çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Qarabağdan gedənlər Ermənistan iqtisadiyyatını çökəltdi...

Image


Sirr deyil ki, Ermənistan iqtisadiyyatının son dövrlərdəki inkişafı bu ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır. Amma bu sahədə üzə çıxmaqda olan problemlər yaxın müddət ərzində Ermənistana böyük problemlər vəd edir. Bunu Ermənistanda da açıq mətnlə bəyan edirlər.

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan, əslində, vəziyyətin sürətlə ağırlaşdığını vurğulayır. Onun sözlərinə görə, Ermənistan hökumətinin təqdim etdiyi ortamüddətli xərclər proqramı əslində qənaət siyasətinin tətbiqindən xəbər verir ki, bu da yaxın gələcəkdə iqtisadi artımın ləngiməsinə gətirib çıxaracaq: "İlin birinci yarısının məlumatına görə, iqtisadi fəallıq birinci rübdəki 14,2 faizə qarşı 10,2 faiz təşkil edib. Eyni zamanda, ÜDM-in artımı 9,2 faiz təşkil edib ki, bu da iqtisadi aktivlik göstəricisindən 5 faiz aşağıdır. Bu rəqəmlər onu göstərir ki, ilin birinci yarısında ÜDM 7 faizdən aşağı ola bilər".

Kerobyan təşvişə düşüb ki, ilin birinci yarısında vergi daxilolmaları nəzərdə tutulduğundan 120 milyard dram az olub. O, maliyyə naziri Vahe Ovannisyanın və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın bu xüsusda açıqlamalarını yetərli saymır və hesab edir ki, bu, planlaşdırma səhvinin nəticəsidir: "Məncə, bu, zəif fəaliyyətin nəticəsidir. Nazirliyimizin ötən il baş nazirə xəbərdarlıq etdiyi bütün risqlər əslində reallaşır. Mədən sənayesi çökür, informasiya texnologiyaları sektoru əziyyət çəkir, həmvətənlərimizlə bağlı proqramlar işləmir, Qarabağdan gələn ermənilər son dərəcə səmərəsizdir və iqtisadi artıma töhfə vermirlər". Bundan əlavə, Kerobyan 2025-2027-ci illər üçün ortamüddətli xərclər proqramı ilə bağlı narahatlığını ifadə edib. O hesab edir ki, dövlət layihələrinin əksəriyyətinin həyata keçirilməyəcəyi artıq göz qabağındadır. Bu, su anbarlarının, məktəblərin və digər infrastruktur obyektlərinin tikintisinə, həmçinin su təsərrüfatı sahəsində islahatlara aiddir: "Əsas problem prioritetlərin dəyişdirilməsidir, indi hökumət proqramını həyata keçirməkdənsə, sədaqət nümayiş etdirmək daha vacibdir". Sabiq iqtisadiyyat nazirinin sözlərinə görə, ölkəyə qoyulan investisiyalar hökumət proqramının müəyyən etdiyi hədəflərə yaxındır. O qeyd edib ki, əgər iqtisadi artım yavaşlamasaydı, səlahiyyətlilər 2026-cı ilə qədər istehlaka əsaslanan modeldən investisiya əsaslı modelə keçə bilərdilər.

Kerobyan 2024-cü ilin birinci yarısı üçün 1000 ən böyük vergi ödəyicisinin siyahısını da araşdırıb və orada ciddi dəyişikliklərin olmadığını qeyd edir. Onun fikrincə, dərc olunan məlumatlar iqtisadi artımın yavaşladığını təsdiqləyir: "Mənim fikrimcə, qənaət siyasətindən xəbər verən hökumətin ortamüddətli xərclər proqramı çərçivəsində iqtisadi artımın yavaşlaması daha da açıq formada nəzərə çarpacaq". O, həmçinin, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Ermənistan müxtəlif iqtisadi bloklarla yaxşı ticarət əlaqələri saxlamalıdır: "Bu, Aİİ, Aİ, Yaxın Şərq, Çin və Hindistan olmalıdır. Bütün bu bloklarla azad ticarət rejiminə can atmaq lazımdır. İlk baxışda bu mümkünsüz görünə bilər, çünki biz Aİİ üzvüyük. Lakin, məsələn, BƏƏ Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının üzvü olmaqla, məhdudiyyətlərə baxmayaraq, bir çox başqa ölkələrlə azad ticarət sazişləri bağlaya bildi". Elə erməni iqtisadçı ekspert Aqasi Tavadyan da vəziyyətin yaxşı olmadığını qeyd edir: "Bu gün Ermənistandan ixrac olunan malların təxminən 90 faizi Rusiyaya gedir". O, ixracın yerli istehsal hesabına artmadığını bildirib: "Son zamanlar Birləşmiş Ərəb Əmirliklərinə ixracımız Rusiyadan daha çox artıb. Amma bu diversifikasiya deyil, çünki bu, əsasən qızılın Rusiyadan BƏƏ-yə təkrar ixracıdır. 2024-cü ilin ilk 4 ayında Ermənistana təxminən 4 milyard dollar dəyərində qızıl idxal edilib. Bunların təxminən 55 faizi Əmirliklərə, 45 faizi Çin və Honq Konqa reixrac edilib. Rusiya mayın 1-də qızıl bazarını liberallaşdırdığı üçün bu axın artıq dayanıb və ya azalır və başqa yollar axtarır. Bu proses iqtisadi asılılıq yaradır və hazırda real ixracımız azalır". Tavadyan qeyd edib ki, 2024-cü ilin ilk 4 ayında qızıl ixracı Ermənistanın ümumi ixracının 76 faizini təşkil edib: "Rusiyaya avadanlıqların təkrar ixracı təxminən ümumi ixracın 8 faizini təşkil edir. Faktiki olaraq, ixracda bizim olan heç nə qalmayıb. Bütün kənd təsərrüfatı məhsullarının ixracı azalır, elektrik enerjisinin istehsalı və ixracı azalıb ki, bu da iqtisadiyyatın real mənzərəsini göstərir". Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan da etiraf edir ki, 12 milyard dollar dövlət borcu olan və əhalisinin 50 faizi yoxsulluq şəraitində yaşayan ölkəni Avropa İttifaqına üzv olmalı olduğunu deyənlər real vəziyyəti dərk etmir. O bildirib ki, hazırda büdcə xərclərinin 13 faizi iqtisadi və sosial problemlərin həlli əvəzinə borcların ödənilməsinə yönəldilir.  Sarkisyanın fikrincə, bu templə davam etsə yaxın vaxtlarda Ermənistan dövlət əmlakını satışa çıxarmalı olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ