çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ruslar “Zvartnots”u tərk etdi - Ermənistan ciddi fəsadlar ərəfəsindədir...

Image


Bəlli olduğu kimi, Rusiya iyulun 31-də İrəvanın beynəlxalq "Zvartnots" aeroportundan sərhədçilərin çıxarılmasını tamamlayıb. Xatırladaq ki, Ermənistan Rusiya qarşısında bu ilin əvvəlində belə bir tələb qoymuşdu.

On illərdir "Zvartnots"da, eləcə də Ermənistanın Türkiyə və İranla sərhədində rusiyalı sərhədçilər yerləşib. Bu, Rusiya və Ermənistan arasında sıx hərbi əlaqələrin əlaməti sayılırdı. Ancaq son aylar iki ölkə arasında gərginlik artıb. Hələ martda baş nazir Nikol Paşinyan elan edib ki, hökuməti Moskvaya sərhədçiləri aeroportdan çıxarmaq üçün avqustun 1-dək vaxt qoyub. Onun dediyinə görə, Ermənistanın Rusiya tərəfin köməyi olmadan sərhədə nəzarət etməyə gücü çatır. O zaman Rusiyanın Xarici İşlər Nazirliyi bu addımı tənqid edərək bildirib ki, İrəvan Rusiya-Ermənistan əlaqələrinə bərpaedilməz ziyan risqi, Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafına təhlükə yaradır. Amma Rusiya prezidenti Vladimir Putin və Paşinyan mayda Moskvada görüşəndə sərhədçilərin çıxarılmasını razılaşdırıblar. Proses "Zvartnots"da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları üçün vida mərasimi ilə tamamlanıb. Ermənistan sərhəd qoşunlarının yeni təyin olunmuş komandiri Edqar Hunanyan onlara xidmətə görə təşəkkür edib. O deyib ki, Ermənistan tərəfi Rusiya sərhədçilərinin 32 ildən artıq birgə xidmət zamanı ötürdüyü təcrübə və bacarıqlardan istifadə edəcək. Rusiyanın İrəvandakı müvəqqəti işlər vəkili Maksim Seleznyov isə bildirib: "Sizin heç də həmişə nəzərə çarpmayan, ancaq çox gərəkli işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinə vacib töhfə verib". Burada xatırladaq ki, Paşinyanla may görüşündə Putin həm də Ermənistanın Azərbaycanla sərhədindən Rusiya əsgərləri və sərhədçilərini çıxarmağa razılaşıb. Sərhədçilər oraya İrəvanın xahişi ilə 2020-ci il Qarabağ müharibəsi zamanı və daha sonra yerləşdiriliblər. Amma həmin əsgərlərin çıxarılması barədə hələ ki, dəqiq məlumat yoxdur. Rusiyalı sərhədçilər Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qorumağa davam edəcəklər. Bu arada erməni mediası "Zvartnots"dan çıxan rus sərhədçilərinin iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi bildirilir. İddialara görə, İrəvan hökuməti xeyli müddət öncə "Zvartnots" hava limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların "Zvartnots"dan ən tez zamanda çıxmasını istəyən Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir. 

Xatırladaq ki, Rusiya sərhədçiləri 1992-ci ildən dövlətlərarası müqaviləyə uyğun olaraq "Zvartnots"da erməni sərhədçiləri ilə birgə işləyirdilər. Amma 2024-cü ilin fevralında Ermənistan hakimiyyəti respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulduğunu elan etdi. Bundan az sonra ölkə parlamentinin spikeri Alen Simonyan Rusiya sərhəd xidmətinin zabitlərini İrəvan hava limanından çıxarmağa çağır etdi və bunu rus qoşunlarının Ermənistanın "sərhədlərini qorumayacağı" ilə əsaslandırdı. Bu ilin martında İrəvan rəsmi olaraq Rusiya hakimiyyətindən paytaxt hava limanında sərhəd xidmətinin işini dayandırmağı tələb edib. Ermənistanda rus sərhədçilərinin rolu ilə bağlı müzakirələrə Ukraynaya qarşı müharibədən yayınan rusiyalı Dmitri Setrakovun iştirakı ilə insident də səbəb olub. 2023-cü ilin dekabrında Rusiya təhlükəsizlik qüvvələri Ermənistanın hüquq-mühafizə orqanlarına xəbər vermədən Setrakovu İrəvanda saxlayıblar. Setrakov daha sonra Rusiyaya deportasiya edilib. Erməni hüquq müdafiəçiləri rus sərhədçilərinin hərəkətlərini "Ermənistanın hüquq sisteminə hücum" adlandırıblar. Qeyd edək ki, Rusiyanın bu ölkədə hərbi bazası da var. Hesab edilir ki, növbəti mərhələdə Ermənistan rus ordusunun ölkə ərazisindən çıxarılmasına çalışacaq. Erməni analitik Hayk Xalatyan bildirir ki, İrəvan Moskvanı Qərbə dəyişir: "Maraqlıdır ki, Bakı indiki mərhələdə Moskva və Tehranla çox fəal işləyir. Artıq bu ölkələr də hesab edir ki, Ermənistan hakimiyyətinin siyasəti onların regiondakı maraqlarına təhlükə yaradır, Qərblə sıx əməkdaşlıq edir, regional proseslərə Qərbi cəlb edir. Təəssüf ki, Ermənistan hakimiyyətinin siyasəti sayəsində Bakı bu yolda uğur qazanır. İndi də hakimiyyət Azərbaycanın mümkün təcavüzündən danışır və biz görürük ki, Azərbaycana təsir etmək üçün çox ciddi rıçaqları olan Qərb heç bir kəskin addım atmır. Əgər Qərb platforması özünü doğrultmayıbsa, bəlkə də maraqları, məsələn, regionda erməni amilinin tam neytrallaşdırılmasından irəli gəlməyən digər vasitəçilərə qayıtmaq daha məqsədəuyğundur. Qərb üçün bu, Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxararsa, bu normaldır. Kollektiv Qərbin verdiyi açıqlamaları yaxşı xatırlayırıq. Ermənistan nəticədə Rusiya hərbi bazasını çıxarsa, KTMT-dən çıxsa, bu, Qərbi tam qane edəcək. Amma onda da Rusiyanın cavabı sərt olacaq".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ