çərşənbə günü, 04 noyabr 2026
     

İran savaşa girir - HƏMAS-ın müharibəsi genişlənir...

Image


İranın Ali Rəhbəri Əli Xamnei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib. Bu barədə məlumat verən "The New York Times" yazır: "İranın Ali Rəhbəri ayətullah Əli Xamnei Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib".

Məlumata görə, Xamnei əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib. İkisi SEPAH üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər ictimaiyyət qarşısında çıxış etmək səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər. İran prezidenti Məsud Pezeşkian X səhifəsində ölkəsinin ərazi bütövlüyünü, şərəfini və qürurunu müdafiə edəcəyini və İsraili "qorxaq əməlinə görə" peşman edəcəyini bildirib. Xatırladaq ki, Haniyə Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi. Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub. HƏMAS bəyanat yayaraq, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib. Hesab edilir ki, baş verənlər Qəzzada İsrail və HƏMAS arasında savaşın daha qanlı xarakter almasına gətirib çıxaracaq. "Georgetown" Universitetinin Orta Şərq araşdırmaları üzrə professoru Nader Hashimi qeyd edir ki, Haniyənin öldürülməsi regionu əvvəlkindən daha genişmiqyaslı müharibəyə yaxınlaşdırır. HƏMAS daha aktiv hərbi əməliyyatlara start verəcək. Bu arada məlumat üçün qeyd edək ki, HƏMAS adının özü təşkilatın ərəbcə adının abbreviaturasıdır və açması "Hərəkat əl-Muqavəmə əl-İslamiyyə" ("İslami Müqavimət Hərəkatı") deməkdir. Qrupun yaradıcısı gəncliyində Qahirə Universitetinin ingilis dili fakültəsinin tələbəsi olan fələstinli din xadimi Şeyx Əhməd Yasin olub. HƏMAS Misirin "Müsəlman Qardaşları" islamçı təşkilatının Fələstindəki hissəsindən qurulub. Onu təşkil edən Yasin əvvəlcə 1967-ci il Altı günlük müharibədən sonra İsrailin işğal etdiyi İordan çayının qərb sahili və Qəzza zolağında yalnız tədris və xeyriyyəçiliklə məşğul olub. Keçən əsrin 80-ci illərində fəal şəkildə İsrailə qarşı çıxan ən böyük Fələstin təşkilatlarından biri, nüfuzu ilə hətta fələstinlilərin özləri arasında heç də gözə çarpmayan Fələstin Azadlıq Təşkilatı (FAT) olub. Bəzilərini onun səmərəliliyinin aşağı olması, digərlərini dindarlığının yetərsizliyi qane etmirdi, bir hissəsini də liderlərinin daima korrupsiyada ittiham edilməsi qəzəbləndirirdi. HƏMAS isə onun tam əksi kimi görünürdü - əsasən ona görə ki, o, İslamı birinci yerə qoyurdu: Fələstin ərazilərinin azad edilməsi əhalinin islamlaşmasının nəticəsində olmalı idi. 1987-ci ildə HƏMAS-ı quran Yasin demişdi ki, Altı günlük müharibədən keçən 20 ildə vəziyyət dəyişib və "ilahi iradə"nin nəticəsi olan yeni reallıqlar meydana gəlib, odur ki, mənəvi təmizliyi və başqaları üçün qayğını birləşdirən xüsusi mübarizə növü tələb olunur ki, "təkcə vətən azad edilməsin, həm də ruh öz nicatını tapsın".

1988-ci ildə HƏMAS İsrailin məhv edilməsinə və "tarixi Fələstin" torpağında İslam dövlətinin yaradılmasına çağıran ilk xartiyasını dərc edib. 2017-ci ildə HƏMAS altı günlük müharibədən əvvəl müəyyən edilmiş sərhədlər daxilində öz dövlətinin yaradılmasına "müvəqqəti" razılığını bildirən yeni sənəd təqdim edir. Lakin bu sənəddə də İsraili diplomatik əlaqələr qurula bilən suveren dövlət kimi tanımaqdan imtina etdiyi qeyd olunur. İordan çayının qərb sahili və Qəzza Fələstin ərazisi kimi tanınır. Bundan başqa, tarixdə Fələstin kimi tanınan dövlətə Şərqi Qüds və İsrail də daxil idi. Yəhudilər İncildə yəhudi krallıqlarının torpaqları kimi təsvir edilən bu yerləri "vəd edilmiş torpaq" kimi görürlər. İsrail dövləti 1948-ci ildə yaradılıb, lakin İsraili rəsmən tanımayanlar hələ də bu bölgəni Fələstin adlandırırlar. Fələstinlilər İordan çayının qərb sahilini, Qəzza və Şərqi Qüdsü əhatə edən bölgəni də Fələstin adlandırırlar. Bu gün sahəsi cəmi 365 kvadratkilometr olan Qəzza zolağına HƏMAS nəzarət edir. Aralıq dənizi sahilinin bu kiçik zolağında iki milyondan bir qədər çox insan yaşayır. Həm bir çox ölkələr, həm də, məsələn, Avropa İttifaqı kimi fövqəlmilli qurumlar tərəfindən terror təşkilatı kimi tanındığına görə HƏMAS rəsmi yardıma ümid edə bilməz. Tarixən vəsaitlərin çoxu xaricdə yaşayan varlı fələstinlilərdən, eləcə də Körfəz ölkələrindəki daha varlı şəxslərdən gəlib. İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra HƏMAS-ın silahlı qanadı "Əl-Qəssam" Briqadalarının komandiri Məhəmməd Deyf fələstinliləri və digər ərəbləri "İsrail işğalını silib-süpürmək üçün" əməliyyata qoşulmağa çağırıb. İsrail, şübhəsiz ki, bir neçə cəbhədə birdən açıla biləcək müharibə potensialını görür. Ən pis ssenari odur ki, müharibə Livanın güclü silahlı qruplaşması "Hizbullah"ı cəlb edə bilər. Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib qeyd edir ki, İsrailin təcavüzkar siyasəti böyük regional müharibəni yaxınlaşdırır və diplomatik həll səylərini baltalayır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ