çərşənbə günü, 04 noyabr 2026
     

Rusiya XİN yenə rəsmi bəyan etdi - Biz, Azərbaycan və Ermənistan, başqa heç kim...

Image


Abutalıb Səmədov: "Məqsəd Qərbi bu prosesdən kənarda saxlamaq, nəyin bahasına olursa olsun bölgədə qalmaq və sülh göyərçini rolunda çıxış etməkdir"

Eskalasiyanın qarşısını almaq üçün Rusiya Bakı və İrəvanı təmkinli olmağa, hərbi ritorikadan qaçmağa, regionda sabit sülhün bərqərar olmasına və inkişafına töhfə verəcək qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırır.

Bunu iyulun 31-də keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib. O, Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi yolla həlli mövqeyindən çıxış etdiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu məqsədə nail olmaq üçün yol xəritəsi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli formatın yenidən işə salınması hesab olunur.

"Rusiya ardıcıl olaraq iki ölkə arasında davamlı sülhün bərqərar olmasının tərəfdarıdır, üçtərəfli sazişlər məhz belə bir tendensiyaya malikdir: onlar ən mürəkkəb problemlərin, o cümlədən, sosial və humanitar problemlərin mərhələli şəkildə həllini və vətəndaş cəmiyyətləri arasında dialoqun başlanmasını nəzərdə tutur. Bu, təkcə qaçqınlarla bağlı deyil, həm də abidələrin dağıdılmasının qarşısının alınmasıdır" - deyə Nastasin bildirib.

Rusiya XİN hesab edir ki, bölgədə sülh üçün üçtərəfli format bərpa olunmalıdır. Söhbət Azərbaycan, Ermənistan və Rusiya formatından gedir.

Rusiya niyə israr edir ki, Azərbaycandan, Ermənistandan və Rusiyadan başqa heç kəs olmasın, yalnız bu üçlü format bərpa olunmalıdır?

"...Rusiya anlayır ki, kimin vasitəçiliyi ilə sülh sazişi imzalansa onun bölgədə başlıca gücə çevrilmək şansı daha çoxdur" 

 "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində "Rəsmi Moskvanın israr etdiyi üçlü formatda 2020-ci ildə 10 noyabr sazişi imzalanandan sonra növbəti iki görüş keçirildi. Bu görüşlər 2021-ci ilin əvvəllərində və sonunda baş tutdu. Bu görüşlərin birincisində kommunikasiyaların açılması, ikincisində isə delimitasiya məsələsi müzakirə olundu. Moskvanın həmin görüşlərdə sülh sazişini imzalamaq düşüncəsi yox idi. Hətta Putinin xeyir-duası ilə 2021-ci ilin dekabrında Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar başlananda da sülh sazişi müzakirə olunmadı" - deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, Moskvada və Soçidə həmin il imzalanmış üçtərəfli bəyanatların icrası məsələsi müzakirə olundu. Sülh sazişi ilə bağlı məsələni Azərbaycanın ortaya qoyduğunu deyən A.Səmədov bildirdi ki, 2022-ci ilin martında konkret baza prinsiplərini Ermənistana təqdim etdi. "Xeyli düşünəndən sonra Ermənistan bu baza prinsiplərini guya qəbul etdi və qarşılığında 6 "prinsip" təklif etdi ki, bunların da birincisi, "məktubunuzu gec aldıq" "prinsipi" idi. Yəni sayın bir az artıq olması üçün bir prinsip kimi məktibun gec çatdığı göstərilirdi. Bu təkliflərdə Minsk qrupunun vasitəçiliyindən istifadə olunması, Qarabağın statusu və digər məsələlər olub. Yalnız Azərbaycanın baza prinsiplərini ortaya qoymasından və Ukrayna müharibəsinin başlanmasından sonra Avropa İttifaqı artıq sülh sazişini imzalamaq təşəbbüsü ilə çıxış etdi. Sonra 2022-ci ilin sentyabrında bu prosesə ABŞ qoşuldu, məşhur Vaşinqton variantı ortaya çıxdı. Vaşinqton varinatınından qorxuya düşən Rusiya fəallaşmaq və sülh sazişi layihəsini ortaya qoymaq qərarına gəldi. 2022-ci ildə məşhur Rusiya variantı Azərbaycana və Ermənistana təqdim olundu. Həmin varinatın 15-ci bəndində "Dağlıq Qarabağın" statusu barədə qeyd var idi və göstərilirdi ki, bu məsələ gələcəkdə müzakirə oluna bilər. Ermənistan dərhal təklifiq qəbul etdi, Soçidə üçtərəfli görüş keçirildi, Azərbaycan Prezidenti qəti şəkildə bu məsələni müzakirə etməyəcəyini, Qarabağ məsələsinin bitdiyini dedi. Rusiya təklifindən imtina etdi. Baxmayaraq ki, Paşinyan Rusiyanın həmin təklifi masadan götürməməsi üçün dəfələrlə xahiş etdi, ancaq Rusiya götürdü. Bundan sonra Ermənistan artıq Rusiyaya olan bütün inamını itirdi və antirusiya bəyanatları verməyə başladı, 2023-cü ildən başalayaraq tədricən Rusiyadan uzaqlaşmaq xətti götürüldü. Ondan sonrakı dövrdə Ermənistan Rusiyada görüş keçirilməsi ilə bağlı təkliflərindən imtina etməyə başladı. Təşəbbüs bütünlüklə Qərbin əlinə keçdi. Onun da erməni pərəst mövqe tutması Azərbaycanın Qərbin vasitəçiliyindən imtina etməsinə gətirib çıxardı. Azərbaycan Prezidenti təklif etdi ki, görüşlər ya ikili formatda, yaxud neytral ölkələrdə keçirilsin. Azərbaycan Prezidenti Gürcüstanı təklif etdi, amma Ermənistan qəbul etmədi. Sonradan Qazaxıstanın vasitəçiliyi ortaya çıxdı və Almatıda xarici işlər nazirlərinin görüşü keçirildi. Sonuncu dəfə Vaşinqtonda NATO-nun yubileyində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər. Rusiya artıq vasitəçilik imkanlarını tamamilə itirdiyini anladığından, son vaxtlar dalbadal belə təkliflərlə çıxış edir ki, üçlü formatda danışıqlar davam etdirilsin, Rusiya Azərbaycan və Ermənistan üçün sülh sazişini müzakirə etmək üçün ən yaxşı şəraiti yaratmağa hazırdır. Bunu əvvəlcə Zaxarova təklif etmişdi, indi də onun müavini təklif edir. Məqsəd Qərbi bu prosesdən kənarda saxlamaq, nəyin bahasına olursa olsun bölgədə qalmaq və sülh göyərçini rolunda çıxış etməkdir. Çünki Rusiya anlayır ki, kimin vasitəçiliyi ilə sülh sazişi imzalansa onun bölgədə başlıca gücə çevrilmək şansı daha çoxdur. Təbiidir ki, bu, Rusiyanın son cəhdləridir". 

A.Səmədov bildirdi ki, Ermənistan heç vaxt Rusiya ərazisində müzakirələrə getməyəcək. Siyasi ekspertin fikrincə, nə qədər Rusiya sülh göyərçini rolunda çıxış etsə də, Ermənistan onun bu rolda çıxış etməsini qəbul etməyəcək. "Bu cür bəyanatların, bu cür təkliflərin nəticə verməsi də mümkünsüzdür. Hadisələrin gedişi göstərir ki, ilin sonuna qədər sülh sazişinin imzalanması şansı da çox azdır. Çünki bir tərəfdən, Ermənistan konstitutsiyasının  preambulası dəyişdirilməlidir. Yeri gəlmişkən, Ermənistan burada referendumu bəhanə edir. Ancaq Ermənistan konstitutsiyasına görə,  preambulanın dəyişdirilməsini referenduma çıxarmağa ehtiyac yoxdur. Bu barədə parlamentin özü 3-də 2 səs çoxluğu ilə qərar verə bilər. Belə bir səs çoxluğu Paşinyanın partiyasının əlindədir, çünki parlamentdə 71 deputatı var. Ancaq Qərb Ermənistana təzyiqlər göstərsə, Ermənistanı Azərbaycanın haqlı tələblərini icra etməyə məcbur etsə, təbiidir ki, ilin sonuna kimi Qərbin vasitəçiliyi ilə sülh sazişini imzalamaq mümkündür. Bu da Rusiya üçün qəbuledilməzdir. Zvartnost hava limanından Rusiya sərhədçiləri çıxdı, növbəti addım İran və Trükiyə sərhədindən Rusiya sərhədçilərini çıxarmaqdır, Rusiya hərbi bazasını Ermənistan ərazisindən yola salmaqdır. Rusiya bunu yaxşı başa düşür və bu prosesin qarşısını almağa çalışır. Düzdür, imzalanan müqavilələr Ermənistanı ağır vəziyyətə salacaq, çünki hər iki halda Rusiyanın razılığı tələb olunur. Əks halda nə bazanı, nə sərhədçiləri Ermənistan ərazisindən çıxarmaq mümkündür. Ancaq Rusiya bütün hallarda dərk edir ki, bölgədə nüfuzunu və təsirini itirmək üzrədir. Ukrayna müharibəsi, ola bilsin, 2025-ci ildə də davam etsin. Müharibə davam etdikcə Rusiyanın bölgəyə təsir imkanları bir az da azalır. Bu, bölgədə qalmaq, bölgədə öz təsirini saxlamaq istiqamətində  

Rusiyanın son çırpıntılarıdır. Ancaq onun bu cəhdlərinin nəticə vermək ehtimalı çox aşağıdır. Baxmayaraq ki, Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər çoxdur. Şübhə yoxdur ki, bu imkanlardan Rusiya istifadə edəcək, ancaq hətta istifadə etsə də, Ermənistanı iqtisadi cəhətdən kifayət qədər ağır duruma salsa da, yenə də Paşinyan hökumətinin geriyə addım atacağı ehtimalı görünmür. Rusiyanın bölgədə təsirini durmadan itirməsi prosesi bundan sonra da davam edəcək və bütün bu bəyanatlara, cəhdlərə, sülh göyərçini rolunda çıxış etmələrə baxmayaraq, Rusiyanın bölgədə təsirini saxlaması mümkünsüz olacaq. Ancaq yenə də cəhdlər, yəqin ki, davam edəcək. Hələlik Xarici İşlər Nazirliyinin sözçüləri səviyyəsində, ancaq sonrakı dövrlərdə, çox güman ki, daha ciddi fiqurlar bu funksiyanı öz əllərinə götürəcəklər və Ermənistanı Rusiya ərazində danışıqlara cəlb etmək üçün bütün kartlarını ortaya qoyacaqlar" - deyə A.Səmədov bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ