində yaşayan türk fəal və araşdırmaçı Musa Aşüftə bütün bunların təsadüfi xarakter daşımadığını qeyd edir: "Məsud Pezeşkian ikinci turda İran Azərbaycanının üç sərhəd vilayəti olan Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbildə səslərin təqribən 85 faizini topladı. Bu seçimlərdə Pezeşkian bir islahatçı namizəd kimi təqdim olundu. Amma biz səsləri incələdiyimizdə birinci olaraq türk faktoru, ikinci olaraq İranın kənarlaşdırılmış kəsimlər faktorunu görə bilərik". Onun sözlərinə görə, İran prezident seçkilərinin hər iki turunda türk kimliyinin təsiri İran Azərbaycanının əsas dörd vilayətində gözəçarpan bir şəkildə, ölkənin digər bölgələrində isə fərqli şəkillərdə görünüb: "Biz ümumən İrandakı türklərin seçim davranışını incələyib analiz edəndə, əsasən daha rəsmi şəkildə Azərbaycan olaraq tanınan dörd vilayəti birlikdə incələrik. Bir də daha geniş bir miqyasda daha geniş bir coğrafi çərçivədə Tehrana qədər uzanan vilayət və bölgələri incələrik. Çox təzadlardan və götür-qoy etdikdən sonra bu son tablo, yəni ikinci turun tablosu - türk bölgələrindən Pezeşkiana önəmli ölçüdə dəstək və onun prezidentliyi nəticəsi ortaya çıxdı... Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycanın özünə daha yaxın hiss etdiyi bir namizəd idi, yəni aidiyyəti Urmiyəyə və Təbrizə olan, ömrünün önəmli bölümünü oralarda keçirmiş olan biri. Türk məsələsinə, mükəmməl də olmasa, doğru və haqlı bir tanımlama ilə baxan bir siyasətçinin göstərilməsi o bölgədə tarixdə heç kimsənin götürə bilmədiyi bir səsi götürməsinə səbəb oldu". 

Musa Aşüftə hesab edir ki, Məsud Pezeşkianın idarəçilikdə də türk faktorundan istifadəsinə diqqət yetirməsi gözlənilir. Burada qeyd edək ki, Pezeşkian etnik azərbaycanlı olması ilə fəxr edir, özünün və uşaqlarının Azərbaycan dilində danışdığını açıq vurğulayır. Beləliklə, Ali rəhbərdən sonra ölkədə ikinci şəxs sayılan Prezidentin bu səpkidə cəsarətli addımlar atacağını proqnozlaşdırmaq olar. Pezeşkiandan həm daxili, həm də xarici problemlərin həllində gözləntilər böyükdür. Belə ki, yeni prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli və Qərblə gərgin münasibətlərin yoluna qoyulması gözlənilir. Pezeşkian güney azərbaycanlıların ana dili və Urmiya gölünün quruması ilə bağlı illərlə etiraz etdiyi problemləri də həll edə bilər. Onun etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İranda yaşayan güney azərbaycanlıların milli hüquqları ilə bağlı problemlərin həll ediləcəyinə inamı artırıb. Gözlənilir ki, Pezeşkian Azərbaycanla münasibətləri inkişaf etdirəcək. Son zamanlar Azərbaycan-İran münasibətlərində yeni mərhələ yaranıb. Əslində münasibətlərdə dönüş prezident İlham Əliyev İranın mərhum prezidenti Seyid İbrahim Rəisi ilə may ayında sərhəddə keçirdiyi görüşdə yaranmışdı. Təəssüf ki, bu görüşdən sonra Seyid İbrahim Rəisi helikopter qəzasında həlak oldu və proses bir qədər yubandı. İranda yeni prezident seçkilərindən dərhal sonra verilən yeni açıqlamalar, İran və Azərbaycan arasında əldə olunmuş razılaşmalar hazırda əsası qoyulan müsbət istiqamətlənmiş siyasətin davam edəcəyini göstərir. Bu, hər iki ölkənin marağına uyğundur. Burada bir daha xatırladaq ki, İranda ölkənin ali rəhbəri Əli Xamneyi sayılır. O, məhkəmə, ordu və media rəhbərlərini təyin edir, prezidentin seçildiyini təsdiqləyir. Prezident ən yüksək vəzifəli şəxsdir və ali liderdən sonra ikincidir. O, hökumətin gündəlik işinə cavabdehdir və daxili siyasətə və xarici siyasətə əhəmiyyətli təsir göstərir. Lakin onun səlahiyyətləri nisbətən məhduddur, xüsusən də təhlükəsizlik məsələlərində. Polis qüvvələrinin komandiri ali rəhbər tərəfindən təyin edilir və birbaşa onun qarşısında cavabdehdir. İstənilən halda isə İranda milli şüur əvvəlki illərlə müqayisədə xeyli dəyişib və hakimiyyət gec-tez müvafiq haqları vermək məcburiyyətində qalacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ