çərşənbə axşamı günü, 03 noyabr 2026
     

“Bu elə bir qayıdışdır ki, bunun əvəzi yoxdur” - Vaqif Həsənov

Image


"Əminəm ki, Prezident tərəfindən əsası qoyulan "Böyük Qayıdış" konsepsiyası ilə bütün laçınlılar öz doğma yurdlarına qayıdacaqlar"

Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra azad ərazilərdə tikinti-quruculuq və bərpa işləri həyata keçirilməyə başladı. Təbii ki, ərazilərin Ermənistanın basdırdığı minalarla "zəngin olması" nəticəsində problemlərimiz də var. Bu, ilk növbədə məskunlaşma prosesinə maneçilik törədir. Bununla belə, Azərbaycan dövləti 2022-ci ildən başlayaraq keçmiş məcburi köçkünlərin məsunlaşdırılması prosesinə start verilib. 

"Böyük Qayıdış" çərçivəsində ilk köç 2022-ci ilə Zəngilanın Ağalı kəndinə getdi. Onun ardınca isə Şuşada, Laçında, Kəlbəcərdə və başqa azad ərazilərimizdə məskunlaşma davam edir. Azərbaycan Prezidentinin tapşırığına əsasən intensiv olaraq təşkil edilən qaıdış prosesi doğrudan da dostu sevindirir, düşməni kədərləndirir. Onu da deyək ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. 

"Böyük Qayıdış" çərçivəsində 28-30 ildən sonra öz doğma yurdlarına qayıdan insanların sevincini izah etmək çox çətindir. Onlar illərdən sonra öz doğma yurdlarına qovuşurlar.

Laçın şəhərində də məskunlaşma davam edir, hazırda burada həyat qaynayır, insanlar yaşamlarını sürdürürlər. Bir sözlə, laçınlılar laçına qayıtmaqla öz ocaqlarını yandırır, çıraqlarını şölələndirirlər. "Böyük Qayıdış" proqramı çərçivəsində öz yurduna qayıdan laçınlılardan biri də keçmiş dövlət qulluqçusu, Prezidentin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Həsənov Vaqif Əbdüləli oğludur. 

V.Həsənov "Bakı-Xəbər"ə müsahibəsində bildirdi ki, "Böyük Qayıdış" proqramının həyata keçirilməsi nəticəsində saysız ailə öz doğma yurd-yuvasına qayıdıb. "Böyük Qayıdış" konsepsiyasının uğurlarından danışan müsahibimiz qeyd etdi ki, bu proses Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir və keçmiş məcburi köçkünlərin həyatında mühüm rol oynayır. "Bizim öz-dədə baba yurdlarımıza, doğma ocağımıza qovuşmağımız "Böyük Qayıdış"ın təntənəsidir. Laçın şəhərində yaşayıram, biz fevral ayının 28-də öz evimizə qayıtmışıq. "Böyük Qayıdış"ın sürətlə gerçəkləşməsini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırıq. Mən ailəmlə birgə öz evimə qayıtdım. Bu evi mənə vaxtilə "raykomda" işləyən dövlət vermişdi. Üçmərtəbəli binada iki otaqlı evim vardı, o evi təmir ediblər və hazırda həmin evdə yaşayırıq. 

Bu elə bir qayıdışdır ki, bunun əvəzi yoxdur. Laçına qayıtmaq, burada həyatımızı davam etdirmək ömrümüzün üstünə ömür gətirir. Yəni bu o qədər xoş hisslərdir ki, sözlə demək çətindir. 

Torpaqlarımız işğalda olduğu dövrlərdə laçınlılar əllərini yerdən-göydən üzmüşdülər, geri qayıdacağımıza inanmayanlar da vardı. Eyni zamanda torpaqlarımızın işğaldan azad olunacağına inananlar da çox idi və biz inanırdıq ki, bir gün öz evimizə qayıdacağıq. Azərbaycan Prezidenti İlham Əliyev söz verdiyi kimi, bizi öz yurdumuza-yuvamıza qaytardı. Prezident elə bir daxili və xarici siyasət yürütdü ki, geri qayıdacağına inanmayan insanlar da inandılar. Bu gün Laçında yaşamağımı böyük səadət hesab edirəm. Bəzən mənə elə gəlir ki, yuxudayam. Tarixdə buna bənzər ikinci bir böyük qayıdış olmayıb. Bu qayıdışın maştabı da, əhatəsi də çox genişdir, görün neçə rayonu əhatə edir, nə qədər əhalinin geri qayıdışı reallaşır, nə qədər əhali geri qayıdacaq. "Böyük Qayıdış" çox möhtəşəm bir proqramdır. Mühüm məqsəd daşıyan "Böyük Qayıdış" konsepsiyasının gerçəkləşdirilməsi keçmiş məcburi köçkünlərin həyatında əhəmiyyətli rol oynayır. Doğulanda Laçının üzünü görməyən gənclər bura gəlirlər, buranın möcüzəli bir yer olduğunu gözləri ilə görürlər. Bura gəlirlər, gəzirlər, işləyirlər, Laçının yenidən qurulub yaradılması üçün hər kəs öz sahəsində əllərindən gələni əsirgəmir. Laçında həyat bir başqa cürdür. "Əminəm ki, Prezident tərəfindən əsası qoyulan "Böyük Qayıdış" konsepsiyası ilə bütün laçınlılar öz doğma yurdlarına qayıdacaqlar. Doğma yurdları onları gözləyir.

Burada iş yerləri açılıb, açılmaqda da davam edir, fabriklər açılır. Burada işlər elə gedir ki, çox yaxın illərdə bütün laçınlılar Laçına qayıdacaq. Məskunlaşan laçınlılar üçün hər cür şərait yaradılıb. Bundan sonra da laçınlılar öz yerlərinə qayıdacaqlar və qayıdış üçün nə lazımdırsa dövlət hamısını edir. Laçında əvvəlki kimi həyat öz axarına düşəcək".

V.Həsənov qeyd etdi ki, məskunlaşma davam edir və insanlar öz yurdlarına böyük sevinclə qayıdırlar. 

V.Həsənov gənclik illərində Laçın rayon komsomol komitəsində, sonra keçmiş "raykom"da işləyib, Bakı Ali Partiya Məktəbini bitiribdikdən sonra "raykomda" şöbə müdiri vəzifəsini tutub, Ağbulaq kənd icra nümayəndəsi vəzifəsində çalışıb. "Artıq təqaüddəyəm, dövlət qulluğundan pensiyaya çıxmışam. İşlədiyim dövrdə bir sıra fəxri fərmanlarla, Prezident tərəfindən isə "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşam. Belə bir yol keçmişəm, təmiz və vüqarlı. 

Qaçqınlıq dövründə Sumqayıtda yaşayırdım. İndi də öz yurdumdayam. Çıxıb piyada şəhəri gəzirəm, Həkəri çayına sarı getdim. Laçının köhnə mərkəzi poçt dairəsi var, ora gedirəm. Laçının köhnə sakinləri, mənim tanıdığım adamlar ora yığışırlar. Ora həm də Şuşa yolunun ağzında yerləşir. Son günlər köhnədən tanıdığım bir adamla qarşılaşdım, icra hakimiyyətində işləyib, planları yüksək səviyyədə yerinə yetirən kolxoz sədri olub. Deyim ki, bu görüş çox xoş oldu, söhbətləşdik, baxdıq ki, bizim tay-tuşlarımız barmaqla sayılacaq qədər qalıb. Hayıf onlar Laçını görə bilmədilər, yurd həsrəti ilə dünyadan köçüb getdilər.

Təəssüf ki, bu acı taleyi də yaşadıq, qaçqınçılıq, köçkünçülük çəkdik. Amma çox şükürlər olsun ki, bugünü gördük. Yaşlı adamlar az qalıblar. Yaxşı gənclərimiz var, Laçına qayıdıblar, burada işləyirlər. Hər şey öz axarı ilə gedir. İnsanların əhval-ruhiyyəsi çox gözəldir".

V.Həsənov bildirdi ki, Laçında laçınlılar üçün hər cür şərait var, iş yerləri açılıb, "Araz", "Rahat" market kimi ticarət müəssisələri insanlara xidmət göstərir. Müsahibimiz qeyd etdi ki, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Laçın bir güllə belə atılmadan geri qaytarıldı. V.Həsənov bildirdi ki, Laçının bir güllə atılmadan işağldan azad olunması böyük tarixi hadisədir. "Bizim yurd həsrətimizə son qoyulduğu tarix unudulmazdır" - deyə V.Həsənov qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ