çərşənbə axşamı günü, 03 noyabr 2026
     

ABŞ Gürcüstana dövlət yardımını kəsdi - vəsait birbaşa müxalifətin özünə veriləcək...

Image


Xəyal Bəşirov: "O maliyyə resurslarının yönləndirildiyi QHT-lərdən və media nümayəndələrindən öz maraqlarının təmin edilməsi üçün istifadə edəcəklər"

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bəyan edib ki, Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq. 

"Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər" - deyə o bildirib.

Patel, həmçinin, Gürcüstan hökumətini "Xarici təsirin şəffaflığı haqqında" qanunu və digər "problemli qanun layihələrini" geri götürərək "demokratik yola qayıtmağa" çağırıb.

ABŞ Gürcüstan hökumətinə yardımı dayandırıb, amma o yardımı Gürcüstanda QHT-lərə və mediaya ayırıb, yönəldib. 

ABŞ-ın bu addımı Gürcüstanda vəziyyətə necə dəyişdirici təsir göstərə bilər?

"Gürcüstanda parlament seçkiləri zamanı etiraz aksiyalarının keçirilməsi məqsədilə bu maliyyə resurslarından, bu yardımlardan istifadə olunacaq"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu ilin may ayında Gürcüstanda "Xarici agentlər haqqında" ("Xarici təsirin şəffaflığı haqqında" ) qanun qəbul olundu: "Bu qanunun qəbul olunmasından sonra, ABŞ başda olmaqla, kollektiv Qərbdən Gürcüstana qarşı səfərbərlik dayanmaq bilmir, Gürcüstana qarşı sanksiyalarla bağlı müzakirələr aparılır, bu ölkənin Avropa Birliyinə üzvlüyünə namizədliyinə dair məsələ dayandırıldı, gündəmdən çıxarıldı. Gürcüstanın bir sıra təsisatlardan, xüsusilə də Qərb təsisatlarından çıxarılması ilə bağlı fikirlər səsləndirilir. Bütün bunlar Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul olunmasından sonra baş verən proseslərdir. Əslində, tarixə nəzər yetirsək, Gürcüstan 2004-cü ildə Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra, yəni keçən 20 il ərzində Qərbyönümlü siyasət yürütməkdə çox böyük bir yol keçib və NATO, Avropa İttifaqı, Avropa Şurası kimi təsisatlardan savayı həm də ayrı-ayrı dövlətlərlə münasibətlərdə böyük bir yol qət edib. Amma bir qanunun qəbul edilməsinə görə Gürcüstanın artığı bütün addımların, keçdiyi 20 illik yolun üzərindən bir xətt çəkildi. Söhbət həm də Gürcüstanın daxili qanunvericiliyinə uyğun olaraq hansısa bir qanunun qəbul edilməsindən gedir ki, Gürcüstan hakimiyyəti bunu özünün suveren, müstəqil dövlət olması ilə əlaqələndirir. Amma görünən odur ki, bu, kollektiv Qərbi qane etmir. Bunun onları qane etməməsi həm də onların real addımlarında özünü göstərir. Düşünürəm ki, bu istiqamətdə hələ təzyiq və təsirlər artacaq və Gürcüstan tərəfin bundan sonra atacağı addımların cavabı müxtəlif formalarda veriləcək.

X.Bəşirovun sözlərinə görə, "Xarici agentlər haqqında"  qanunun qəbul edilməsində məqsəd Gürcüstanda fəaliyyət göstərən QHT-lərin və media nümayəndələrinin gəlirlərinin böyük hissəsi xarici qrantlardan, xarici resurslardan qaynaqlanarsa, onun qeydiyyatdan keçirilməsi ilə bağlıdır.  "Amma ABŞ-ın növbəti addımı Gürcüstan dövlətinə ayrılmış yardımı dayandırıb bu vəsaitin QHT-lərə və mediaya yönəldilməsi ilə bağlıdır. Düzdür, bu, Gürcüstana bu məsələdə güzəştlər edilməyəcəyi və bu dövlətlə bu məsələdə mübarizənin davam edəcəyi, Gürcüstanın daxili işlərinə qarışacaqları anlamına gəlir. Bu gün ayrı-ayrı dövlətlər özlərinə gələndə bütün ölkələrin daxili işlərinə qarışa bilərlər. 

Məsələn, Fransa Azərbaycanı bizdən onminlərlə kilometr uzaqda yerləşən Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda ittiham edir, amma Gürcüstanda parlamentin qarşısında etiraz aksiyaları zamanı Avropa ölkələrindən olan dövlətlərin deputatları belə iştirak edirdilər. Yəni bu dərəcədə daxili işlərə qarışmaq təcrübəsi bəlkə də tarixdə görünməyib. Amma onlar bunu daxili işlərə qarışmaq hesab etmirlər. Kollektiv Qərbdən olan bəzi dövlətlərə, Fransaya, ABŞ-a gələndə onlar insan hüquq və azadlıqlarını, demokratiyanı dövlətlərin daxili məsələsi hesab etmirlər, onu beynəlxalq problem adlandırırlar. Amma özlərinə gələndə isə onların daxili məsələsi gündəmə gəlir, aktuallaşır, ayrı-ayrı dövlətləri bu məsələdə ittiham edirlər. Qısa olaraq qeyd edim ki, bu, Gürcüstanın daxili işlərinə açıq şəkildə qarışmaqdır. Bu yardım Gürcüstanda kollektiv Qərbə, onların təsisiatlarına bağlı olan vətəndaş cəmiyyətinin, media təşkilatlarının gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi, onların maliyyə resurslarının qorunub saxlanılması və gələcəkdə onlardan istifadə edilməsi ilə bağlıdır. Nəzərə almalıyıq ki, oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. Gürcüstanda parlament seçkiləri zamanı etiraz aksiyalarının keçirilməsi məqsədilə bu maliyyə resurslarından, bu yardımlardan istifadə olunacaq.  O maliyyə resurslarının yönləndirildiyi QHT-lərdən və media nümayəndələrindən öz maraqlarının təmin edilməsi üçün istifadə edəcəklər"-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ