çərşənbə günü, 04 noyabr 2026
     

Azərbaycansız Ermənistan-Türkiyə sərhədləri açıla bilməz - sərt mesaj...

Image


Məlum olduğu kimi, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç iki ölkənin sərhədində görüşüblər. Danışıqların birinci hissəsi Ermənistan, ikinci hissəsi isə Türkiyə tərəfində baş tutub. İrəvan və Ankara iki ildən artıqdır ki, kommunikasiyaların açılmasını planlaşdırır, lakin Ankara ermənilər Azərbaycanla sülh razılaşmasına çatdığında bunun mümkün olduğunu da açıq bəyan edir.

Son görüşün yeri İrəvan və Ankara üçün ilk belə təcrübədir. Bundan əvvəl xüsusi nümayəndələr bir dəfə Moskvada, üç dəfə Vyanada görüşüblər, lakin o vaxtdan iki ildən bir qədər çox vaxt keçib. Maraqlıdır ki, 2022-ci il iyulun 1-də Avstriyanın paytaxtında tərəflər üçüncü ölkə vətəndaşlarının və diplomatik pasportlara malik olan şəxslərin quru sərhədini mümkün qədər tez keçmək imkanını təmin etmək barədə razılığa gəliblər. Lakin müqavilə hələ də icra olunmayıb. Beşinci görüş ikitərəfli münasibətlərin normallaşması istiqamətində daha bir kiçik addım olsa da, heç bir sensasiya olmadı. Beləliklə, tərəflər bütün əvvəlki razılaşmaları təsdiqləyib və Axurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınması üçün imkanlar yaradacaq texniki ehtiyacların qiymətləndirilməsi, diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün viza prosedurlarının qarşılıqlı sadələşdirilməsi barədə qərar qəbul ediblər. Eyni zamanda, danışıqların özü 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi fonunda bağlanmış Marqara keçid məntəqəsinə baxışla başlayıb. Sərhədin tezliklə açılmasına ümid edən Ermənistan hakimiyyəti bu keçid məntəqəsinin modernləşdirilməsinə 2,5 milyon dollar vəsait qoyulub. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan əmin edib ki, bütün qalan işləri qısa müddətdə başa çatdırmaq olar. İstisna hal kimi bu keçid məntəqəsi 2023-cü ilin fevralında açılıb. Həmin vaxt İrəvan 100 ton humanitar yardım göndərməklə Ankaraya Türkiyənin cənub-şərqində baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmağa kömək edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Kiprə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında İrəvanın Bakı ilə sülhə hazır olduğunu bildirib: "Hesab edirəm ki, biz indiki tarixi andan düşmənçilik səhifəsini bağlamaq və mühüm yol ayrıcında olan bütün regionun iqtisadi inkişafı və çiçəklənməsi üçün daha yaxşı gələcək hazırlamaq üçün istifadə etməliyik".  Amma reallıq göstərir ki, ermənilər sülhü yalnız sözdə istəyirlər. Hər halda. baş nazir Nikol Paşinyanın Londonda sülh danışıqlarından imtina etməsi də bunu təsdiqləyir. Mirzoyan isə az qala hər həftə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir. Amma bunun üçün İrəvan öz Konstitusiyasını dəyişməlidir ki, Bakıya qarşı ərazi iddialarına istinad olmasın. Azərbaycan hakimiyyətinin ikinci tələbi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Minsk qrupundan birgə çıxdığını elan etsin. Bakı Qarabağ üzərində öz suverenliyini bərpa etdikdən sonra ona olan ehtiyac aradan qalxıb.

İrəvanda yerləşən Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan qeyd edib ki, Ermənistan hakimiyyəti "nəyin bahasına olursa-olsun sülh" məntiqi ilə hərəkət etməkdə davam edərək, Türkiyə ilə münasibətləri normallaşdırmaqla sərhədlərin açılmasından əhəmiyyətli iqtisadi fayda əldə etməyə ümid edir: " Amma Ankara qəti şəkildə bu xətti müdafiə edir ki, yalnız Ermənistan-Azərbaycan münasibətləri normallaşdıqdan sonra Ermənistan və Türkiyə arasında nizamlanma mümkündür. Hər iki ölkə öz müttəfiqliyinə sadiqdir və regionda birgə fəaliyyət göstərir".

Region üzrə təhlilçilər Türkiyə-Ermənistan münasibətlərinin inkişafının Azərbaycan və Ermənistan arasındakı danışıqların gedişatından asılı olduğunu vurğulayırlar. ABŞ-da səfərdə olan Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Hudson" İnstitutunda keçirilən müzakirələr zamanı bu xüsusda qeyd edir: "Azərbaycanın regionda olan çətinliklər, çağırışlar və problemlərlə bağlı yanaşması hərtərəflidir. Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının əsas səbəbi də Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalıdır. Biz Türkiyə ilə eyni mövqedəyik. Türkiyə də anlayır ki, Cənubi Qafqazda ərazi iddiası məsələsi tez bir zamanda həll olunmalıdır və sülh prosesi ətrafında onsuz da həssas olan atmosferi daha da ağırlaşdıracaq istənilən addımdan qaçmaq lazımdır". Xatırladaq ki, Ermənistan silahlı qüvvələri 1993-cü ildə Kəlbəcər rayonunu işğal etdikdən sonra Türkiyənin bu dövlətin təcavüzkar siyasəti ilə əlaqədar olaraq sərhədlərini bağlaması İrəvanın uzun illər ərzində iqtisadiyyatına və ümumilikdə bütün sahələrdəki inkişafına ciddi zərbə vurub. Ermənistan bu mənfi tendensiyanı aradan qaldırmaq, Türkiyə ilə sərhədləri açmaq üçün müxtəlif zamanlarda müəyyən cəhdlər etsə də, təcavüzkar ritorika, Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiası onun bütün səylərini nəticəsiz hala gətirib. Türkiyə və Ermənistanın yaxınlaşmasını, ikitərəfli münasibətlərin inkişaf etdirilməsini özündə ehtiva edən 2009-cu il oktyabrın 10-da imzalanan Sürix protokolları da tərəflər arasında hər hansı irəliləyişə təkan vermədi və nəticəsiz qaldı. Ermənistanın qondarma erməni "soyqırımı" siyasətindən əl çəkməməsi, Türkiyəyə qarşı ərazi iddialarını özünün hüquqi-normativ sənədlərindən çıxarmaması, eyni zamanda, Naxçıvan-Azərbaycan yolunun açılmasına mane olması Türkiyə-Ermənistan münasibətlərini irəli aparmağa imkan vermir. Bu olmadığı müddətdə sərhədin açılması da mümkün deyil.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ