çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi aktivləşir...

Image


Avropa Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaza davamlı sülhün gətirilməsi istiqamətində səylərini bərpa edir. Bunu "Politico" nəşri yazıb. Nəşr iki vəzifəli diplomata istinadla yazır ki, Mişel Avropa Siyasi İcmasının bu ayın əvvəllərində Britaniyada keçirilmiş sammiti əsnasında həm Ermənistan, həm də Azərbaycanın liderləri ilə ikitərfəli danışıqlar aparıb. 

Bu da xəbər verilir ki, Mişel Bakı və İrəvana hər iki tərəfi, sərhədin delimitasiyası da daxil, qalan məsələləri həll edib danışıqlar masasına qayıtmağa və sülh müqaviləsini yekunlaşdırmağa çağıran məktub yazıb.

"Politico" yazır ki, buna baxmayaraq, Brüssel aylarla davam edən ləngimədən sonra müqavilənin imzalanmasının "diplomatik dalana dirənməsindən" məyusdur. Məqalədə deyilir ki, Mişellə görüşlərinə baxmayaraq, Azərbacan prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Londonda bir masa arxasına gətirmək mümkün olmayıb. Bu da vurğulanır ki, tərəflər görüşün baş tutmamasına görə bir-birini günahlandırır. Şarl Mişelə yaxın vəzifəli Avropa diplomatı "Politico" müxbirinə deyib: "Son nəticədə oyun oynamaqdan əl çəkmək və müqaviləni imzalamaq hər iki tərəfə bağlı məsələdir. Mişel razılaşmanın əldə olunması üçün Avropa İttifaqının ixtiyarında olan bütün vasitələrdən istifadə edib". Rusiya-Ukrayna müharibəsinin qızğın bir dövründə Avropa İttifaqının özünün Cənubi Qafqazdakı rolunu yenidən gözdən keçirməsinə qərar verərək, regiondakı siyasi proseslərə əvvəlki təsirini yenidən maksimuma qaldırmaq istəməsi şübhə doğurmur. İkinci Qarabağ müharibəsinin aktiv mərhələsi dövründə Avropa İttifaqının neytral mövqedə dayanaraq cərəyan edən hadisələrə aktiv şəkildə müdaxilə etməməsi hər iki münaqişə tərəfində ciddi tənqidlərə səbəb olmuşdu. Lakin indi görünən odur ki, Avropada dərin təhlükəsizlik böhranı və Rusiyanın ekspansionist siyasəti qurumu Cənubi Qafqaz ölkələri ilə daha sıx təmas qurmağa və əməkdaşlığı dərinləşdirməyə məcbur edir. Belə demək olar ki, Ukrayna böhranının davam etdiyi bir zamanda Avropa Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasını qəti şəkildə istəmir və təşəbbüsü ələ alaraq hər iki tərəfi danışıq masası arxasına oturtmaq üçün diplomatiyadan istifadəyə üstünlük verir. "Politico" yazır ki, 2020-ci ildən bəri Ermənistanla azı iki müharibədə qalib gəldikdən sonra Azərbaycan Avropa İttifaqının üzvü olan Fransanın Ermənistanı silahla təchiz etməsini tənqid edir. Avropa İttifaqının sülh prosesində vasitəçiliyi ilə bağlı məyusluğuna baxmayaraq, ABŞ tərəfində daha nikbin mövqe sərgilənir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatda "Avropanın Gələcəyi" mövzusunda keçirilən dinləmələr zamanı deyib ki, Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. 

Moskvanın iki ölkənin sülh səylərini əngəlləməsi barədə suala O'Brayn belə cavab verib ki, Rusiya hər şeyin onun şərtləri çərçivəsində gerçəkləşməsini istəyir: "Səmimi deyim ki, hər iki ölkə bu durumdan məyusdur. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun". Sülh sazişinin niyə vacib olmasına gəlincə, O'Brayn zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub. Hazırda həmin ölkələr bu mənada Rusiya və Çindən asılıdır: "Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar". O, Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası prosesinə razılaşdığını söyləyib: "Onlar sərhəd xətlərinin haradan keçməsini razılaşdırıblar. Doğrudur, hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xətlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur". Diplomat iki ölkənin bu məsələlər üzərində işlədiyini, hər iki tərəfin sərhəddə hər hansı dəyişikliyə əməl etməli olduğunu vurğulayıb. Amerikalı diplomat Vaşinqtonun Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaratdığını söyləyib: "Minlərlə rusiyalı, FTX əsgərinin ölkədən çıxarılması üçün verilən vaxt bu həftənin sonunda başa çatır. Bu ona görə vacibdir ki, onların bir hissəsi aeroport ərazisində idi və sanksiyalardan yayınmalar orada baş verirdi. Rusiyanın Ermənistanın suveren xahişinə necə əməl edəcəyini görəcəyik". Azərbaycan regional sabitlik və əməkdaşlıq mühitinin təmin olunması, həmçinin Ermənistanla yekun sülh sazişinin imzalanması üçün cəhdlərini bundan sonra da davam etdirməyə hazırdır. ABŞ da Ermənistan və Azərbaycan arasında uzun müddətdir ki, vasitəçiliyə cəhd edir. Nəticə verəcəyi halda Azərbaycan buna etiraz etmir. Amma ABŞ ATƏT-in Minsk qrupunun təcrübəsini nəzəəalmalı, oradakı kimi fəaliyyət göstərməməlidir. Yeni geosiyasi reallıq isə belədir ki, Qarabağda yekun sülh müqaviləsinin imzalanması prosesini uzun illər kurasiya edən ATƏT-in Minsk qrupu artıq legitim bir format olaraq mövcud deyil. Bütün görüşlərin nəticəsində qəbul edilən sənədlərdə Minsk qrupunun adının çəkilməməsi bu formatın artıq tarixə qovuşduğunu da sübut etdi.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ