çərşənbə günü, 04 noyabr 2026
     

ABŞ İrəvanın Orta Dəhlizə qoşulmasında inad edir - bəs Bakının mənfəəti nə olacaq?..

Image


Fuad İbrahimov: "...ABŞ rəsmisi birtərəfli danışır"

"Biz Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyirik". Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı söyləyib.

O bildirib ki, tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər. "Bu niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür. Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı olar, Rusiya və Çindən asılılıqları azalar. Bu, ölkələrin qlobal bazara çıxışlarını özləri seçməsi ilə bağlı məsələdir", - deyə Ceyms O’Brayn əlavə edib.

Açıq şəkildə bəyan olundu ki, Orta Asiya (Mərkəzi Asiya) respublikalarından Azərbaycanın və Ermənistanın üzərindən Avropaya yol açmaq Amerikanın strategiyasıdır. Hədəf odur ki, Orta Asiyanın zəngin sərvətləri nə Rusiyanın, nə də Çinin üzərindən Qərb bazarlarına çıxmasın. Əsas hədəf budur. Demək, yaxın illərdə Mərkəzi Asiya ölkələri mübarizənin əsas meydanı olacaq. Bu, Azərbaycanın əhəmiyyətinin artacağını göstərir. Onsuz da Mərkəzi Asiyanın sərvətləri Azərbaycanın üzərindən Türkiyə vasitəsilə Avropaya daşınır. Yol burdandır.

Eyni zamanda burda Qərb ölkələri, Amerika çalışır ki, bu yol Ermənistanın da üstündən keçsin. Onlar Ermənistanı heç kənara atmaq istəmirlər. Bizə nə dəxli var? Qeyd etdiyim kimi, onsuz da Mərkəzi Asiyanın sərvətləri Azərbaycan üzərindən Türkiyə vasitəsilə Avropaya gedir, həmçinin onlar öz mallarını Çinin də üzərindən göndərə bilir.

İndi ABŞ gətirib Ermənistanı Azərbaycanın böyrünə pərçim edir ki, o yol həm də Ermənistandan keçsin. Keçsin, amma birinci Ermənistanı məcbur edin ki, sülh müqaviləsi imzalasın. Sülh müqaviləsi imzalanmayana qədər Azərbaycan buna imkan verməz, verməyəcək də.

"Azərbaycanın mənfəəti ondan ibarət olacaq ki, bizim yükaşırma qabiliyyətimiz, eyni zamanda şaxələnmiş tranzit xətlərimizin sayı…" 

İqtisadçı ekspert Fuad İbrahimov "Bakı-Xəbər"ə şərhində "Əlbəttə, bu məsələ ilə bağlı ABŞ rəsmisi birtərəfli danışır. Birinci, nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan üzərindən dünyaya çıxışı yoxdur. Azərbaycanın çıxışı var və biz konkret olaraq layihələrimizlə gündəmdəyik. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri var, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, bu da TANAP-a, TANAP da Transadriatikə inteqrasiya olunub. Artıq ixracımız da ki, icra mexanizmi ilə hərəkətdədir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu artıq Avropaya qədər uzanır və Xəzər dənizi üzərindən Çinə, Çindən də Avropaya müəyyən yüklər daşınır. Özü də iki həftə ərzində. Bu çox vacib məqamdı. Hazırda ən əlverişli dəhliz Azərbaycandır. Sadəcə infrastruktur çatışmazlıqları var idi deyə, bu gündəmdə deyildi. Bu gün isə bu gündəmdədir. Çünki infrastrukturumuz var və icra mexanizmi daxilində artıq bu işləyir. O ki qaldı Ermənistandan bu məsələnin gələcəkdə istifadə olunmasına, bu ilk növbədə Ermənistana lazımdır. Ermənistan dörd ölkə ilə sərhəddir, onun ikisi ilə, yəni Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Ən strateji partinyorlarından biri Rusiyadır, amma Rusiyaya birbaşa çıxışları yoxdur. Çünki çıxış məhz Gürcüstandan, Yuxarı Lars qapısı üzərindəndir. Bilirsiz ki, o qapıda mövsümi problemlər yaranır. Ermənistanın gələcəyi, gələcək iqtisadiyyatı üçün nəfəslik mütləq şəkildə Azərbaycan və Türkiyədir"-deyə bildirdi.

F.İbrahimovun sözlərinə görə, Ermənistanın Qərbə də, Şərqə də, hər bir tərəfə çıxışı ordandır, elə Şimalın özünə də. O qeyd etdi ki, bu gün Rusiyaya dəmir yolu vasitəsilə, avtomobil nəqliyyatı ilə çıxış üçün ən əlverişli dəhliz Azərbaycan sayılır.

"Bu gün Amerika rəsmisi bunu belə gündəmə gətirir ki, Çindən, Rusiyadan asılı olmasınlar. Amma biz qonşuluq siyasətimizi irəli sürürük. Çin 2013-cü ildə "Bir kəmər, bir yol" layihəsini irəli sürüb. Amma illər öncə bunu "İpək yolu" layihəsi çərçivəsində rəhmətlik Heydər Əliyev irəli sürmüşdü. Bu gün bu siyasət uzlaşır, bu, böyük iqtisadi siyasətdir. İkincisi də, bəli bu şaxələnsə Azərbaycanın mənfəəti ondan ibarət olacaq ki, bizim yükaşırma qabiliyyətimiz, eyni zamanda  şaxələnmiş tranzit xətlərimizin sayı artmaqda olanda bu diversifikasiya olunur. Yəni sığortalanır. Hansısa bir fors-major halı baş verəndə bizim alternativ çıxışlarımız var. Bizə bu yollar çox lazımdır. Bizə İranla "Zəngəzur-2 dəhlizi" də lazımdır. Bilirsiz, bu gün belə bir vəziyyət yaranıb. 2023-cü ildə Çinlə Avropanın ticarət dövriyyəsi illik 750 milyard dollardan çox olub. 750 milyard dollarlıq ticarət dövriyyəsi konkret olaraq yükdaşıma ilə başa gəlib. Yəni bu gün yükün, əmtəənin A nöqtəsindən B nöqtəsinə çatdırılması, şübhəsiz ki, dövriyyəsiz olmaz. Bu baxımdan, Azərbaycanın da burda maraqları var. Ancaq Ermənistan gələcəyini görmək istəyirlərsə mütləq şəkildə Azərbaycanla xoş qonşuluq siyasəti yürütməli, sülh müqaviləsi imzalamalıdır. Bundan sonra onların iqtidiyyatında bir dirçəliş, inkişaf modelini görmək mümkün olacaq. Hər şey bununla bağlıdır"-deyə F.İbrahimov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ